Akademik və kanoe qayıqlarında avarçəkmə üzrə Bakı şəhər turniri keçirilmişdir

23-25 iyul 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin yaradılması ildönümünə həsr olunmuş Bakı şəhərində yerləşən Zığ buxtasında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.
       Turnirdə “Bakı şəhər yığma komandası” nın üzvləri ilə yanaşı milli komandanın üzvləri və “Mingəçevir şəhər idmançıları” da iştirak etmişlər.
      Yarışın yekun nəticələrinə görə Bakı şəhər yığma komandası mükafata layiq yerlərə layiq görülmüşlər.
      Yarışda I, II və III yerləri tutmuş iştirakçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunurlar.

26 07 2011 saat: 12:30
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd