“1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə sərgi keçirilmişdir
31 may 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Abşeron” Rəsm Qallereyasında “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə “Abşeron övladları” klubunun üzvlərinin fərdi sərgisinin və internet saytının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Baş İdarənin rəisi R.Abbasov, “Abşeron” Rəsm Qalereyasının direktoru E.İbrahimov, Rəssamlar İttifaqının sədr müavini A.İbrahimov, Uşaq Rəsm Studiyalarının nümayəndələri iştirak etmişlər. Tədbirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və "Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov çıxış edərək gənc istedadları salamlamış və onlara gələcək işlərində uğurlar arzulamışlar.Bundan sonra tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər.
Sərgidə 21 balaca rəssamın 52 qrafik və rəngkarlıq əsəri nümayiş etdirilmışdır. Tədbirin sonunda Özbəkistan və Qırğızıstan respublikalarında keçirilən beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülmüş 2 nəfər balaca rəssam və həmçinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “28 may-Respublika günü” münasıbətilə Bakı şəhər orta ümuntəhsil məktəblərinin şagirdləri arasında “Doğma Azərbaycan” mövzusunda keçirilən şer müsabiqəsində qalib gəlmiş ıştirakçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.


01 06 2011 saat: 17:06

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd