Futbol üzrə Bakı şəhər kubokunun final oyunları keçirilmişdir.
01-19 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq futbol üzrə Bakı şəhər kuboku keçirilmişdir. 19 oktyabr 2011-ci il tarixdə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının futbol meydançasında futbol üzrə Bakı şəhər kubokunun final oyunları keçirilmişdir. Ümumiyyətlə, kubokda Yasamal (20 nəfər), Qaradağ (22nəfər), Suraxanı (18nəfər), Xəzər (20 nəfər), Nəsimi (20 nəfər), Binəqədi (20 nəfər), Nizami (20 nəfər), Sabunçu (11nəfər), Səbail (14 nəfər), Xətai (19 nəfər), Nərimanov (20 nəfər) komandaları iştirak etmişlər.Komandaların tərkibində ümumilikdə 204 nəfər futbolçu iştirak etmişdir. Final oyununa vəsiqə qazanmış “Qaradağ” və “Nərimanov” komandaları arasında keçirilən gərgin oyunda “Qaradağ” komandası 2:1 hesabı ilə I yeri tutmuşdur. Beləliklə, “Qaradağ” komandası I yer, “Nərimanov ” komandası II yer, “Xəzər” komandası III yer tutmuşdur.
    Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Təltifetmə mərasimində yarışların baş hakimi Füzuli Nəcəfov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev də iştirak etmişdir.

20 10 2011 saat: 15:56

Kişilər və qadınlar arasında cudo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
  14-16 oktyabr 2011-ci il tarixdə Şağan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kişilər və qadınlar arasında  cudo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
 Yarış kişilər arasında 60kq, 66kq, 73kq, 81kq, 90kq, 100kq və +100kq çəki dərəcələri üzrə, qadınlar arasında isə 48kq, 57kq, 70kq, 78kq çəki dərəcələri üzrə keçirilmişdir.
Gərgin keçən mübarizədə kişilər  arasında 60 kq çəki dərəcəsində I yerə Bağırov Kamran, 66 kq çəki dərəcəsində I yerə Xankişiyev Samir, 73 kq çəki dərəcəsində I yerə Həsənov Emil, 81 kq çəki dərəcəsində I yerə Həbibzadə Fuad, 90 kq çəki dərəcəsində I yerə Ramazanov Elçin, 100 kq çəki dərəcəsində I yerə Səfərov Orxan, +100 kq çəki dərəcəsində I yerə Məmmədov Murad, qadınlar arasında isə 48 kq çəki dərəcəsində I yerə Abbaszadə Nərmin, 57 kq çəki dərəcəsində I yerə Seyidli Turanə, 70 kq çəki dərəcəsində I yerə İbrahimova Nərgiz, 78 kq çəki dərəcəsində I yerə Əliməmmədli Günay   layiq görülmüşlər.
 I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.


19 10 2011 saat: 10:10

Nərimanov rayon gəncləri Heydər Əliyev Fondunda olmuşlar.
 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup fəal gəncləri Heydər Əliyev Fondunda olmuşlar. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu dahi şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.
 Fond elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir. Ümummilli Liderin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, görkəmli siyasi xadim haqqında yazılmış kitablar qonaqlarda böyük maraq doğurmuşdur.
 Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş fotoşəkillər, iş otağındakı əşyalar qonaqlarda zəngin təəssürat yaratmışdır.
  Gənclər Fonddan zəngin təəssüratla ayrılmışlar.


