100 xanalı dama üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
16-28 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 1№-li İOEUGŞDİM-də kiçilər və qadınlar arasında 100 xanalı dama üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda Həmkarların RŞDK (18 nəfər), 1№-li İOEUGŞDİM (15 nəfər) və 2№-li UGŞİM-i (5 nəfər) təmsil edən 38 nəfər (onlardan 14 nəfəri qadınlardır) iştirak etmişdir.
   Yarışın nəticələrinə görə kişilər arasında I yerə Mustafayev Anar, II yerə Samantuyev Sidqi, III yerə Xasayev Eldar, qadınlar arasında isə I yerə Xəlilova Nərmin, II yerə Rəfizadə Əziziə, III yerə isə Sadıqlı Leyli layiq görülmüşlər.
   Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.


30 01 2012 saat: 9:34

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd