18 – 20 sentyabr 2010-cu il tarixdə Ciu-Citsu üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
18 – 20 sentyabr 2010 – cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına əsasən Hövsan Olimpiya Kompleksində Ciu-Citsu üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 82 idmançı (80 oğlan, 2 qız) olmaqla 25 çəki dərəcəsində öz qüvvələrini sınamışlar. Çempionatda “Fərasət” idman klubu”, “Dinamo” İC, “Kenbo” idman klubu, “Boz Oğuz” idman klubu, “Sunami” İC, “Buşido” idman klubu kimi 6 komanda çıxış etmişdir.
Yarışın yekun nəticələrinə görə I yerə “Buşido” idman klubu, II yerə "Dinamo” İC, III yerə “Boz Oğuz” idman klubu komandaları layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xətirə hədiyyələri və kubokla təltif olunmuşlar.