Əzizbəyov RGİİ - "Breyn-Rinq" intellektual bilik yarışı
"2 fevral Azərbaycan Gəncləri günü" münasibəti ilə Əzizbayov rayon Gənclər va İdman İdarəsi 28-29 yanvar 2009-cu il tarixlərdə 156 sayli orta məktəbdə "Breyn-Rinq" intellektual bilik yarışı, 31 yanvar 2009-cu il tarixdə isə 156 sayli orta maktabdə gənclərin şahmat idman növünə marağini daha da artirmaq, istedadlı şahmatçıların aşkar olunmasi üçün şahmat üzrə seans keçirmişdir.
"2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş tedbir ve konsert proqramı
28 yanvar 2009-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzində "2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.
“Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir” adlı tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış etmişdir. Bildirilmişdir ki, artıq 13 ildir ölkəmizdə fevralın 2-si Azərbaycan gəncləri günü kimi qeyd olunur. Bu bayram gənclərə ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsidir. Ulu öndərin müvafiq Sərəncamına əsasən, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərin hərtərəfli inkişafı istiqamətində atılmış məqsədyönlü addım olmuşdur.
Milli Məclisin deputatı Fəttah Heydərov dövlət gənclər siyasəti proqramı çərçivəsində respublikada bir çox işlərin görüldüyünü, gənclərin bütün sahələrdə sərbəst fəaliyyəti üçün münbit şərait yaradıldığını diqqətə çatdırmışdır.
2008-ci ildə fəaliyyətləri ilə seçilən bir qrup gəncə diplomlar təqdim edilmişdir.
Tədbir geniş konsert proqramı ilə davam etdirilmişdir.
“NƏ? HARADA? NƏ VAXT?” İNTELLEKTUAL OYUNU ÜZRƏ BAKI BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
30 yanvar 2009-cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncliyə Yardım Fondunda "2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə Bakının məktəbliləri arasında paytaxt birinciliyi keçirilmişdir. Yarışda Bakının müxtəlif rayonlarından 26 komanda iştirak etmişdir.
Açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecem ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğı ilə yanaşdığını xatırlatmışdır. Hər il fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması bu dahi şəxsiyyət tərəfindən Azərbaycan gənclərinə verilən böyük töhfədir.
BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Nəcəf Novruzov iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gənclərin sağlam, intellektual böyüməsində mühüm rol oynadığını söyləmişdir.
Yarışın nəticələrinə əsasən “Nizami-1” komandası çempion olmuşdur. “Suraxanı-1” ikinci, “Əzizbəyov-1” komandası isə üçüncü olmuşdur.
Fərqlənmiş komandalar qiymətli hədiyyələr və diplomlarla təltif olunmuşlar.
“HƏR İL-GƏNCLƏR İLİDİR” ADLI SƏRGİ AÇILMIŞDIR
31 yanvar 2009-cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Abşeron” rəsm qalereyasında "2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş fotosərginin açılışı olmuşdur.
“Hər il-gənclər ilidir” adlı sərgidə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirmişdir ki, bu gün Azərbaycan gəncləri böyük bir qüvvə kimi həyatımızın bütün sahələrinə nüfuz edir, onlara inam və etimad artır. Belə bir günün ulu öndər Heydər Əliyev tərəfindən təsis olunması da Azərbaycan gəncliyinə müstəqil Azərbaycan dövlətinin diqqət və qayğısının təzahürüdür.
R.Abbasov məlumat vermişdir ki, sərgidə 2007-ci il Gənclər ilində və ötən il ərzində idarə tərəfindən həyata keçirilən tədbirləri əks etdirən 80 foto nümayiş etdirilir.
Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov Gənclər və İdman Baş İdarəsi ilə birgə həyata keçirdikləri tədbirlərdən danışmışdır.
Sərgi fevralın 2-dək davam edəcəkdir.
"2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə boulinq turniri keçirildi
29 yanvar 2009-cu il tarixdə "Elit" Əyləncə Mərkəzində saat 11.00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunmuş "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə boulinq turniri keçirildi.
Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev iştirak edirdilər.
Açılış mərasimində çıxış edən R.Abbasov, turnir iştirakçılarını "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə təbrik etdi və turnir iştirakçılarının hər birinə uğurlar arzuladı. R.Abbasov həmçini öz çıxışında Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının gənclərə göstərdiyi diqqət və qayğısını qeyd etdi.
