11-19 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilir. Yarışda Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM, 2№-li UGŞİM, RİOEUGŞM, “Neftçi”İSM, “Sərhədçi”İOM, 19№-li UGİM, T.İsmayılov adına UGYS, HRŞDK, “Şağan”OİK və RŞK-nu təmsil edən 60 nəfər yeniyetmə (onlardan 10 nəfəri qızlardır) iştirak edir. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir. Oğlanlar arasında yarış İsveçrə sistemi üzrə 9 turdan, qızlar arasında yarış dairəvi sistem üzrə 9 turdan ibarətdir. 5 turdan sonra oğlanlar arasında I yerdə 4,5 xalla Abbasov Zaur, II yerdə 4,5 xalla Oruclu Rəcəb, III yerdə 4 xalla Rəhimli İlkin, qızlar arasında I yerdə 4,5 xalla İmanlı Məğrurə, II yerdə 4 xalla Hacıyeva Fidan və 4 xalla Bağırova Könül qərarlaşmışlar. Yarışların nəticəsinə görə 5 yeri yutmuş oğlan və 4 qız mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqdır.