5 avqust 2011-ci il tarıxdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atçılıq Federasiyasının həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Qəbələ rayonunda atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda “Sərhədçi” AİK (4 nəfər), “Günay” AİK (1 nəfər), “Murad” AİK (1 nəfər), “Gilan” AİK (1 nəfər) və atçılıq məktəbini (1 nəfər) təmsil edən 8 nəfər idmançı 15 ədəd atla iştirak etmişdir. 140 sm hündürlüyün dəf edilməsi üzrə keçirilən yarışda “Günay” AİK-nun idmançısı Qaşıbəyazov Gennadiy “Bahar” ləqəbli atla I yeri, “Sərhədçi” AİK-nun idmançıları Musayev Hikmət “Light Limerick” ləqəbli atla II yeri və Abdullayev Elmar “Woodie” ləqəbli atla III yeri tutmuşlar.
Qalib idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kuboklar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmişdir.
29 iyul –6 avqust 2011-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən 4 saylı Zəngilan məktəbinin idman zalında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Zəngilan rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışlara 6 avqust 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Çinar” komandası, II yeri “Uğur” komandası, III yeri “Araz” komandası tutmuşdur.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilmiş, həmçinin məktəbə torlar və toplar hədiyyə edilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 26-29 iyul 2011-ci il tarixdə Qusar rayonunda “26 iyul- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması günü” münasibəti ilə “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” adlı II hərbi-vətənpərvərlik düşərgəsi layihəsi həyata keçirilmişdir. Bu layihədə “Gənclərin Töhvəsi” İctimai Birliyi, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökumət Təşkilatları və Rayon Gənclər və İdman İdarələrinin əməkdaşları iştirak ediblər.
Nəzərinizə çatdıraq ki, düşərgənin Qusar rayonunda keçirilməsi, məhz onun Azərbaycanın sərhəddində yerləşməsi ilə əlaqədardır. Gənclər düşərgəyə yerləşdikdən sonra, onlar düşərgənin günlük proqramı ilə tanş oldular. Nahar yeməyindən sonra düşərgə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyduqdan sonra Şəhidlər Xiyabanı da ziyarət etdilər. Sonra Qusar rayon Gənclər evində düşərgənin rəsmi açılışı oldu. Açılışda BŞGİBİ-nin Gənclərlə iş şöbəsinin əməkdaşı Samir Kazımov, Zamin Əhmədov və Qusar rayon Gİİ-nin rəisi Emin Əmirmətov iştirak etdilər. Açılışda Qusar rayonunun fəal gəncləri də iştirak edirdilər. Qusar rayon Gİİ-nin rəisi Emin müəllim tədbir iştirakçılarını salamladı və onlara uğurlar arzuladı. Açılışdan sonra gənclər düşərgəyə qayıdaraq günlük hərbi proqramın bəndlərini icra etməyə başladılar. Düşərgənin 1-ci günü gənclər arasında intellektual oyun, stolüstü oyunlar və idman yarışları keçirildi. Düşərgənin II və III günləri gənclər üçün daha maraqlı keçdi. Onlar Qusar rayonun 6 saylı orta məktəbinə atəş hazırlığı ücün yollandılar. Sonra proqrama əsasən voleybol və futbol yarışlarında ıştirak etdilər. Qusar rayonunun fəal gəncləri ilə düşərgədəki gənclər arasında intellektual yarış keçirildi. Yarışdan sonra Azərbaycan və ləzgi milli rəqsləri nümayış edildi. Daha sonra gənclər rayon hərbi komissarının müavini, səfərbərlik bölməsinin rəisi Pərviz Rüstəmov və çağırış bölməsinin rəisinin köməkçisi Vaqif Pənahov ilə görüşdülər. Görüş çox maraqlı keçdi və gənclərlə qonaq heyəti arasında diskussiya oldu. Günün sonunda düşərgədə keçirilən yarışlarda qalib gələn gənclər diplomlar və fəxri fərmanlarla təltif edildi. Düşərgənin sonuncu günündə BŞGİBİ-nin nümayəndələri Samir Kazımov, Zamin Əhmədov, Səadət Qurbanova və “Gənclərin Töhvəsi”İctimai Birliyinin sədri Asim Vəliyev gəncləri bu düşərgədə böyük həvəslə iştirak etdiklərinə görə öz minnətdarlığını bildirdilər.
20-28 iyul 2011-ci il tarixdə Qaradağ rayonu "Ümid" qəsəbəsində yerləşən futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Laçın rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir. Turnirin final oyunundan əvvəl idmançılar və məşqçilər II Şəhidlər Xiyabanını ziyarət etmiş orada şəhidlərimizin məzarlarının ətrafında abadlıq işləri aparmış və məzarları üzərinə gül dəstələri qoymuşlar.
Final oyununa vəsiqə qazanmış "Laçın" və "İşıqlı" komandaları arasında keçirilən gərgin oyunda əsas hissə 4:4 hesabı ilə qurtarmış, 7 metrəlik zərbələr nəticəsində "Laçın" komandası qalib gələrək turnirin I yerinə layiq görülmüşdür. III yer uğrunda yarışda “Həkəri” komandası “Ümid” komandası üzərində 3:1 hesabı ilə qalib gələrək III yeri tutmuşdur.
Turnirdə mükafata layiq yerləri tutmuş komandaların üzvləri Bakı səhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlar və kubokla təltif edilmış, həmçinin Ümid qəsəbə meydançasına toplar və qapı torları hədiyyə edilmişdir.
23-25 iyul 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin yaradılması ildönümünə həsr olunmuş Bakı şəhərində yerləşən Zığ buxtasında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.
Turnirdə “Bakı şəhər yığma komandası” nın üzvləri ilə yanaşı milli komandanın üzvləri və “Mingəçevir şəhər idmançıları” da iştirak etmişlər.
Yarışın yekun nəticələrinə görə Bakı şəhər yığma komandası mükafata layiq yerlərə layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş iştirakçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunurlar.
12-21 iyul 2011-ci il tarixdə İsmayıllı rayonunda şahmat üzrə 16 yaşadək gənclər arasında Respublika Olimpiadası keçirilmişdir. Olimpiadada respublikamızın 40-dan çox şəhər və rayonundan 423 nəfər şahmatçı mübarizə aparmışdır. Yarışlar A və B qrupları üzrə keçirilmişdir. A qrupunda 13-16 yaşlı idmançılar, B qrupunda 12 yaşadək idmançılar iştirak etmişlər. A qrupu üzrə şəxsi hesabda 10 oyundan 8,5 xal toplayan Bakı idmançısı Bayramov Elxan I yeri, 8,5 xal toplayan Gəncə idmançısı Abbasov Amil II yeri, 8,5 xal toplayan Beyləqan idmançısı Abbaslı Cavid III yeri tutmuş, komanda hesabında Bakı şəhərini təmsil edən 1№-li İOEUGŞDİM-nin komandası I yeri tutmuşdur. B qrupu üzrə şəxsi hesabda I yeri 10 oyundan 9,5 xal toplayan Bakı idmançısı Nağdıyev Niyazi I yeri, 9 xal toplayan Bakı idmançısı Şahəliyev İsmayıl II yeri, 8,5 xal toplayan Ağcabədi idmançısı Abdullayev Fərid II yeri tutmuş, komanda hesabında Bakı şəhərini təmsil edən HRŞDK-nun komandası III yeri tutmuşdur.
15-24 iyul 2011-ci il tarixdə Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 1997-1998-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə "Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Ümumilikdə yarışda 210 nəfər futbolçu iştirak etmişdir.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Nərimanov və Binəqədi rayon komandaları arasında keçirilən gərgin oyundan 3:1 hesabı ilə Nərimanov rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Xəzər və Qaradağ komandaları arasında keçirilən oyunda 4:3 hesabı ilə Xəzər rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə "Nərimanov" komandası, 2-ci yerə "Binəqədi" komandası, 3-cü yerə isə "Xəzər" komandası layiq görülmüşlər.
Yarışda II,III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və I yeri tutmuş komandaya "Sevinc" Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.
08-17 iyul 2011-ci il tarixdə Dalğa Çimərlik Futbol meydanında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi vəAzərbaycan Çimərlik Futbol Federasiyası ilə birgə təşkil etdiyi çimərlik futbolu üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur. Birincilikdə 12 komanda iştirak etmişdir. Yarışın nəticələrinə gorə III-IV yerlər uğrunda PSL-“Xəzər” Azpetrol komandaları arasında keçirilən oyunda 2:6 hesabı ilə “Xəzər” Azpetrol komandası III yer tutmuşdur. I-II yerlər uğrunda “Buffalo”-“Okean”Avtosalonu komandaları arasında keçirilən gərgin oyun 3:3 hesabı ilə başa çatdığına görə, qalib 11 metrəlik cərimə zərbəsi ilə müəyyənləşmişdir. Beləliklə, yarışda I yeri “Buffalo” komandası, II yeri isə “Okean” Avtosalon komandası tutmuşdur.
Yarışda I, II və III yerlərə layiq görülmüş komandaların üzvlərinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubok təqdim edilmişdir. Azərbaycan Çimərlik Futbol Federasiyasi da 3 nominasiya üzrə futbolçuları mükafatlandırmışdır. Ən yaxşı qapıçı nominasiyası üzrə “Okean” Avtosalon komandasından Cude Eziaşi, ən yaxşı oyunçu nominasiyası üzrə “PSL” komandasından Hüseynov Rüfət, ən məhsuldar oyunçu nomçinasiyası üzrə “Okean” Avtosalon komandasından Toni Foye layiq görülmüşdür.
15-16 iyul 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Kresent-Biç” çimərliyində qızlar və oğlanlar arasında çimərlik voleybolu üzrə Bakı şəhər kuboku keçirilmişdir.. Yartışda “Nəqliyyatçı”, “İqtisadçı”, “Xətai-1”,”Xətai-2”, “Bakı-1”, “Bakı-2”, “RİOEUGİM”, “Sərhədçi-1”, “Sərhədçi-2”, “Sabunçu” və s. komandalar iştirak etmişdir.
Yarışın nəticələrinə görə oğlanlar arasında I yerə “Sərhədçi-1” komandası, II yerə “Sərhədçi-2” komandası, III yerə isə “Xətai-2” komandası, qızlar arasında I yerə “Nəqliyyatçı” komandası, II yerə “Bakı-1” komandası, III yerə isə “İqtisadçı” komandası layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
15-16 iyul 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Kresent-Biç” çimərliyində qızlar və oğlanlar arasında çimərlik voleybolu üzrə Bakı şəhər kuboku keçirilir.
Yarışın keçirilməsində məqsəd Bakı şəhərində çimərlik voleybol idman növünü təbliğ və inkişaf etdirmək, ən güclü voleybolçuları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, respublika yarışlarına namizədləri müəyyənləşdirmək, gəncləri çimərlik voleybolu ilə müntəzəm məşğul olmağa cəlb etməkdən ibarətdir.