Turnir Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra açıq elan olundu.
Turnirdə Baş İdarənin və RGİİ-nin əməkdaşlarından ibarət 16 komanda iştirak edirdi.
Turnirin nəticəsinə görə I yerə - Səbail RGİİ, II yerə - Nəsimi RGİİ və III yerə - Nərimanov RGİİ layiq görülmüşlər. 
Qalib komandalar Baş İdarə tərəfindən diplomlar və kuboklarla təltif olundular.
QILINCOYNATMA ÜZRƏ BAKI BİRİNCİLİYİNƏ YEKUN VURULDU
Bu gün qılıncoynatma üzrə 1992-ci il təvəllüdlü və daha azyaşlı uşaqlar arasında Bakı birinciliyi yekun vuruldu. Azərbaycan Qılıncoynatma Federasiyasının zalında təşkil olunmuş birincilikdə sablya və şpaqa növü üzrə 70-dək idmançı mübarizə aparırdı.
Yekun nəticələrə görə qaliblər aşağıdakı qaydada bölünmüşdür:
Sablya növü üzrə - Oglanlar arasında: I yerə - Tağıyev Azər, II yerə - Qasımov Zaur, III yerlərə - Bizəyev Ruslan və Dadaşov Hüseyn; Qızlar arasında: I yerə - Quliyeva Dilarə, II yerə - İbrahimova Fatma, III yerlərə - Kərimova Arzu və Arayışka Aytac.
Şpaqa növü üzrə - Oglanlar arasında: I yerə - Məmmədov Fərid, II yerə - Əliyev Kənan, III yerlərə - Fərmanov Samir və Aslanov Feyzulla; Qızlar arasında: I yerə - Məmmədova Fatma, II yerə - Avçinnikova Aleksandra, III yerlərə - Bayramova Yuliya və Zeynalova Leyli.
Birinciliyin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
QILINCOYNATMA ÜZRƏ BAKI BİRİNCİLİYİ BAŞLANMIŞDIR
Bu gün (26.01.09) Qılıncoynatma üzrə 1992-ci il təvəllüdlü və daha azyaşlı uşaqlar arasında Bakı birinciliyi başlanmışdır. Azərbaycan Qılıncoynatma Federasiyasının zalında təşkil olunmuş birincilikdə sablya, şpaqa və rapira növü üzrə 70-dək idmançı mübarizə aparır.
Qeyd edək ki, bu yaş qrupunda yarışlar 12 illik fasilədən sonra yenidən təşkil olunur.
Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) fəaliyyətini xüsusi vurğuladı. Ölkəmizin qılıncoynatmada böyük ənənələrə malik olduğunu xatırladan R.Abbasov idmanın bu növündə inkişafın hiss olunduğunu söylədi. O əvvəllər Bakıda “Babəkin qılıncı” turniri, habelə, xarici ölkələrin yığmaları ilə birgə təlim-məşq toplanışlarının keçirildiyini söyləyərək bu ənənənin bərpasının vacibliyini vurğuladı.
AQF-in baş katibi Ramin Məmmədov isə 12 illik fasilədən sonra belə yarışın təşkilinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanda artıq bu ildən başlayaraq benəlxalq turnirlərin təşkil olunacağını söylədi. Artıq may ayında müxtəlif ölkələrin iştirakı ilə təşkil olunacaq belə bir turnir Beynəlxalq Qılıncoynatma Federasiyasının təqviminə salınmışdır.
Azərbaycan Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olundu.
Bu gün sablya növü üzrə yarışlar keçirilmiş və qaliblər məlum olunmuşdur.
Oglanlar arasında: I yerə - Tağıyev Azər, II yerə - Qasımov Zaur, III yerlərə - Bizəyev Ruslan və Dadaşov Hüseyn layiq görülmüşlər.
Qızlar arasında: I yerə - Quliyeva Dilarə, II yerə - İbrahimova Fatma, III yerlərə - Kərimova Arzu və Arayışka Aytac layiq görülmüşlər.
Bakı birinciliyi yanvarın 28-də başa çatacaqdır.
Boulinq Turniri keçiriləcək
29 yanvar 2009-cu il tarixdə "Elit" Əyləncə Mərkəzində saat 11.00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil ounmuş boulinq turniri keçiriləcəkdir.
Turnirdə Baş İdarənin və RGİİ-nin əməkdaşlarından ibarət 16 komanda iştirak edəcəkdir.
Qalib komandalar Baş İdarə tərəfindən diplomlar və kuboklarla təltif olunacaqlar.
FUTBOL ÜZRƏ BAKI ŞƏHƏR KLUBLARARASI BİRİNCİLİYİNDƏ QALİB GƏLMİŞ KOMANDALARIN TƏLTİF
23 yanvar 2009-cu il tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında futbol üzrə Bakı şəhər klub-komanda birinciliyinin qaliblərin təltifetmə mərasimi olmuşdur.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi tədbirdə qalib komandaların oyunçuları, məşqçilər və komandaların rəhbərləri iştirak etmişlər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Adil Ağayev əlamətdar gün münasibətilə gənc futbolçuları təbrik edərək bildirmişdir ki, ölkə futbolunun inkişafında əhəmiyyətli rol oynayan belə turnirlər paytaxtın klubları arasında artıq 60 ildir keçirilir. Yarışla bağlı məlumat verən A.Ağayev demişdir ki, ötən ilin aprelin 20-dən noyabrın 20-dək davam edən Bakı birinciliyində 20 komandanın heyətində 2500-dək yeniyetmə və gənc futbolçular iştirak etmişlər. O, çıxışının sonunda gənclərə tanınmış futbolçular Anatoli Banişevski, Ələkbər Məmmədov, Kazbek Tuayevə bənzəmələrini, beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəkliklərə qaldırmağı arzulamışdır.
Sonra komandaların təltifetmə mərasimi başlanmışdır. Əvvəlcə 2-ci dəstədə ən yaxşı nəticə göstərən komandalar mükafatlandırılmışlar. Belə ki, 1-ci yerə “ Zəngəzur ”, 2-ci yerə “Spartak”, 3-cü yerə isə “Məşəl” klubu layiq görülmüşdür.
1-ci dəstə komandalarının mübarizəsində isə ümumi hesabda “Respublika Olimpiya İdman Liseyi” klubu Bakı çempionu adını qazanmışdır. “Bakı İdman Futbol Komandası-1” 2-ci, “Neftçi” komandası isə 3-cü yeri tutmuşdur.
Mərasimdə komandaların məşqçiləri də fəxri fərmanlarla təltif olunmuşlar.
20 YANVAR FACİƏSİ İLƏ BAĞLI ELEKTRON AKSİYA
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Respublikanın fəal ali və orta təhsil ocaqlarından Tələbə Gənclər Təşkilanlarının fəallarının iştirakı ilə 10704 sayda e-mail ünvanına 20 yanvar faciəsi ilə bağlı məlumatlar göndərilmişdir. Məqsəd 20 yanvar hadisələri haqqında məlumatın dünya ictimaiyyətinə çatdırılmasıdır.
Aksiyanın təşkilatçısı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun sözlərinə görə, beynəlxalq təşkilatlara, səfirliklərə, ayrı-ayrı vətəndaşlara, hüquq müdafiə təşkilatlarına göndərilmiş məktubların mətnində sovet qoşunlarının Bakıya soxulduğu dövrdə dinc əhaliyə qarşı törədilmiş vəhşilik faktları qeyd edilir, Azərbaycan xalqının müstəqillik və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəsinin ədalətli mübarizə olması vurğulanır.
Fəal ali və orta təhsil ocaqları: "Odlar Yurdu" Universiteti (4 e-mail), Rabitə və Nəqliyyat Kolleci (5 e-mail), Kooperasiya Universiteti (30 e-mail), Müəllimlər İnistitutu (30 e-mail), "Təfəkkür" Universiteti (35 e-mail), Mədəniyyət və İncəsənət Universiteti (70 e-mail), "Qərb" Universiteti (100 e-mail), Bədən Tərbiyəsi və İdman Akademiyası (150 e-mail), Pedaqoji Universitet (180 e-mail), Sosial Münasibətlər Akademiyası (400 e-mail), Beynəlxalq Universitet (700 e-mail), Rəssamlıq Akademiyası (1000 e-mail), Dillər Universiteti (3000 e-mail) və Texniki Universitet (5000 e-mail).
Fevralın 26-da, Azərbaycan tarixinin daha bir faciəli günü – Xocalı soyqırımının ildönümü ərəfəsində də bu cür aksiyanın keçirilməsi nəzərdə tutulmuşdur.
<< Başlanğıca < Bundan əvvəlki 41 42 43 44 45 46 47 48 49 Bundan sonrakı > Axıra >>

Cəmi 603 - 616 oradan 678
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd