Qol güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
13-14 fevral 2010-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Ağ at" İdman Klubunda qol güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda "Məhsul" KHİC, "Qol güləşi", "Saleh" İK və "Rauf" İdman Klublarını təmsil edən 11 çəki dərəcəsində 56 nəfər idmançı iştirak etmişdir.
Yarışda Həsənov Qaməddin (50 kq), Zeynalov Vüsal (55 kq), Babaxanov Sərxan (60 kq), Əzizbəyli Nadir (65 kq), Hüseynov Ənvər (70 kq), Urdənov Elşad (75 kq), Məhsimov Zöhrab (80 kq), Cəmilov Vüsal (85 kq), Hacıyev Şamil (90 kq) və Əhmədov Hatəm (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempionatın 1-cisi adına layiq görülmüşlər.
Birincilikdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olumuşlar.
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd