09-12 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Qaradağ təlim-idman bazasında “Dövlət Bayrağı Günü”nə həsr olunmuş reqbi üzrə Bakı şəhər açıq turniri keçirilmişdir. Yarışda Fortuna-1 və Fortuna-2 (Sumqayıt), Bakı, Neftçi-1, Neftçi-2, “Tissa” komandası (əcnəbi vətəndaşlar), 1 №-li uşaq evi, 3 №-li uşaq evi, 4 №-li uşaq evi, 5 №-li uşaq evi, 6 №-li uşaq evini (2 komanda) təmsil edən 240 nəfər idmançı iştirak etmişdir. Yarışın nəticələrinə görə yeniyetmələr arasında I yeri 5 №-li uşaq evinin komandası, II yerı 4 №-li uşaq evinin komandası, III yerı 1 №-li uşaq evinin komandası, böyüklər arasında isə I yerı Neftçi-1 komandası, II yeri Fortuna (Sumqayıt) komandası, III yeri isə “Tissa” komandası tutmuşdur.
I, II və III yeri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
11 – 13 noyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda üzgüçülük üzrə “Şən delfin” Bakı şəhər açıq payız birinciliyi keçirilmişdir.
Birincilikdə “F-land”, “Təhsil RİM”, “Neft Akademiyası”, “AzDBTİA”, “15№-li UGİM”, “Start İƏK”, “Suraxanı rayonu 318 saylı orta məktəb”, “Neftçi İSM”, “Astoria İK”, “Sumqayıt UGİM”, “Sərhədçi OİK”, “Gənclik İSM”, Gəncə RİM, Aura İK, kimi 15 komandanı təmsil edən 102 idmançı (30 qız, 72 oğlan) iştirak etmişdir.
Yarışda idmançılar 2 yaş qrupunda böyük yaşlı oğlanlar 1998-ci il təvəllüd, böyük yaşlı qızlar 1999-cu il, kiçik yaşlı oğlanlar 1999-2000, kiçik yaşlı qızlar 2000-2001-ci il təvəllüd olmaqla 10 məsafə üzrə mübarizə aparmışdır. Üzgüçülük üzrə “Şən delfin” Bakı şəhər açıq payız birinciliyində 100 m kompleks üsulla I yerə qızlar arasında Andruşenko Anna (Təhsil RİM), oğlanlar arasında Kolyayev Teymur (Təhsil RİM), 200 m kompleks üsulla qızlar arasında I yerə Stisyuk Yuliya (AzDBTİA), oğlanlar arasında I yerə Ayxan Tofiq (Neft Akademiyası), 50 m batterflyay üsulla qızlar arasında I yerə Andruşenko Anna (Təhsil RİM), oğlanlar arasında I yerə Ağayev Yaşar (15№-li UGİM), 100 m batterflyay üsulla qızlar arasında I yerə Abdullayeva Şəbnəm (Sərhədçi OİK), oğlanlar arasında I yerə İsparov Səməddin (15№-li UGİM), 50 m arxa üstə üsulla qızlar arasında I yerə səmədzadə Günel (Neftçi İSM), oğlanlar arasında I yerə Boqatinov Rüstəm (15№-li UGİM), 100 m arxa üstə üsulla qızlar arasında I yerə Stisyuk Yuliya (Təhsil RİM), oğlanlar arasında I yerə İsmayılov Nazir (Sumqayıt UGİM) 50 m brass üsulla qızlar arasında I yerə Əsgərli Qönçə (Neftçi İSM), oğlanlar arasında I yerə Ağayev Yaşar, 100 m brass üsulla qızlar arasında I yerə Sadıqova Şəms (HOİK), oğlanlar arasında I yerə İsparov Səməddin (15№-li UGİM), 50 m sərbəst üsulla qızlar arasında I yerə Əhmədova Cəmilə (AzDBTİA), oğlanlar arasında I yerə Mustafayev Rüfət (15№-li UGİM), 100 m sərbəst üsulla oğlanlar arasında I yerə Ayhan Murad (Neft Akademiyası) layiq görülmüşlər.
Üzgüçülük üzrə “Şən delfin” Bakı şəhər payız birinciliyində I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli medallar və diplomlarla təltif edilmişlər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində 1992-1994-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan- roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
İdmançilar sərbəst və yunan -roma güləşi üzrə 50 kq, 55 kq, 60 kq, 66 kq, 74 kq, 84 kq, 96 kq və 120 kq çəki dərəcələrində mübarizə aparıblar. Yarışın nəticələrinə görə sərbəst güləş üzrə 50 kq çəki dərəcəsində I yerə Fərid İsmayılov (MOİK), 55 kq çəki dərəcəsində I yerə Fuad Nəsirli (Zenit), 60 kq çəki dərəcəsində I yerə Qalib Əliyev (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Bəxtiyar İsrafilli (Gömrükçü), 74 kq çəki dərəcəsində I yerə Kamran Yunusov (Neftçi İSM), 84 kq çəki dərəcəsində I yerə Mircəfər Murtuzlu (Neftçi İSM), 96 kq çəki dərəcəsində I yerə Rövşən İskəndərov (Zenit), 120 kq çəki dərəcəsində I yerə Toğrul Cavadlı (Gömrükçü), yunan-roma güləşi üzrə I yerə 50 kq çəki dərəcəsində I yerə Əli Məmmədov (Neftçi İSM), 55 kq çəki dərəcəsində I yerə Sakit Quliyev (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə Elman Muxtarov (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Babək Rəhimli (DİN İC), 74 kq çəki dərəcəsində I yerə Atatürk Səfərov (Cəngi), 84 kq çəki dərəcəsində I yerə Əli Ayxan (Neftçi İSM), 96 kq çəki dərəcəsində I yerə Türmən Eyyubov (Neftçi İSM), 120 kq çəki dərəcəsində I yerə Həbib Nurlu (Cəngi) layiq görülmüşlər. Belə ki, yarışlarda I, II və III yerləri tutmuş idmançılar noyabrın axırlarında keçiriləcək “Hünər meydanı” Respublika turnirində iştirak etmək hüququ qazanıblar.
Qalib idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 7 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun dəfn olunmasının ildönumü münasibətilə II Fəxri Xiyabanda anım mərasimi keçirilmişdir.
Anım Mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab R.Abbasov, Rayon Gənclər və İdman İdarələri, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökumət Təşkilatları, və “İrəli” İctimai Birliyi iştirak etmişdir.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab R.Abbasov gənclərə Azərbaycan Respublikasının Milli Qəhrəmanı M.İbrahimov haqqında geniş məlumat vermiş və qeyd etmişdir ki, tədbir yeniyetmə və gənclərə milli vətənpərvərlik hisslərinin aşılanması və onların əsl vətəndaş ruhunda böyüməsi məqsədi ilə keçirilir.. Cənab R.Abbasov öz çıxışında gənc nəslin Mübariz kimi böyüdülməsi və gənclərimizin Dağlıq Qarabağ münaqişəsinin həllində Ali Baş Komandan cənab prezident İlham Əliyevin əmri ilə hər an torpaqlarımızı düşmənlərdən azad edəcəyinə hazır olduğunu bir daha qeyd etmişdir.
Tədbirin sonunda şəhidimizin ruhuna dualar oxunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri və yaxınları da iştirak etmişlər.
3 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Gəncliyə Yardım Fondunda "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda inşa yazı və şer müsabiqəsinin yekun mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Samir Kazımov, məsləhətçi Zamin Əhmədov iştirak etmişlər. Tədbirin açılış mərasimində Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov və digər qonaqlar çıxış edərək gənc istedadları salamlamış, "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə təbrik etmiş və onlara gələcək işlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda inşa yazı və şer müsabiqəsində fərqlənmış şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Tədbirin keçirilməsində məqsəd “9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü” nün qeyd edilməsi, yeniyetmə və gənclərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanmasından ibarətdir.
29-30 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq “Xəzri” İK-nın idman zalında veteranlar arasında stolüstü tennis üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.Yarışda Bakı, Quba, Gəncə, Şəki, Balakən, Sabirabaddan 42 nəfər idmançı (onlardan 12 nəfəri qadınlardır) iştirak etmişdir. Qadınların mübarizəsində I yerə Mikayılova Könül, II yerə Moiseyeva Roza, III yerə Əhədova Yelena, kişilərin mübarizəsində isə I yerə Vəliyev Elçin, Ağayev İlham, Əkbərov Kamran, II yerə Xudiyev Tahir, Quliyev Qulu, Hüseynov Niyaz, III yerə Əzimov Niyaz, Heydərov Səxavət, Fedorenko Vladislav, qoşa yarışlarda I yerə Heydərov Səxavət-Ağayev İlham, II yerə Xudiyev Tahir-Əzimov Niyaz, III yerə Quliyev Qulu-Heydərov Əsgərqulu layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
2 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Abşeron Rəsm Qallereyasında "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədr müavini Cəmilə Həsənzadə, Uşaq Rəsm Studiyalarının nümayəndələri iştirak etmişlər. Tədbirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov və digər qonaqlar çıxış edərək gənc istedadları salamlamış, "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə təbrik etmiş və onlara gələcək işlərində uğurlar arzulamışlar.Bundan sonra tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər. Sərgidə 60-dan çox rəssamın əsərlərii nümayiş etdirilmışdır.
Tədbirin sonunda gənc rəssamlar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
28-30 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Birincilikdə 11 idman cəmiyyəti və klubu həmçinin 121 idmançı 10 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparmışdır. Yarışda I yerə 48 kq çəki dərəcəsində Mirzəyev Vaqif (Neftçi İSM), 52 kq çəki dərəcəsində Əliyev Asim (Pəhləvan İK), 57 kq çəki dərəcəsində Məmmədli Şəhriyar (Zenit İSM), 62 kq çəki dərəcəsində Qarayev Orxan (Neftçi İSM), 68 kq çəki dərəcəsində Şükürov Nemət (Neftçi İSM), 74 kq çəki dərəcəsində Bayramlı Orxan (Lokomotiv İSM), 82 kq çəki dərəcəsində Əliyev Rəşad (11-li UGİM), 90 kq çəki dərəcəsində İmanov İmran (Neftçi İSM), 100 kq çəki dərəcəsində Muradov Əlimurad (Zenit İSM), +100 kq çəki dərəcəsində Həsənov Emin (11-li UGİM) layiq görülmüşlər.
Yarışın sonunda birinciliyin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
29 oktyabr 2011-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrinin ( Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Müəllimlər İnstitutu, Rabitə Nəqliyyat Kolleci, Bakı Qızlar Universiteti, Bakı 2 saylı Baza Tibb Kolleci ) ekskursiyası təşkil edilmişdir.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.
Tələblərə bələdçi tərəfəindən muzey haqqında ətraflı danışıldı və onları maraqlandıran suallar cavablandırıldı və sonda xatirə şəkili çəkdirdilər.
Ekskursiyada iştirak edən 30-a yaxın tələbələrlə yanaşı mətbuat nümayəndələri də iştirak etmişdirlər.
28 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq 2010-2011-ci tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın bağlanışı və XXIV spartakiadanın açılışına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hikmət Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Təhsil Respublika İdman Məktəbinin direktoru Cəfər Hümbətov, Təhsil Nazirliyi Bədən Tərbiyəsi Mərkəzinin direktoru Niftalı Quliyev və digər orta ümumtəhsil məktəblərinin şagirdləri də iştirak etmişlər.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Hikmət Abbasov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış etmişlər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov XXIII spartakiadanın yekunları haqqında məlumat verdikdən sonra mükafatlandırma mərasimi başlanmışdır. İlk öncə XXIII spartakiadanın proqramına daxil olan idman növləri üzrə (9 idman növü üzrə 12 yarış) yarışlarda birinci yerləri tutmuş rayon komandalarının müəllimləri xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Daha sonra Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın yekun nəticələrinə əsasən Sabunçu rayonu III yeri , Yasamal rayonu II yeri, Qaradağ rayonu I yeri kubok və müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.
Tədbirin sonunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Bakı şəhər məktəbliləri arasında XXIV sparakiadanı açıq elan etmiş, bütün iştirakçılara müvəffəqiyyətlər arzulamışdır.