6 – 16 dekabr 2011-ci il tarixdə Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM-də şahmat üzrə Bakı şəhər komanda birinciliyi keçirilmişdir. 1995-ci il və ondan kiçik yaşlı uşaqlar arasında keçirilən komanda yarışlarında Bakı şəhəri üzrə 1№-li, 2№-li, 3№-li şahmat məktəblərini, Respublika Şahmat Məktəbini, “Sərhədçi” İOM-ni, Həmkarların Respublika Şahmat Dama Klubunu, T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayını təmsil edən 12 komanda mübarızə aparmışdır. Yarışlar dairəvi sistem üzrə keçirilmişdir. Yarışın nəticələrinə görə Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM-nin Nəsimi - 1 və Nəsimi - 2 komandaları müvafiq olaraq 1-ci və 2-ci yerləri, Həmkarların Respublika Şahmat Dama Klubununun komandası 3-cü yeri tutmuşlar.
Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ılə təltif olunmuşlar.