18 10 2011 saat: 16:40


Nərd üzrə Bakı şəhər komanda çempionatı keçirilmişdir.
  14 – 17 oktyabr 2011-ci il tarixdə Nərimanov rayonunda yerləşən mərkəzi parkda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bədən tərbiyəsi kollektivləri arasında nərd üzrə Bakı şəhər komanda çempionatı keçirilmişdir. Yarışın əvvəlində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək iştirakçiları bayram münasibətilə təbrik etmiş, onlara uğurlar diləmişlər. Yarışda 11 komanda tərkibində 55 nəfər iştirak etmişdir. Gərgin oyun şəraitində keçirilən yarışda I yeri Nərimanov rayon komandası, II yeri Nizami rayon komandası, III yeri Sabunçu rayon komandası tutmuşlar.
 Komandanın üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

18 10 2011 saat: 9:57

2 saylı CÇM-də voleybol üzrə turnirin final oyunu keçirilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 17 oktyabr 2011-ci il tarixdə 2 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş voleybol üzrə turnirin final oyunu keçirilmişdir. Yarışda 2 saylı Cəzaçəkmə Müəssisəsinin “İstiqlal” və 9 saylı Cəzaçəkmə Müəssisəsinin “Zirvə” komandaları qarşılaşmışlar. 2-1 set fərqi ilə qalib gələn “İstiqlal” komandası turnirdə I yeri tutmuşdur. Oyunlar respublika dərəcəli hakimlər Ceyhun İsmayılov və Təhmasib Haşımov tərəfindən idarə olunurdu.
Yarışın sonunda II yeri tutmuş komandanın üzvləri Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Balayev və Azərbaycan Voleybol Federasiyasının gənclərdən ibarət yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Feliks Məmmədov tərəfindən, qalib komandanın üzvləri isə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi general mayor Mədət Quliyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tərəfindən kubokla, müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

17 10 2011 saat: 16:42

Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri arasında şahmat turniri keçirilmişdir.
4-12 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri arasında şahmat turniri keçirilmişdir. Tədbirdə 48 nəfər tələbə mübarizə aparmışdır. Turnir isveçrə sistemi üzrə şəxsi və komanda şəklində keçirilmişdir. Yarışın nəticələrinə görə şəxsi oyunlarda I yerə Orucov Namiq, II yerə Behbudov Xeyrulla, III yerə Cəlilov Emil, komanda oyunlarında isə I yerə “Bakı” komandası, II yerə “Məşəl” komandası, III yerə “Xudafərin” komandası layiq görülmüşlər. Sonda qaliblərə Baş İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

14 10 2011 saat:10:40

İran İslam Respublikasının Qəzvin şəhərində beynəlxalq turnir keçirilmişdir.
5-8 oktyabr 2011-ci il tarixdə 1993-94, 1996-cı il və yuxarı təvəllüdlülər arasında stolüstü tennis üzrə İran İslam Respublikasının Qəzvin şəhərində beynəlxalq turnir keçirilmişdir. Turnirdə İİR, İsveçrə, İraq, Qazaxistan və Azərbaycan komandaları qatılmışlar. Beynəlxalq turnirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş 2 komanda iştirak etmişdir. Yarışın nəticəsinə görə 1993-94-cü il təvəllüdlü idmançılar arasında Azərbaycan komandası III yeri, 1996-cı il və yuxarı təvəllüdlülər arasında isə II yeri tutmuşlar. İdmançılarımızı təbrik edirik!

13 10 2011 saat:10:57



Pankration üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.
7-8 oktyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində pankration üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışda “Şotokay”, “Əlbəyaxa”, “Pankration” , “Şəki”, “Şəmkir” , “Sumqayıt”, “Turan” , “Ağstafa” , “Uechi-ryu” kimi komandaları təmsil edən idmançılar Aqon, Full-agon və Grappling  növləri üzrə mübarizə aparmışlar.
Yarışlarda 13-14 yaş arası aqon növü üzrə  I yerə Muxdarlı Samir (29kq), Vəliyev Elçin (32kq), Məmmədli Namiq (36kq), Vəliyev İlkin (40 kq), İbrahimov Elnar (45kq), Abdulxalıqov Fəqan (50kq), Atakişiyev Nərbala (56kq), 15-16-17 yaş arası fuii-agon növü üzrə I yerə Hüseynzadə Əlibaba (45kq), Əsgərov Əsgər (50kq), Şəmmədov Bayram (56kq), Səmədov Pərviz (62kq), Həsənov Emin (68kq), Rzayev Tələt (74kq), Qurbanlı Həmid (90kq), Əsgərov Kamal (+90kq), 18-35 yaş arası full-agon növü üzrə I yerə Dərişov Ehtiram (60kq), Babayev Akşin (65kq), Məmmədəliyev Heydər (70kq), Musayev Orxan (75kq), Yusubov Pərvin (80kq), Məmmədli Emin (90kq), Fərzəliyev Orxan (110kq), 18-35 yaş arası grappling növü üzrə I yerə Ağayev Xəqani (60kq), Zamanlı İlkin (65kq), Əliyev Ariz (100kq)layiq görülmüşlər.    
 I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

12 10 2011 saat:11:20




9 saylı CÇM-də "Breyn-rinq" intellektual oyunu keçirilmişdir.
8 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində “Breyn-rinq” intellektual oyunu keçirilmişdir.
  Dairəvi sistem üzrə keçirilən intellektual oyunda hər birində 8 nəfər olmaqla 6 komanda iştirak etmişdir. Oyunun nəticələrinə görə I yeri "Vətən" komandası, II yeri “Uğur” komandası, III yeri isə “Zəfər” komandası tutmuşdur. .
  İntellektual oyunda I, II və III yerləri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

11 10 2011 saat: 10:27

Sərbəst və yunan- roma güləşi üzrə Bakı şəhər birinciliyi başa çatıb.
04-07 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində 1995-1996-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan- roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.
Yarışda sərbəst güləş üzrə çəki:42 kq, 46kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq, 100 kq, yunan –roma güləşi üzrə isə 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq və 100 kq çəki dərəcələrində idmançılar mübarizə aparıblar.
07 oktyabr 2011-ci il tarixdə idmançilar yunan-roma güləşi üzrə 46 kq, 54 kq, 63 kq, 76 kq və 100 kq çəki dərəcələrində mübarizə aparıblar. Yarışın nəticələrinə görə 46 kq çəki dərəcəsində I yerə Mikayıl Rəhmanov (16 №-li UGİM), II yerə Elçin Məmmədov (Spartak), III yerə Kənan Mirzəxanlı (DİN İC), Qurban Məmmədov (Neftçi İSM), 54 kq çəki dərəcəsində I yerə Pərvin Nəzərli (Spartak), II yerə Şahin Dadaşov (Neftçi İSM), III yerə Toğrul Sabirzadə (Gömrükçü), Cəmil Rufullayev (ROİL), 63 kq çəki dərəcəsində I yerə Ruhin Mikayılov (ROİL), II yerə Seymur Abdullayev (ROİL), III yerə İlkin Əsgərov (Xəzri), Sənan Əlimirzəyev (Xəzər İK), 76 kq çəki dərəcəsində I yerə Ramin Məmmədov (Neftçi İSM), II yerə Əsgər Əliyev (ROİL), III yerə Mehman Ələsgərov (6 №-li UGİM), Nicat Həsənli (Pəhləvan), 100 kq çəki dərəcəsində I yerə Məhərrəm Alıquliyev (Neftçi İSM), II yerə Ağasəlim İbrahimli (Neftçi İSM), III yerə isə Cavid Feyziyev (16 №-li UGİM), Ruslan Əliyev (Pəhləvan) layiq görülmüşlər. Belə ki, yarışda 182 nəfər iştirak edib. I, II, III, IV və V yerləri tutmuş idmançılar oktyabrin axırlarında keçiriləcək Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində iştirak etməyə hüquq qazanıblar.
Qalib idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

10 10 2011 saat: 10:28

<< Başlanğıca < Bundan əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Bundan sonrakı > Axıra >>

Cəmi 57 - 70 oradan 610
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd