Atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
5 avqust 2011-ci il tarıxdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atçılıq Federasiyasının həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Qəbələ rayonunda atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda “Sərhədçi” AİK (4 nəfər), “Günay” AİK (1 nəfər), “Murad” AİK (1 nəfər), “Gilan” AİK (1 nəfər) və atçılıq məktəbini (1 nəfər) təmsil edən 8 nəfər idmançı 15 ədəd atla iştirak etmişdir. 140 sm hündürlüyün dəf edilməsi üzrə keçirilən yarışda “Günay” AİK-nun idmançısı Qaşıbəyazov Gennadiy “Bahar” ləqəbli atla I yeri, “Sərhədçi” AİK-nun idmançıları Musayev Hikmət “Light Limerick” ləqəbli atla II yeri və Abdullayev Elmar “Woodie” ləqəbli atla III yeri tutmuşlar.
  Qalib idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kuboklar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmişdir.  

10 08 2011 saat: 11:02

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd