Milli Qəhrəman Ç.Mustafayevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinə yekun vuruldu
Müsahibə -
KİV
26 avqust 2010-cu il tarixdə Səbail rayonunun 91 saylı orta ümumtəhsil məktəbinin futbol meydançasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)"nin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin doğum gününə həsr olunmuş IV ənənəvi məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilmişdir.
Turnirdə 2 yaş qrupunda, hər qrupda 12 komanda olmaqla, ümumilikdə 24 komanda iştirak etmişdir. 1996-97-ci il təvəllüdlülər arasında keçirilən oyunlarda I yeri "Bakılı", II yeri "Gənclik" və III yeri "Azərbaycan" komandaları, 1998-99-cu il təvəllüdlülər arasında isə I yeri "Xudafərin", II yeri "Azərbaycan" və III yeri "Bayıl" komandaları tutmuşlar.
Turnirin sonunda hər 2 yaş qrupu üzrə I, II və III yerləri tutmuş komandaların üzvləri, həmçinin ən yaxşı qapıçı, ən çox top vuran, ən yaxşı oyunçu və turnirin baş hakimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və ANS Müstəqil Yayım Media Şirkətlər Qrupu tərəfindən müvafiq dərəcəli diplomlarla, futbol formaları, kuboklarla və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.