Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
11-12 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
    Yarışda Bakı şəhərində yerləşən 7 idman cəmiyyəti və klublarını təmsil edən 119 nəfər idmançı iştirak etmişdir. Yarış atletika idman növünə daxil olan 60m, 200m, 400m, 800m, 1500m və 3000m məsafəyə qaçış, 60m sədlərlə qaçış, hündürlüyə tullanma, uzunluğa və üçtəkanla tullanma, eləcə də yadro itələmə növləri üzrə keçirilmişdir.
  Kişilər arasında yarışda hündürlüyə tullanmada I yerə Azər Əhmədov (Neftçi İSM),uzunluğa tullanmada I yerə Vəliyev Fariz (Ümid İK), 200 m məsafəyə qaçışda I yerə Cəbrayılov Elmir (Təhsil RİM), 3000 m məsafəyə qaçışda I yerə Rzayev Şamil (Təhsil RİM), 800 m məsafəyə qaçışda I yerə İbrahimov Hakim (Neftçi İSM), yadro üzrə I yerə Tofiq Məmmədov (Təhsil RİM), 60 m sədlərlə qaçışda I yerə Rahib Məmmədov (Ümid İK), 1500 m məsafəyə qaçışda I yerə Siraclı Turan (BTİ), üçtəkanla tullanmada I yerə Murad İbadullayev (Atletika İK), 60 m məsafəyə qaçışda I yerə Abbasov Ruslan (Neftçi İSM), 400 m məsafəyə qaçışda I yerə Hakim İbrahimov (Neftçi İSM),  layiq görülmüşlər.Qadınlarda isə  uzunluğa tullanmada I yerə Yekaterina Sarıyeva (Atletika İK-BTİ), 200 m məsafəyə qaçışda I yerə Alyona Setina (Ümid İK), 800 m məsafəyə qaçışda I yerə Mahirə İsmayılova (Neftçi İSM), yadro üzrə I yerə Lalə Ələsgərova (Təhsil RİM), 1500 m məsafəyə qaçışda I yerə Karina İslamova (Məhsul İC), üçtəkanla tullanmada I yerə Yekaterina Sarıyeva(Atletika İK-BTİ), 60 m məsafəyə qaçışda I yerə Alyona Setina (Ümid İK), 400 m məsafəyə qaçışda I yerə Mahirə İsmayılova (Neftçı İSM), 60 m sədlərlə qaçışda I yerə Yekaterina Sokolova layiq görülmüşlər.
  Yarışda hər növ üzrə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

13 01 2012 saat:11:19

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd