4-5 sentyabr tarixində Mühafizə Alayının 12-ci bölüyündə dama üzrə turnir keçirilmişdir
4 – 5 sentyabr 2010-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətin birgə tədbirlər planına əsasən Mühafizə alayının 12-ci bölüyündə əsgər və zabit heyəti arasında dama üzrə turnir keçirilmişdir.
Turnirin açılışında Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin baş inspektoru Vüqar Orucov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Bölüyün əsgər və zabitlərindən ibarət 10 komandanın iştirak etdiyi turnirdə I yeri "Turan" komandası, II yeri "Araz" komandası, III yeri isə "Qafqaz" komandası tutmuşdur.
Turnirdə I, II və III yerə layiq görülmüş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.