10-20 sentyabr 2011-ci il tarixdə Bolqarıstanın Albena şəhərində 8-18 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulmuşdur. Bu mötəbər yarışda Azərbaycanı 40 nəfər idmançı təmsil edirdi. Ümumilikdə çempionatda 48 ölkədən 1039 nəfər idmançı öz qüvvəsini sınayırdı. Çox gərgin oyun şəraitində keçirilən çempionatda Baş İdarə tərəfindən ezam olunmuş Dünya çempionu, 2 qat Avropa çempionu, Fide Ustası Qədimbəyli Abdulla 10 yaşadək oğlanlar arasında yarışlarda respublikamızı layiqincə təmsil edərək, 7,5 xalla II yeri tutmuşdur. 1 №-li Uşaq Gənclər Şahmat Dama İdman Məktəbində məşğul olan Abdulla Azərbaycan idmançıları arasında yeganə mükafata layiq yer tutmuş idmançı olmuşdur. İdmançımızı təbrik edirik!