2-3 oktyabr tarixdə Benç-press və powerlifting üzrə Bakı şəhər çempionatı keçirilmişdir
2 – 3 oktyabr 2010 – cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına uyğun olaraq Hövsan Olimpiya İdman Kompleksində Benç - press və Powerlifting üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Çempionatda “APF”, “MOİK”, “Neftçi”, “Gənclik”, “Emir”,   kimi 6 komandanı təmsil edən 100 - ə yaxın idmançı iştirak etmişdir. Yarışda Bencpress üzrə kişilər arasında I yerə Əskərov Əli (82,5 kq), II yerə Əlizadə Təbriz (82,5 kq), III yerə Cəlilov Fərəc (82,5 kq), Powerlifting üzrə kişilər arasında I yerə Əlizadə Təbriz (82,5 kq, “APF”), II yerə  Cəlilov Fərəc (82,5 kq, Emir İdman Cəmiyyəti ), III yerə  Zeynalov Ruzi (82,5 kq, “APF”) layiq görülmüşlər.
Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı Şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Yerləşdirilmə tarixi: 04.10.2010\ saat: 11:05
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd