2 saylı CÇM-də voleybol üzrə turnirin final oyunu keçirilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 17 oktyabr 2011-ci il tarixdə 2 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş voleybol üzrə turnirin final oyunu keçirilmişdir. Yarışda 2 saylı Cəzaçəkmə Müəssisəsinin “İstiqlal” və 9 saylı Cəzaçəkmə Müəssisəsinin “Zirvə” komandaları qarşılaşmışlar. 2-1 set fərqi ilə qalib gələn “İstiqlal” komandası turnirdə I yeri tutmuşdur. Oyunlar respublika dərəcəli hakimlər Ceyhun İsmayılov və Təhmasib Haşımov tərəfindən idarə olunurdu.
Yarışın sonunda II yeri tutmuş komandanın üzvləri Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Balayev və Azərbaycan Voleybol Federasiyasının gənclərdən ibarət yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Feliks Məmmədov tərəfindən, qalib komandanın üzvləri isə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi general mayor Mədət Quliyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tərəfindən kubokla, müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

17 10 2011 saat: 16:42

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd