Atçılıq idmanının konkur növü üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
07 avqust 2010-cu il tarixdə “Sərhədçi” Atçılıq Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılıq idmanının konkur növü üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda “Sərhədçi”, “Günay” və “Murad” Atçılıq İdman Klublarını təmsil edən 10 idmançı 16 atla iştirak etmişlər.
Yarışlar 2 gitdə (mərhələdə) keçirilmişdir. Hər iki git üzrə maneələrin sayı 11 ədəd olmuşdur. Atlılar ilk gitdə hündürülyü 130 sm olan maneələri, ikinci gitdə isə hündürlüyü 135 sm olan maneələri dəf etmişlər.
Yarışın yekun nəticələrinə görə 1-ci yerə “Günay” AİK-nun idmançısı Qaşıbəyazov Gennadiy “Kalinka” ləqəbli atla , 2-ci yerə “Murad” AİK-nun idmançısı Venetto Tenev “Uterusa” ləqəbli atla, 3-cü yerə isə “Sərhədçi” AİK-nun idmançısı Musayev Hikmət “Light Limerick” ləqəbli atla layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və kubokla təltif olunmuşlar.