SURAXANI RAYONU ÜZRƏ MƏHƏLLƏLƏRARASI MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR
01-07 iyul 2010-cu il tarixdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Hövsan qəsəbəsində yerləşən futbol meydançasında Suraxanı rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1998-99-cu il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışın yekun nəticələrinə görə 1-ci yerə "Dalğa" komandası, 2-ci yerə "Suraxanı" komandası, 3-cü yerə isə "Hövsan-2" komandası layiq görülmüşlər.
Turnirdə mükafat layiq yerləri tutmuş komandaların üzvlərinə Bakı səhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlar və kubok təltif edilmişdir.
ÇİMƏRLİK VOLEYBOLU ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
02-03 iyul 2010-cu il tarixdə "Crescent Beach" çımərliyində çimərlik voleybolu üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda "Xətai-1", "Xətai-2", "Lokomotiv-1", "Lokomotiv-2", "Sabunçu", "RİOEUGİM", "Nəqliyyatçı", "Sumqayıt", "Sərhədçi" və s. komandalar iştirak etmişdir. Ümumilikdə yarışda 50-dən çox idmançı iştirak etmişdir.
Yarışın nəticələrinə görə oğlanlar arasında 1-ci yerə "Sərhədçi" komandası, 2-ci yerə "Sumqayıt" komandası, 3-cü yerə isə "Sabunçu" komandası, qızlar arasında 1-ci yerə "Lokomotiv-2" komandası, 2-ci yerə "Lokomotiv-1" komandası, 3-cü yerə isə "Xətai-1" komandası layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşar.
Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir
25 iyun - 03 iyul 2010-cu il tarixdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən futbol meydançasında Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1998-99-cu il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışın yekun nəticələrinə görə 1-ci yerə "Şahdağ" komandası, 2-ci yerə "Bakı" komandası, 3-cü yerə isə "Turan" komandası layiq görülmüşlər.
Turnirdə mükafat layiq yerləri tutmuş komandaların üzvlərinə Bakı səhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlar və kubok təltif edilmişdir.
Silahlı Qüvvələr gününə həsr olunmuş peyntbol və voleybol turniri keçirilmişdir
24 iyun 2010-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Stend Atıcılığı İdman Kompleksində “26 iyun – Silahlı Qüvvələr günü”nə həsr olunmuş Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatları arasında peyntbol turniri keçirilmişdir.
Turnirin keçilməsində məqsəd "26 iyun – Silahlı Qüvvələr günü"nün geniş şəkildə qeyd olunması, tələbə-gənclərin peytbol idman növü ilə müntəzəm məşğul olmağa cəlb etmək, onlara silahla davranış qaydalarını öyrətmək və onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.
Turnirdə 8 komanda iştirak etmişdir. Yekun nəticələrə görə yarışda I yeri Azərbaycan Texniki Universitetinin komandası, II yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası, III yerə isə Əmək və Sosial Münasibətlər Akademiyasının komandası layiq görülmüşlər.
Turnirdə qalib gəlmiş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubok təqdim olunmuşdur.

20-26 iyun 2010-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ rayonu Sanqaçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə “26 iyun – Silahlı Qüvvələr günü”nə həsr olunmuş voleybol turniri keçirilmişdir.
Hərbi hissənin əsgər və zabit heyəti arasında keçirilən final oyunundan sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və digər rəsmi şəxslər çıxış edərək şəxsi heyəti bayram münasibəti ilə təbrik etmiş, dövlətimiz tərəfindən əsgərlərə göstərilən qayğının daim artırılmasını, həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bu tipli tədbirlərin təşkil olunmasını vurğulamışdır.
Turnirdə I, II, IIII yerləri tutmuş komandaların üzvlərinə xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təltif olunmuş, hərbi hissəyə voleybol topları və torları, həmçinin hərbi xidmətində fərqlənmiş bir qrup əsgərlərə hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda şəxsi heyət qarşısında mədəniyyət işçilərinin iştirakı ilə bayram konserti təşkil olunmuşdur.
ŞƏKİ ŞƏHƏRİNDƏ HƏRBİ VƏTƏNPƏRVƏRLİK DÜŞƏRGƏSİ KEÇİRİLMİŞDİR
25 – 28 iyun 2010-cu il tarixlərdə “26 iyun – Silahlı Qüvvələr Günü” münasibəti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyi ilə birgə Şəki şəhərində “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” adlı hərbi vətənpərvərlik düşərgəsi təşkil etmişdirlər.
Düşərgədə Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatlarının sədrləri, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, fəal gənclər və KİV vasitələrinin nümayəndələri iştirak etmişlər. Ümumilikdə düşərgədə 55 nəfər gənc iştirak etmişdir.
Düşərgənin 1-ci günü gənclər ilk öncə Şəki şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin heykəlinin önünə əklil qoymuş və Şəki şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər. Bundan sonra düşərgənin yerləşdiyi yerdə rəsmi açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər sektorunun müdiri Nəcəf Novruzov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəki şəhər YAP-nın Gənclər Birliyinin sədri Gündüz Paşayev və Müharibə Veteranları İctimai Biriliyinin Şəki şəhər təşkilatının sədri Kənan Məmmədov iştirak etmişdir.
Düşərgənin 2-ci günü ehtiyyatda olan zabit Məhəmməd Əliyevin iştirakı ilə hərbi təlim keçirilmişdir. Daha sonra baş leytenant Rüstəm Quliyevin iştirakı ilə sıra hazırlığı təlimi və gənclərin silahla davranışının gücləndirilməsi məqsədi ilə güllə atıcılığı yarışı keçirilmişdir. Günün sonunda gənclər Şəki şəhərində yerləşən “Xan Sarayı” və “Karvan-Saray” dövlət tarixi-memarlıq qoruğuna ekskursiya etmişlər.
Düşərgənin 3-cü günü M.Əliyev gənclərə hərbi taktika dərsi keçdikdən sonra, Şəki şəhər Hərbi Komissarı gənclərlə görüşmüş, mühazirə oxumuş və gəncləri maraqladıran suallara cavab vermişdir. Daha sonra Şəki şəhər İcra Hakimiyyəti başçısının I müavini, YAP-nın Şəki şəhər təşkilatının sədri Həsən Həsənovla görüş keçirilmişdir. Görüşdən sonra gənclər Silahlı Qüvvələrin “N” saylı Hərbi Hissəsi ilə tanış olmuş, əsgər və zabit heyəti ilə görüşmüşlər. Günün sonunda düşərgə iştirakçıları Şəki şəhərinin Marxal və Kiş kəndinə ekskursiya etmişlər.
Düşərgənin 4-cü günü tanınmış arxeoloq-tarixçi Nəsib Məmmədov ilə görüş keçirilmişdir. Görüşdən sonra hərbi vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilmişdir. Bağlanış mərasimində günlər ərzində keçirilən idman və bilik yarışlarının qalibləri mükafatlandırılış və düşərgənin bütün iştirakçılarına müvafiq sertifikatlar paylanılmışdır.
Düşərgənin təşkilində məqsəd "26 iyun – Silahlı Qüvvələr Günü"nün geniş qeyd olunması, gənclərin hərbi biliklərinin artırılması, onlarda vətənpərvərlik ruhunun aşılanması, fəal gənclər üçün yay istirahət düşərgələrinin təşkil edilməsi, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.
Şotokan karate-do üzrə Bakı şəhər açıq kuboku və çempionatı keçirilmişdir
22-23 iyun 2010-cu il tarixdə "Turan" İdman Klubunun idman salonunda "26 iyun - Silahlı Qüvvələr Günü"nə həsr olunmuş şotokan karate-do üzrə Bakı şəhər açıq kuboku və çempionatı keçirilmişdir.
Yarışda Bakı şəhərinin idmançıları ilə yanaşı, Xirdalan şəhərinin və Cəlilabad rayonunun da idmançıları iştirak etmişdir. Ümumilikdə yarışda 97 nəfər idmançı iştirak etmişdir.
Yarışın nəticələrinə görə 6-7 yaş üzrə Rəşad Məmmədzadə (Kumite şəxsi), Yusif Məmmədzadə (Kata şəxsi), 8-9 yaş üzrə Məhəmməd Məhəmmədov (Kumite şəxsi), Sərxan Həmzəyev (Kata şəxsi), 10-11 yaş üzrə Bayram Məmmədov (Kumite şəxsi), Ələsgər Məmişov (Kata şəxsi), 12-13 yaş üzrə Rövşən Aşıqov (Kumite şəxsi), Mahir Məlikov (Kata şəxsi), 14-15 yaş üzrə Nurlan Mehdiyev (Kumite şəxsi), Şükür Sadıqov (Kata şəxsi), 16-17 yaş üzrə Rəfail Mehdiyev (Kumite şəxsi), Seymur Mirzəyev (Kata şəxsi) və 18 yaşda yuxarı idmançılar arasında Orxan Şabanov (Kumite şəxsi), Aydın Məlikov (Kata şəxsi) bütün rəqiblərini üstələyərək yarışın 1-cisi adına layiq görülmüşlər.
Yarışda hər yaş qrupu üzrə və hər növ üzrə I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşar.
Sabunçu rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir
12-20 iyun 2010-cu il tarixdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı 94 saylı orta məktəbin idman zalında Sabunçu rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1998-99-cu il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışın yekun nəticələrinə görə 1-ci yerə "Turan" komandası, 2-ci yerə "Qarabağ" komandası, 3-cü yerə isə "Bakı" komandası layiq görülmüşlər.
Turnirdə mükafat layiq yerləri tutmuş komandaların üzvlərinə Bakı səhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlar və kubok təltif edilmişdir.
FƏAL GƏNCLƏRİN QƏBƏLƏ RAYONUNA EKSKURSİYASI TƏŞKİL OLUNMUŞDUR
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi rayon Gənclər və İdman İdarəsi ilə birgə "15 iyun - Milli Qurtuluş Günü" münasibəti ilə bir qrup fəal gəncin iştirakı ilə Qəbələ rayonuna ekskursiya təşkil etmişdir.
Ekskursiyanın açılışında Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Nəcəf Novruzov çıxış edərək ilk öncə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasovun salamlarını çatdırdı və ekskursiya iştirakçılarına ekskursiyanın mahiyyəti barədə danışdı.
Gənclər Qəbələ rayonunda yerləşən turizm baxımından əhəmiyyətli yerlərlə tanış olmuşlar və rayonda yerləşən "Dəmir aparan" çayın, "Yeddi gözəl" şəlaləsinin ətrafında xatirə şəkilləri çəkdirmişlər.
Ekskursiyanın təşkilində məqsəd "15 iyun - Milli Qurtuluş Günü"nün geniş qeyd olunması, fəal gənclər üçün yay istirahət düşərgələrinin təşkil edilməsi, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.
Ekskursiyada iştirak edən gənclər yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi gənclər üçün maraqlı və yadda qalan olduğunu vurğulamışlar.
SU POLOSU ÜZRƏ YIĞMA KOMANDAMIZ BEYNƏLXALQ TURNİRDƏN BÜRÜNC MEDALLARLA VƏTƏNƏ DÖNDÜLƏR
10 - 13 iyun 2010-cu il tarixlərdə baş məşqçi Azər Babayevin rəhbərliyi altında su polosu üzrə Bakı şəhər yığma komandası Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Su polosu üzrə Beynəlxalq Turnirdə iştirak etmək üçün ezam olunmuşlar.
Ümumilikdə turnirdə 4 qrupda, 12 komanda iştirak etmişdir. Yığmamız yarımfinal mərhələsində "Jemçujina" komandasına 2:1 hesabı ilə məğlub olaraq final oyuna vəsiqə qazana bilməmişdir. Lakin 3-cü yer uğrunda keçirilən oyunda yığmamız Ukraynanın "Marina Klab" komandasına 2:1 hesabı ilə qalib gələrək turnirin 3-cüsü adına layiq görülmüşlər.
Qeyd etmək istərdik ki, turnidə Rusiya, Ukrayna və Belarusiya kimi respublikaların güclü komandaları iştirak etmişdir.
CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİ ARASINDA KEÇİRİLƏN MİNİ-FUTBOL TURNİRİNƏ YEKUN VURULDU
Bu gün (12 iyun 2010-cu il) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətin birgə tədbirlər planına əsasən 13 saylı Cəzaçəkmə Müəssisəsində (CM) məhkumlar arasında "15 iyun - Milli Qurtuluş günü"nə həsr olunmuş mini-futbol üzrə turnirin final oyunu keçirilmişdir.
Bütün Cəzaçəkmə Müəssisələrində mini-futbol turnirləri təşkil olunub keçirilmiş və hər 2 təşkilatın nümayəndələrindən, həmçinin hakimlər kollegiyasından ibarət münasiflər heyətinin yekun rəyinə əsasən 12 saylı CM-nin "Araz" komandası və 13 saylı CM-nin "Kəpəz" komandası final oyununa vəsiqə qazanmışlar.
Final oyununun rəsmi hissəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidov çıxış etmiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Final oyunu AFFA-nın hakimlər kollegiyası tərəfindən idarə olunmuşdur.
Gərgin oyun şəraitində keçən final oyunu 7:1 hesabı ilə 12 saylı CM-nin "Araz" komandasının qələbəsi ilə başa çatmışdır.
Oyunun sonunda hər iki komandanın üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev və Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidov tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlarla və kuboklarla təltif olunmuş, Cəzaçəkmə Müəssisəsinə futbol topları və qapı torları hədiyyə edilmişdir.
<< Başlanğıca < Bundan əvvəlki 21 22 23 24 25 26 27 28 29 30 Bundan sonrakı > Axıra >>

Cəmi 393 - 406 oradan 678
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd