17 – 19 sentyabr 2010 – cu il tarixdə dağ turizmi üzrə Bakı şəhər kuboku keçirilmişdir
17 – 19 sentyabr 2010 – cu il tarixdə Bakixanov qəsəbəsində yerləşən qayalıqlarda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən dağ turizmi üzrə Bakı şəhər kuboku keçirilmişdir.
Yarışda "Alpinist - turist klubu - 1", "Azərneftkimyamaş", Alpinizm Federasiyası, Turist klubu, Alpinist – Turist klubu – 2 komandaları, hər komanda da 6 idmançı olmaqla cəmi 30 nəfər (onlardan 10 nəfəri qadınlardır.) iştirak etmişlər.
Yarışın yekun nəticələrinə görə I yerə "Alpinist - turist klubu - 1", II yerə "Azərneftkimyamaş", III yerə Alpinizm Federasiyası komandaları layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xətirə hədiyyələri və kubokla təltif olunmuşlar.






























yerləşdirilmə tarixi:                         19.09.2010/saat 15:00
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd