11-19 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM, 2№-li UGŞİM, RİOEUGŞM, “Neftçi”İSM, “Sərhədçi”İOM, 19№-li UGİM, T.İsmayılov adına UGYS, HRŞDK, “Şağan”OİK və RŞK-nu təmsil edən 60 nəfər yeniyetmə (onlardan 10 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticələrinə görə oğlanlar arasında I yerə 8 xalla Zeynallı Miradil, II yerə 7 xalla Süleymanov Ramazan, III yerə 6,5 xalla Abbasov Zaur, qızlar arasında isə I yerə 8 xalla İmanlı Məğrurə, II yerə 7,5 xalla Əhmədova Fatımə, III yerə isə 6,5 xalla Bağırova Könül layiq görülmüşlər. Yarışların nəticəsinə görə 5 yeri yutmuş oğlan və 4 qız mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqdır.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.