Şahmat üzrə Respublika Olinpiadası sona çatmışdır.
12-21 iyul 2011-ci il tarixdə İsmayıllı rayonunda şahmat üzrə 16 yaşadək gənclər arasında Respublika Olimpiadası keçirilmişdir. Olimpiadada respublikamızın 40-dan çox şəhər və rayonundan 423 nəfər şahmatçı mübarizə aparmışdır. Yarışlar A və B qrupları üzrə keçirilmişdir. A qrupunda 13-16 yaşlı idmançılar, B qrupunda 12 yaşadək idmançılar iştirak etmişlər. A qrupu üzrə şəxsi hesabda 10 oyundan 8,5 xal toplayan Bakı idmançısı Bayramov Elxan I yeri, 8,5 xal toplayan  Gəncə idmançısı Abbasov Amil II yeri, 8,5 xal toplayan Beyləqan idmançısı Abbaslı Cavid III yeri tutmuş, komanda hesabında Bakı şəhərini təmsil edən 1№-li İOEUGŞDİM-nin komandası I yeri tutmuşdur. B qrupu üzrə şəxsi hesabda I yeri 10 oyundan 9,5 xal toplayan Bakı idmançısı Nağdıyev Niyazi I yeri, 9 xal toplayan Bakı idmançısı Şahəliyev İsmayıl II yeri, 8,5 xal toplayan Ağcabədi idmançısı Abdullayev Fərid II yeri tutmuş, komanda hesabında Bakı şəhərini təmsil edən HRŞDK-nun komandası III yeri tutmuşdur.

25 07 2011 saat: 17:59


< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd