XXIV spartakiadaya yekun vuruldu
  15 may 2012-ci il tarixdə Azərbaycan VMVB-nin Səbail rayon təşkilatının atıcılıq tirində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan güllə atıcılığı növü üzrə yarış keçirilmişdir. Keçirilən yarışda Bakı şəhərinin 11 rayon komandası tərkibində 110 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticələrinə görə 1-ci yerə Nizami rayonu 220 saylı məktəbin, 2-ci yerə Binəqədi rayonu 126 saylı məktəbin, 3-cü yerə isə Sabunçu rayonu 80 saylı məktəbin komandaları layiq görülmüşlər. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
   16 may 2012-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən 15 №-li UGİM-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan cırtdan növü üzrə yarış keçirilmişdir. 2-4-cü sinif şagirdləri arasında keçirilən yarış kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma mərhələlərindən ibarət olmuşdur.
   Yarışın nəticələrinə görə 1-ci yerə Xətai rayonu 204 saylı məktəbin, 2-ci yerə Səbail rayonu 160 saylı Klassik Gimnaziyanın, 3-cü yerə isə Suraxanı rayonu 278 saylı məktəbin komandaları layiq görülmüşlər. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
    Beləliklə, Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın bütün növləri üzrə keçirilən yarışlardan sonra ümumi xallar hesabına görə 1-ci yeri 45 xalla Xətai rayonu, 2-ci yeri 54 xalla Səbail rayonu, 3-cü yeri 59 xalla Sabunçu rayonu, 4-cü yeri 70 xalla Suraxanı rayonu, 5-6-cı yerləri 74 xalla Nərimanov və Yasamal rayonları, 7-ci yeri 75 xalla Xəzər rayonu, 8-9-cu yerləri 76 xalla Nizami və Qaradağ rayonları, 10-cu yeri 100 xalla Binəqədi rayonu və 11-ci yeri 135 xalla Nəsimi rayonu tutmuşlar.

17 05 2012 saat: 12:05

Tələbələr arasında şahmat üzrə turnir keçirilmişdir.
  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Odlar Yurdu Universitetinin tələbələri arasında şahmat üzrə turnir keçirilmişdir.Yarışda 8 komanda tərkibində 48 nəfər (onlardan 15 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar İsveçrə sistemi üzrə keçirilmişdir. Komanda hesabında I yerə “Kəpəz” komandası, II yerə “Atəşgah” komandası, III yerə “Zirvə” komandası, şəxsi hesabda isə I yerə Süleymanlı Gəray, II yerə Qulamova Zoya , III yerə Pirimov Mahir layiq görülmüşlər.
  Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

16 05 2012 11:31

Qılıncoynatma üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur
 10-13 may 2012 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına əsasən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda qılıncoynatma üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda “Neftçi İSM”, “8№-li İOEUGİM ”, “14 saylı UGİM”, “Fencing İK” idman təşkilatlarını təmsil edən 70 idmançı şpaqa, sablya, rapira növləri üzrə mübarizə aparmışdır.
  Yarışda şpaqa növü üzrə qadınlar arasında I yerə Xudaverdiyeva Elmira (8№-li İOEUGİM), II yerə Bayramova Yuliya (8№İOEUGİM), III yerə Məlikova Məryəm (Fencing İK), Məlikova Nübar (Fencing İK), sablya növü üzrə I yerə Bünyatova Sevil (Neftçi İSM), II yerə Bünyatova Sevinc (“Neftçi”İSM), III yerə Ələsgərova Aida (“Neftçi”İSM), Proxorova Yekaterina (“Neftçi”İSM), rapira növü üzrə I yerə Məlikova Nübar (Fencing İK), II yerə Məlikova Məhin (Fencing İK), III yerə Məlikova Məryəm (Fencing İK), Cəfərova Aynur (Fencing İK) layiq görülmüşlər. Çempionatda kişilər arasında şpaqa növü üzrə I yerə Əliyev Kənan (8№-li İOEUGİM), II yerə Məmmədov Fərid (8№-li İOEUGİM), III yerə Balaoğlanov Aslan (14 saylı UGİM), Cabrayılov Faiq (14 saylı UGİM), sablya növü üzrə I yerə Budaqov Yusif ("Neftçi" İSM), II yerə Səfərov Cavanşir (8№-li İOEUGİM), III yerə Dadaşov Hüseyn (Neftçi İSM), Baumvol Aleksey (8№-li İOEUGİM), rapira növü üzrə I yerə Seyidov Yusif (Fencing İK), II yerə Əhmədov Cavid (Fencing İK), III yerə Sadıqzadə Cəmil (Fencing İK), Abbasov Rafət (Fencing İK) layiq görülmüşlər.
   Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

14 05 2012 saat: 15:25

XXIV spartakiadasının proqramına daxil olan mini-futbol üzrə yarışa yekun vurulmuşdur
   2-11 may 2012-ci il tarixdə Nərimanov rayonu Bağça Məktəb Lisey Kompleksinin futbol meydançasında Bakı şəhər məktəblilərinin XXIV spartakiadasının proqramına daxil olan mini-futbol üzrə yarış keçirilmişdir. Yarışlarda Bakının 11 rayon komandası tərkibində 110 nəfər iştirak etmişdir. Xətai rayonu 138 saylı məktəbin və Sabunçu rayonu 80 saylı məktəbin komandaları arasında III yer uğrunda, Nərimanov rayonu BMLK-nın və Səbail rayonu 236 saylı məktəbin komandaları arasında final oyunları olduqca gərgin oyun şəraitində keçirilmişdir. Belə ki, Xətai rayon komandası 4:0 hesabı ilə qalib gəlmiş, Nərimanov rayon komandası isə 4:1 hesabı ilə qalib gəlmişdir. Yarışın bağlaniş mərasimində iştirak edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, spartakiadanın baş hakimi Adil Ağayev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər rəsmi şəxslər gənc futbolçulara uğurlar diləmiş, qalib komandaların üzvlərini xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif etmişlər.
   Bakı şəhər məktəblilərinin XXIV spartakiadasının proqramına daxil olan şahmat, dama, voleybol, basketbol, dördnövçülük və mini-futbol növləri üzrə yarışlarından sonra yekun nəticələrə görə Xətai rayonu 37 xalla I yerdə, Səbail rayonu 38 xalla II yerdə, Sabunçu rayonu 49 xalla III yerdə, Suraxanı rayonu 57 xalla IV yerdə, Yasamal rayonu 60 valla V yerdə, Nərimanov rayonu 61 xalla VI yerdə, Xəzər rayonu 61 xalla VII yerdə, Qaradağ rayonu 66 xalla VIII yerdə, Nizami rayonu 71 xalla IX yerdə, Binəqədi rayonu 84 xalla X yerdə və Nəsimi rayonu 112 xalla XI yerdə qərarlaşmışlar.

12 05 2012 saat: 12:54


Badminton üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
    02-08 may 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı Slavyan Universitetinin idman salonunda badminton üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda  50 nəfərə yaxın idmançı iştirak etmişdir.
  Oğlanlar arasında şəxsi yarışlarda I yerə Qələndərov Orxan, II yerə Musayev Kərim, III yerə Əlizadə Cavanşir, qızlar arasında isə I yerə Vlasyok Alla, II yerə Hüseynova Zülfiyyə, III yerə Əlizadə Pərvin layiq görülmüşlər.
  I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.


10 05 2012 saat: 14:34

"Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir
  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncliyə Yardım Fondunda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilmişdir.  
  Tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Baş İdarənin rəis müavini Aydın Yusifov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, aparıcı məsləhətçi Samir Kazımov, Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin müdiri İbrahim Erol, Xocalı Soyqırım Tanıtım İctimai Birliyinin sədri Şamil Sabiroğlu iştirak ediblər. İlk növbədə tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Bir mahnının tarıxçəsi” adlı film nümayış olundu. Daha sonra tədbirə gələn qonaqlar çıxış edərək gənc istedadları salamlamış onlara gələcək işlərində uğurlar arzulamışlar. Müsabiqənin nəticəsinə görə I yerə Binəqədi rayonu 267 saylı orta məktəbin şagirdi Hüseynova Gülsüm, II yerə Səbail rayonu 49 saylı orta məktəbin şagirdi İsmayılova Azadə, III yerə isə Nərimanov rayonu 39 saylı orta məktəbin şagirdi Ələkbərli Şamilə layiq görülmüşlər.
    Tədbirin sonunda inşa yazı müsabiqəsində fərqlənmış və I, II və III yeri tutmuş şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.   
    Tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin 89-cu ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin istedad və yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanmasından ibarətdir. 

08 05 2012 saat: 16:40
    
Reqbi üzrə Bakı şəhər açıq kubokuna yekun vurulmuşdur.
  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Qaradağ təlim-idman bazasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş reqbi üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışda Neftçi (Bakı), Sumqayıt, Cəlilabad və “Tissa” komandasını (əcnəbi vətəndaşlar) təmsil edən 80 nəfər idmançı iştirak etmişdir.
   Yarışın nəticələrinə görə I yeri Neftçi (Bakı) komandası, II yerı “Tissa” komandası, III yerı Cəlilabad yığma komandası tutmuşdur.
   I, II və III yeri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

08 05 2012 saat: 10:48


ƏLƏKBƏR MƏMMƏDOVUN ŞƏRƏFİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
   14 aprel 2012-ci il tarixdə start götürən əməkdar idman ustası, professor Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turniri başa çatmışdır.
   Qaradağ Təlim İdman Bazasında keçirilən turnirdə 2 qrup üzrə 10 komanda iştirak etmişdir. 4 may 2011-ci il tarixdə final oyunlari keçirildi.. Yarışın III və IV yerləri uğrunda “Binə” və “Bakı-008” komandaları görüşmüşlər. "Bakı-008" komandası 4:0 hesabı ilə " Binə" komandasına qalib gəlmişdir. I və II yerlər uğrunda isə “Gənclik” və “Neftçi” İSM komandaları görüşmüşlər. Əsas vaxt 1:1 hesabı ilə başa çatdığına görə 11 metrlik cərimə zərbələri təyin olunub. Hesab 5:7 “Neftçı” İSM komandasının xeyrinə qurtarmışdır. Beləliklə, I yerə “Neftçi” İSM, II yerə “Gənclik” komandası, III yerə “Bakı-008” komandası çıxmışdır.
   Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

07 05 2012 saat: 16:07

“Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na ekskursiya təşkil edilmişdir.
  5 may 2012-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin ekskursiyası təşkil edilmişdir.
  Tələblərə bələdçi tərəfəindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində  2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə “açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi” yaradılması, kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunması haqqında geniş məlumat verildi .
  Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.

07 05 2012 saat: 08:58


Spartakiadanın mini-futbol yarışına start verildi.
  2 may 2012-ci il tarixdə 200 saylı məktəbin futbol meydançasında Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan mini-futbol üzrə yarışına start verilmişdir. Yarışlar Bakının 11 rayon komandası arasında 2 qrupda dairəvi sistem üzrə keçiriləcəkdir. 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 110 nəfər idmançı iştirak edir. Oyunlar 11 may 2012-ci il tarixdə sona çatacaqdır. XXIV spartakiadanın mini-futbol yarışına qədər keçirilən idman növlərinin yekun nəticələrinə görə I yerdə Xətai rayonu (34 xal), II yerdə Səbail rayonu (36 xal), III yerdə Sabunçu rayonu (45 xal), IV yerdə Yasamal rayonu (51 xal), V yerdə Suraxanı rayonu (52 xal), VI yerdə Xəzər rayonu (54 xal), VII Qaradağ rayonu (58 xal), VIII Nərimanov rayonu (60 xal), IX Nizami rayonu (61 xal), X yerdə Binəqədi rayonu (78 xal) və XI yerdə Nəsimi rayonu (68) qərarlaşmışdır.


04 05 2012 saat: 15:51
  
<< Başlanğıca < Bundan əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Bundan sonrakı > Axıra >>

Cəmi 1 - 14 oradan 678
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd