Ağır atletika üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir
18 sentyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Masazır qəsəbəsində yerləşən Masazır Ağır Atletika Mərkəzində ağır atletika üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
Yarışda Neftçi İSM, 8 saylı UGİM, Gənclik TİC, Zirvə İK, MOİK, kimi 5 idman cəmiyyətini təmsil edən 31 nəfər idmançı 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparmışdır.
Çempionatda 56 kq çəki dərəcəsində I yerə Alıyev Elmar (MOİK), II yerə Ağaverdiyev Mansur (8 saylı UGİM), III yerə Qocayev Həmid (Gənclik İSM), 62 kq çəki dərəcəsində I yerə Bağırov Emil (Zirvə İK), II yerə Həsənli Orxan (Zirvə İK), III yerə Qurbanov Ruhulla (Zirvə İK), 69 kq çəki dərəcəsində I yerə Məmiyev Talıb (8 saylı UGİM), II yerə Hüseynov Fəqan (Gənclik İSM), III yerə Xəlilov Elvin (Gənclik İSM), 77 kq çəki dərəcəsində I yerə Qocayev Emin (Zirvə İK), II yerə Əliyev Ayaz (Gənclik TİC), III yerə Zülfüqarov Məmməd (8 saylı UGİM), 85 kq çəki dərəcəsində I yerə Məmmədov Rəsul (Zirvə İK), II yerə İslamov Vüsal (Neftçi İSM), III yerə İslamov Azad (Neftçi İSM), 94 kq çəki dərəcəsində I yerə Hüseynov Mirhüseyn (Zirvə İK), II yerə Ağaəhmədov Orxan (Zirvə İK), III yerə Qəzənfərov Elşad (MOİK), 105 kq çəki dərəcəsində I yerə Əhmədov Xosrov (Neftçi İSM), II yerə Əliyev Ağazaman (Neftçi İSM), III yerə Qarayev Tofiq (Gənclik TİC), +105 kq çəki dərəcəsində I yerə Əhmədov Mahmud (8 saylı UGİM), II yerə Hümbətov Ruslan (MOİK), III yerə Xəlilov Elşad (Neftçi İSM) layiq görülmüşlər.
Yarışda I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif edilmişdir.