Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
21-22 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda Bakı şəhərində yerləşən 9 idman cəmiyyəti və klublarını təmsil edən 219 nəfər (onlardan 81 nəfəri qızlardır) idmançı iştirak etmişdir. Yarış atletika idman növünə daxil olan 60m, 200m, 400m, 800m, 1500m və 3000m məsafəyə qaçış, hündürlüyə tullanma, uzunluğa və üçtəkanla tullanma, eləcə də yadro itələmə növləri üzrə keçirilmişdir. 1993-94-ci il təvəllüdlü öğlanlar arasında yarışda uzunluğa tullanmada I yerə Quliyev İsmayıl (Ümid İK), 200 m məsafəyə qaçışda I yerə Vəliyev Ramal (Təhsil RİM), 800 m məsafəyə qaçışda I yerə Məmmədov Fərid (Təhsil RİM), yadro üzrə I yerə Babayev Rasim (Təhsil RİM), 1500 m məsafəyə qaçışda I yerə Babasiyev Fərid (Ümid İK), üçtəkanla tullanmada I yerə Əsədov Teymur (BTİ), 60 m məsafəyə qaçışda I yerə Vəliyev Ramal (Təhsil RİM), 400 m məsafəyə qaçışda I yerə Məmmədov Fərid (Təhsil RİM), qızlar arasında isə uzunluğa tullanmada I yerə Rzayeva Çinarə (BTİ), 200 m məsafəyə qaçışda I yerə Sokolova Yekaterina (BTİ), yadro üzrə I yerə Fərziyeva Zülfiyyə (BTİ), 60 m məsafəyə qaçışda I yerə Sokolova Yekaterina (BTİ), 1995-96-cı il təvəllüdlü oğlanlar arasında yarışda hündürlüyə tullanmada I yerə Məmmədov Ələsgər (BTİ),uzunluğa tullanmada I yerə Şamilov Ramil (Neftçi İSM), 200 m məsafəyə qaçışda I yerə Heybətov Elmar (BTİ), 3000 m məsafəyə qaçışda I yerə Rzayev Şamil (Təhsil RİM), 800 m məsafəyə qaçışda I yerə Şükürzadə Ələmdar (BTİ), yadro üzrə I yerə Cəfərli Ağadadaş (Təhsil RİM), 1500 m məsafəyə qaçışda I yerə Rzayev Şamil (Təhsil RİM), üçtəkanla tullanmada I yerə Aslanov Orxan (Atletika İK), 60 m məsafəyə qaçışda I yerə Heybətov Elmar (BTİ), 400 m məsafəyə qaçışda I yerə İbrahimov Kamran (BTİ), qızlar arasında isə uzunluğa tullanmada I yerə İsmayılova Elmira (Ümid İK), 200 m məsafəyə qaçışda I yerə Həsənova Zəliyyə (Neftçi İSM), 800 m məsafəyə qaçışda I yerə Zəhrətdinova Yana (Məhsul İC), yadro üzrə I yerə Onisenko Yuliya (Təhsil RİM), üçtəkanla tullanmada I yerə Tağıyeva Gülər(Neftçi İSM), 60 m məsafəyə qaçışda I yerə Həsənova Zəkiyyə (Neftçi İSM), 400 m məsafəyə qaçışda I yerə Zəhrətdinova Yana (Məhsul İC) layiq görülmüşlər.
Yarışda hər növ üzrə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar