9 saylı Nitq Qüsurlu İnternat Məktəbində idman növləri üzrə yarışlar keçirilmişdir
1 dekabr 2011-ci il tarixdə “3 dekabr – Beynəlxalq əlillər günü”nə həsr olunmuş 9 saylı nitq qüsurlu internat məktəbində Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Qaradağ rayon Gənclər İdman İdarəsi tərəfindən futbol, voleybol, şahmat, dama idman növləri üzrə yarışların final mərhələsi keçirilmişdir. Futbol üzrə final yarışlarında “Nur” komandası “Qarabağ” komandasına 3:2 hesabı ilə, voleybol yarışlarında “Məşəl” komandası “Bakı” komandasına 3:1 hesabı ilə qalib gələrək I yerə çıxmışlar. Şahmat üzrə yarışlarda I yerə Nuriyev Nadir, II yerə Əliyev Vüsal, III yerə Krasnov Viktor, dama yarışlarında isə I yerə Nağıyev Əli, II yerə Rəsulov İbrahim, III yerə Qədirov İslam layiq görülmüşlər.
I, II və III yeri tutmuş komanda və idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.