“2 fevral gənclər günü” nə həsr olunmuş bədii əyləncəli tədbir keçirilmişdir.
30 yanvar 2012 – ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İdman Azərbaycan” telekanalının birgə təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında “2 fevral gənclər günü” nə həsr olunmuş bədii əyləncəli tədbir keçirilmişdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov, “İdman Azərbaycan” telekanalının direktoru Elsevər Dünyamalıyev, millət vəkili Sevinc Fətəliyeva və Yeni Azərbaycan Partiyası Gənclər birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökümət Təşkilatları, kütləvi informasiya vasitələri, idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov tədbirdə çıxış edərək bütün qonaqları salamlamış və “İdman Azərbaycan” telekanalının 3 yaşının tamam olması münasibətilə bütün televiziyanın əməkdaşlarının səmimi qəlbdən təbrik etmiş, daha sonra qarşıdan gələn 2 fevral gənclər günü münasibətilə respublikamızda bəzi silsiləvi tədbirlərin keçirilməsini qeyd etmiş, dövlət bədən tərbiyəsi və idman və gənclər siyasətinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd etmiş və bütün Azərbaycan gənclərini və idmançıları “2 fevral gənclər günü” münasibətilə təbrik etmişdir.
Tədbirdə Tələbə Gənclər Təşkilatlarının, Qeyri-Hökümət Təşkilatlarının və kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşı fəxri diplomlarla təltif olunmuşdur.
Tədbirin sonunda gənclər üçün bədii əyləncəli şou proqram təşkil edilmişdir.