Bədii gimnastika üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
03-04 fevral 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı Olımpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 6 yaş qrupu üzrə: 1997-99, 2000, 2001, 2002, 2003, 2004-cü il təvəllüdlü idmançılar arasında bədii gimnastika üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Yarışda “Spartak” İC-nı (18 nəfər), “Neftçi” İSM-ni (19 nəfər), BGİM-ni (39 nəfər), RKİM-ni (26 nəfər), Nizami r-n UGYM-ni (3 nəfər), DİN İC-ni (4 nəfər), “Sərhədçi” İOM-ni (17 nəfər), “Start” İK-nı (6 nəfər), “Təhsil” UGFM-ni (2 nəfər), Sumqayıt ŞGİBİ (2 nəfər), Xırdalan şəh. (1 nəfər), “Zirvə” İK-nu (6 nəfər), Qusar OİK-ni (1 nəfər), Gəncə ŞTİ-ni (1 nəfər), Qazaxıstan R-nı (4 nəfər), Gürcüstan R-nı (1 nəfər) və Türkiyəni (1 nəfər) təmsil edən 151 idmançı iştirak etmişdir.
Birincilikdə 1997-99-ci il təvəllüd üzrə I yerə Mənsurə Bağıyeva (RKİM), 2000-ci il təvəllüd üzrə I yerə Jalə Piriyeva (RKİM), 2001-ci il təvəllüd üzrə I yerə Leyli İbrahimova (“Spartak”İC), 2002-ci il təvəllüd üzrə I yerə Vəfa Həsənzadə (BGİM), 2003-cü il təvəllüd üzrə I yerə Ləman Hüseynova (“Spartak”İS), 2004-cü il təvəllüd üzrə I yerə Lalə Kramarenko (“Spartak” İC), qrup hərəkətləri üzrə isə I yerə “Spartak”İC-nin komandası layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.



06 02 2012 saat: 10:54

Yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
  23-30 yanvar 2012-ci iltarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 1996-97-ci il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM, 2№-li UGŞİM, 19№-li UGİM, RİOEUGŞM, HRŞDK, “Şağan”OİK, “Gənclik”ŞK-nu təmsil edən idmançılat iştirak etmişlər. Yarışları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə hakimlər heyəti idarə etmişdir. Oğlanlar arasında yarış İsveçrə sistemi üzrə, qızlar arasında yarış isə dairəvi sistem üzrə keçirilmişdir. Oğlanlar arasında I yeri 6 xalla Zeynalzadə Vəli (RİOEUGŞM), II yeri 5,5 xalla Aslanov Elnur (HRŞDK), III yeri 5 xalla Muxtarov Kənan (1№-li İOEUGŞDİM), qızlar arasında I yeri 4 xalla Məmmədova Xəyalə (RİOEUGŞM), II yeri 4 xalla Həmidova Səmayə (RİOEUGŞM) və III yeri 3 xalla Qədirli Səbinə (“Şağan”OİK) tutmuşlar. Bundan əlavə qızlar arasında IV yeri tutmuş Hüseynova Nigar (1№-li İOEUGŞDİM), oğlanlar arasında IV yeri tutmuş Muxtarov Bəxtiyar (RİOEUGŞM) və V yeri tutmuş Bəkirli Ömər (1№-li İOEUGŞDİM) də mart ayında keçiriləcək respublika final oyununa  vəsiqə qazanmışlar.
  Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

1 02 2012 saat: 10:14

“2 fevral gənclər günü” nə həsr olunmuş bədii əyləncəli tədbir keçirilmişdir.
30 yanvar 2012 – ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  və “İdman Azərbaycan” telekanalının birgə təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında “2 fevral gənclər günü” nə həsr olunmuş bədii əyləncəli tədbir keçirilmişdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov, “İdman Azərbaycan” telekanalının direktoru Elsevər Dünyamalıyev, millət vəkili Sevinc Fətəliyeva və Yeni Azərbaycan Partiyası Gənclər birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökümət Təşkilatları, kütləvi informasiya vasitələri, idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov tədbirdə çıxış edərək bütün qonaqları salamlamış və “İdman Azərbaycan” telekanalının 3 yaşının tamam olması münasibətilə bütün televiziyanın əməkdaşlarının səmimi qəlbdən təbrik etmiş, daha sonra qarşıdan gələn 2 fevral gənclər günü münasibətilə respublikamızda bəzi silsiləvi tədbirlərin keçirilməsini qeyd etmiş, dövlət bədən tərbiyəsi və idman və gənclər siyasətinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd etmiş və bütün Azərbaycan gənclərini və idmançıları “2 fevral gənclər günü” münasibətilə təbrik etmişdir.
Tədbirdə Tələbə Gənclər Təşkilatlarının, Qeyri-Hökümət Təşkilatlarının və kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşı fəxri diplomlarla təltif olunmuşdur.
Tədbirin sonunda gənclər üçün bədii əyləncəli şou proqram təşkil edilmişdir.

31 01 2011 saat: 10:30

100 xanalı dama üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
16-28 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 1№-li İOEUGŞDİM-də kiçilər və qadınlar arasında 100 xanalı dama üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda Həmkarların RŞDK (18 nəfər), 1№-li İOEUGŞDİM (15 nəfər) və 2№-li UGŞİM-i (5 nəfər) təmsil edən 38 nəfər (onlardan 14 nəfəri qadınlardır) iştirak etmişdir.
   Yarışın nəticələrinə görə kişilər arasında I yerə Mustafayev Anar, II yerə Samantuyev Sidqi, III yerə Xasayev Eldar, qadınlar arasında isə I yerə Xəlilova Nərmin, II yerə Rəfizadə Əziziə, III yerə isə Sadıqlı Leyli layiq görülmüşlər.
   Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.


30 01 2012 saat: 9:34

Stolüstü tennis üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir
 Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Təhsil” RİM-in idman zalında stolüstü tennis üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Yarışda 65 nəfər idmançı (onlardan 14 nəfəri qızlardır) iştirak etmışdır. Yarışın nəticələrinə görə oğlanlar arasında şəxsi hesabda I yerə Hilal Həsənov, II yerə Kamran Cəfərov, III yerə Əkbər Qubuşov, qızlar arasında I yerə Sahilə Xudiyeva, II yerə Zeynəb Cavadova, III yerə Təhminə Əmrahova, qoşada oğlanlar arasında I yerə Sənan Əliyev - Hilal Həsənov, II yerə Mətin Həsənzadə - Cahid Vəliyev, III yerə Namiq Quliyev - Natiq Quliyev, qoşa qızlar arasında I yerə Rüfət Quliyeva - Suğra Talıbova, II yerə Fatımə Məmmədli - Fatma Məmmədli, III yerə Turan Hacıyeva - Aytac Cavadova, qoşa qarışıqda I yerə Araz Ağayev - Ülkər Kazımova, II yerə Sadıq Sadıqov - Nəzakət Qarayeva, III yerə Elcan Quliyev - Gülnarə Abbasova layiq görülmüşlər.
  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.



26 01 2012 saat: 10:38

 
Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
21-22 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda Bakı şəhərində yerləşən 9 idman cəmiyyəti və klublarını təmsil edən 219 nəfər (onlardan 81 nəfəri qızlardır) idmançı iştirak etmişdir. Yarış atletika idman növünə daxil olan 60m, 200m, 400m, 800m, 1500m və 3000m məsafəyə qaçış, hündürlüyə tullanma, uzunluğa və üçtəkanla tullanma, eləcə də yadro itələmə növləri üzrə keçirilmişdir.
1993-94-ci il təvəllüdlü öğlanlar arasında yarışda uzunluğa tullanmada I yerə Quliyev İsmayıl (Ümid İK), 200 m məsafəyə qaçışda I yerə Vəliyev Ramal (Təhsil RİM), 800 m məsafəyə qaçışda I yerə Məmmədov Fərid (Təhsil RİM), yadro üzrə I yerə Babayev Rasim (Təhsil RİM), 1500 m məsafəyə qaçışda I yerə Babasiyev Fərid (Ümid İK), üçtəkanla tullanmada I yerə Əsədov Teymur (BTİ), 60 m məsafəyə qaçışda I yerə Vəliyev Ramal (Təhsil RİM), 400 m məsafəyə qaçışda I yerə Məmmədov Fərid (Təhsil RİM), qızlar arasında isə uzunluğa tullanmada I yerə Rzayeva Çinarə (BTİ), 200 m məsafəyə qaçışda I yerə Sokolova Yekaterina (BTİ), yadro üzrə I yerə Fərziyeva Zülfiyyə (BTİ), 60 m məsafəyə qaçışda I yerə Sokolova Yekaterina (BTİ), 1995-96-cı il təvəllüdlü oğlanlar arasında yarışda hündürlüyə tullanmada I yerə Məmmədov Ələsgər (BTİ),uzunluğa tullanmada I yerə Şamilov Ramil (Neftçi İSM), 200 m məsafəyə qaçışda I yerə Heybətov Elmar (BTİ), 3000 m məsafəyə qaçışda I yerə Rzayev Şamil (Təhsil RİM), 800 m məsafəyə qaçışda I yerə Şükürzadə Ələmdar (BTİ), yadro üzrə I yerə Cəfərli Ağadadaş (Təhsil RİM), 1500 m məsafəyə qaçışda I yerə Rzayev Şamil (Təhsil RİM), üçtəkanla tullanmada I yerə Aslanov Orxan (Atletika İK), 60 m məsafəyə qaçışda I yerə Heybətov Elmar (BTİ), 400 m məsafəyə qaçışda I yerə İbrahimov Kamran (BTİ), qızlar arasında isə uzunluğa tullanmada I yerə İsmayılova Elmira (Ümid İK), 200 m məsafəyə qaçışda I yerə Həsənova Zəliyyə (Neftçi İSM), 800 m məsafəyə qaçışda I yerə Zəhrətdinova Yana (Məhsul İC), yadro üzrə I yerə Onisenko Yuliya (Təhsil RİM), üçtəkanla tullanmada I yerə Tağıyeva Gülər(Neftçi İSM), 60 m məsafəyə qaçışda I yerə Həsənova Zəkiyyə (Neftçi İSM), 400 m məsafəyə qaçışda I yerə Zəhrətdinova Yana (Məhsul İC) layiq görülmüşlər.
Yarışda hər növ üzrə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar

24 01 2012 saat: 10:43
Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
11-19 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM, 2№-li UGŞİM, RİOEUGŞM, “Neftçi”İSM, “Sərhədçi”İOM, 19№-li UGİM, T.İsmayılov adına UGYS, HRŞDK, “Şağan”OİK və RŞK-nu təmsil edən 60 nəfər yeniyetmə (onlardan 10 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticələrinə görə oğlanlar arasında I yerə 8 xalla Zeynallı Miradil, II yerə 7 xalla Süleymanov Ramazan, III yerə 6,5 xalla Abbasov Zaur, qızlar arasında isə I yerə 8 xalla İmanlı Məğrurə, II yerə 7,5 xalla Əhmədova Fatımə, III yerə isə 6,5 xalla Bağırova Könül layiq görülmüşlər. Yarışların nəticəsinə görə 5 yeri yutmuş oğlan və 4 qız mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqdır.
  Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.


23 01 2012 saat: 10:34

20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş sərgi keçirilmişdir
19 yanvar 2012-ci il tarixdə Bakı şəıhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Abşeron Rəsm Qalereyasında 20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir”mövzusunda sərgi keçirilmişdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq şöbəsinin müdiri Ziyadxan Əliyev və Bakı şəhəri üzrə rəsm studiyalarının rəhbərləri iştirak etmişlər. Tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər. Sərgidə 70-dən çox rəsm əsərlərii nümayiş etdirilmışdır. Nümayiş etdirilən 70 əsər, əsasən, qrafik janrda, müxtəlif texnikalarda işlənmişdir. Yeniyetmə rəssamlar quaş, pastel, sulu boya, karandaş, flomaster, tuş və sair materiallardan məharətlə istifadə edərək 20 yanvar faciəsinin real görüntülərini yaratmışlar. Sonra isə orta məktəb şagirdləri arasında “20 yanvar facıəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir”mövzusunda keçirilən rəsm müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir.
I yerə Nəzrin Səfərova (Səbail rayonu), II yerə Leyla Cavadova (Sabunçu rayonu), III yerə Əkrami Qasımzadə (Nərimanov rayonu), fərqlənmiş yerlərə isə Gülşən Qarayeva (Binəqədi rayonu), Bəhruz Hüseynov (Xəzər rayonu), Yuliya Maxrova (Xətai rayonu), Ülviyyə Fərşidova (Qaradağ rayonu), Sevinc Baxşəliyeva (Nəsimi rayonu), Nərmin İsmayılzadə (Nizami rayonu), Ləman Tanrıverdiyeva (Yasamal rayonu), Nicat Xudaverdiyev (Suraxanı rayonu) layiq görüldülər.
I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olundular.

19 01 2012 saat:17:36

20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
18 yanvar 2012-ci il tarixdə Bakı şəıhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda 20 yanvar faciəsinin XXII ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir”mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, 20 yanvar cəmiyyətinin sədri Soltan Əzimzadə çıxış etmişlər.Sonra isə orta məktəb şagirdləri arasında “20 yanvar facıəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir”mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir.
I yerə Aysel Babazadə (Xətai rayon 287 saylı orta məktəb), II yerə Gültac Süleymanova (Səbail rayon 236 saylı orta məktəb), III yerə Fatimə Məmmədova (Nərimanov rayon 207 saylı orta məktəb), fərqlənmiş yerlərə isə Nərmin Abbasova (Qaradağ rayon 288 saylı orta məktəb), Vüsalə Şahbazova (Suraxanı rayon 140 saylı orta məktəb), Səbinə Teymurova (Binəqədi rayon 301 saylı orta məktəb), Ləman Əlimərdanova (Nəsimi rayon 1 saylı orta məktəb), Aytən İbrahimova (Xəzər rayon 92 saylı orta məktəb), Səkinə Teymurlu (Nərimanov rayon 193 saylı orta məktəb), Gövhər Qurbanova (Yasamal rayon 38 saylı orta məktəb), Elnarə Veyisova (Suraxanı rayon 280 saylı orta məktəb) layiq görüldülər.
I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olundular.

18 01 2012 saat:15:45
Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 10 çəki dərəcəsində, 16 cəmiyyət və idman klubunu təmsil edən 240 idmançı iştirak etmişdir.
    Yarışda 48 kq çəki dərəcəsində I yerə Muradov Rəşad (Neftçi İSM), 52 kq çəki dərəcəsində I yerə Dünyamalıyev Elşən (Neftçi İSM), 56 kq çəki dərəcəsində I yerə Ümidov Cavidan (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə İsmayılov Samir (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Mirzəzadə Xəyal (Neftçi İSM), 70 kq çəki dərəcəsində I yerə Qarayev Orxan (Pəhləvan İK), 75 kq çəki dərəcəsində I yerə Ananyev Mixail (Neftçi İSM), 81 kq çəki dərəcəsində I yerə Əliyev Rəşad (11№-li UGİM), 87 kq çəki dərəcəsində I yerə Orucov Nizaməddin (Neftçi İSM), +87 kq çəki dərəcəsində I yerə Əhmədov Əmiraslan (Kano Kan TT)  layiq görülmüşlər.
    Birincilikdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olumuşlar.

17 01 2011 saat:11:43

<< Başlanğıca < Bundan əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Bundan sonrakı > Axıra >>

Cəmi 1 - 14 oradan 610
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd