Şahmat üzrə Bakı şəhər komanda birinciliyi keçirilir
6 dekabr 2011-ci il tarixdən Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM-də şahmat üzrə Bakı şəhər komanda birinciliyi start götürmüşdür. 1995-ci il və ondan kiçik yaşlı uşaqlar arasında keçirilən komanda yarışlarında Bakı şəhəri üzrə 1№-li, 2№-li, 3№-li şahmat məktəblərini, Respublika Şahmat Məktəbini, “Sərhədçi”İOM-ni, Həmkarların Respublika Şahmat Dama Klubunu, T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayını təmsil edən 12 komanda mübarızə aparır.

08 12 2011 saat:11:08

"Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda tədbir keçirilmişdir.
6 dekabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Abşeron Rəsm Qalereyasında Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda inşa yazı və rəsm müsabiqəsinin yekun mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Rəssamlar İttifaqının sənətşünaslıq şöbəsinin müdiri Ziyadxan Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Samir Kazımov, məsləhətçi Zamin Əhmədov iştirak etmişlər. Tədbirdə iştirak edən qonaqlar çıxış edərək gənc istedadları salamlamış, narkomanlığın fəsadları haqqında məlumat vermiş, gəncləri pis vərdişlərdən uzaq olmağa çağırmışlar.
İnşa yazı müsabiqəsində I yerə Nağıyeva Ayla (Səbail rayonu 239 saylı məktəb), II yerə Ələkbərzadə Aysel (Nəsimi rayonu 164 saylı məktəb), III yerə Qasımova İnarə (Xəzər rayonu 168 saylı məktəb), rəsm müsabiqəsində isə I yerə Quluzadə Nailə (Suraxanı rayonu 114 saylı məktəb), II yerə Bünyadzadə Fidan (Yasamal rayonu 53 saylı məktəb), III yerə İmmi Məmmədova (Xətai rayonu 257 saylı məktəb) layiq görülmüşlər.
Tədbirin sonunda inşa yazı və rəsm müsabiqəsində fərqlənmış şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

06 12 2011 saat: 16:36

Tamblinq üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
 02 – 04 dekabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika məktəbində tamblinq üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
    Yarışda paytaxtın “Bakı Gimnastika Məktəbi”, “İOEUGGM” və “Neftçi İSM”-ni təmsil edən 38 idmançı (15 qız, 23 oğlan) idman ustaları və idman ustalığına namizədlər, I, II və III dərəcəlilər, I gənc dərəcəlilərə bölünərək şəxsi çoxnövçülük üzrə mübarizə aparmışlar.
    Çempionatda idman ustalığı dərəcəsi üzrə oğlanlar arasında I yerə Malkin Mixail, qızlar arasında Ibrahimli Nailə, idman ustalığı namizəd dərəcəsi üzrə  I yerə Abdillayev Valid, I böyük dərəcə üzrə oğlanlar arasında I yerə Həsənov Əli, qızlar arasında İbrahimli Cəmilə, II dərəcə üzrə oğlanlar arasında I yerə Həciyev Nəcməddin, qızlar arasında Vəlizadə İlahə, III dərəcə üzrə oğlanlar arasında I yerə Qasımov Tural, qızlar arasında Quliyeva Anastasiya, I gənc dərəcəlilər üzrə oğlanlar arasında I yerə Hacıməhəmmədov Ramazan, qızlar arasında Babayeva Nərmin layiq görülmüşlər.
  Birincilikdə I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.


05 12 2011 saat: 10:17

9 saylı Nitq Qüsurlu İnternat Məktəbində idman növləri üzrə yarışlar keçirilmişdir
 1 dekabr 2011-ci il tarixdə “3 dekabr – Beynəlxalq əlillər günü”nə həsr olunmuş 9 saylı nitq qüsurlu internat məktəbində Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Qaradağ rayon Gənclər İdman İdarəsi tərəfindən futbol, voleybol, şahmat, dama idman növləri üzrə yarışların final mərhələsi keçirilmişdir.
  Futbol üzrə final yarışlarında “Nur” komandası “Qarabağ” komandasına 3:2 hesabı ilə, voleybol yarışlarında “Məşəl” komandası  “Bakı” komandasına 3:1 hesabı ilə qalib gələrək I yerə çıxmışlar. Şahmat üzrə yarışlarda I yerə Nuriyev Nadir, II yerə Əliyev Vüsal, III yerə Krasnov Viktor, dama yarışlarında isə I yerə Nağıyev Əli, II yerə Rəsulov İbrahim, III yerə Qədirov İslam layiq görülmüşlər.
  I, II və III yeri tutmuş komanda və idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. 


02 12 2011 saat:10:25
     
Şahmat yarışı sona çatdı
  25-29 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi təfəindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan şahmat növü üzrə yarış Respublika Şahmat Mərkəzində keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 66 nəfər məktəbli (onlardan 22 nəfəri qızlardır) iştirak etmişdir.
  Yarışın nəticələrinə görə 1-ci yerə Nizami rayonu 238 saylı məktəbin, 2-ci yerə Yasamal rayonu “Gənc İstedadlar” Liseyinin, 3-cü yerə isə Səbail rayonu 160 nцmrəli klassik gimnaziyanэn, 4-cь yerə Nəsimi rayonu 5 saylэ məktəbin, 5-ci yerə Xəzər rayonu 181 saylı məktəbin, 6-cı yerə Qaradağ rayonu 106 saylı məktəbin, 7-ci yerə Xətai rayonu Heydər Əliyev adına liseyin, 8-ci yerə Sabunçu rayonu 72 saylı məktəbin, 9-cu yerə Suraxanı rayonu 282 saylı məktəbin, 10-cu yerə Binəqədi rayonu 283 saylı məktəbin və 11-ci yerə Nərimanov rayonu Bağça məktəb lisey kompleksinin komandaları layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ılə təltif olunmuşlar.
  XXIV spartakiadanın dama və şahmat növləri üzrə yarışlarından sonra Səbail rayonu I yeri, Nizami rayonu II yeri və Qaradağ rayonu III yeri tutur.


30 11 2011 saat:16:32

Urmiya şəhərində cüdo üzrə VII Beynəlxalq turnir keçirilmişdir
24-29 noyabr 2011-ci il tarixdə İran İslam Respublikasının Urmiya şəhərində İran şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə VII Beynəlxalq turnir keçirilmişdir. Bir çox dövlətin 100-dən çox idmançısı ilə yanaşı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş “Yasaul” İK –da bu turnirdə öz güclərini sinamışlar. İdmançılarımızdan 55 kq çəki dərəcəsində I yerə Ələkbərov Ramin və III yerə Novruzzadə Elçin, 73 kq çəki dərəcəsində II yerə Həbibzadə Fuad və III yerə Əhmədli Elvin layiq görülmüşdür.
Turnirdə III yer uğrunda final qarşılaşmasında cüdoçularımız Ermənistan komandası üzərində parlaq qələbə qazanaraq ümumi komanda hesabında III yerə yüksəlmişdir. İdmançılarımızı təbrik edirik!


29 11 2011 saat:16:23

Sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
  25-27 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən Hövsan Olimpiya İdman Kompleksində kişilər arasında sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda 10 idman cəmiyyəti və klubu, həmçinin 89 idmançı 9 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparmışdır.
  Yarışda 52 kq çəki dərəcəsində I yerə Əliyev Asim (“Pəhləvan”İK), 57 kq çəki dərəcəsində I yerə Səmədov Ağasif (“Neftçi”İSM), 62 kq çəki dərəcəsində I yerə Cəlalov Orxan (“Zenit”İSM), 68 kq çəki dərəcəsində I yerə Şükürov Nemət (“Neftçi”İSM), 74 kq çəki dərəcəsində I yerə Kərimli Tural (“Neftçi”İSM), 82 kq çəki dərəcəsində I yerə Əlıcanov Şamil (“Pəhləvan”İK), 90 kq çəki dərəcəsində I yerə İmanov İmran (“Neftçi”İSM), 100 kq çəki dərəcəsində I yerə Müslümov Zakir (“Neftçi”İSM), +100 kq çəki dərəcəsində I yerə Novruzəliyev Əfsun (“Pəhləvan”İK) layiq görülmüşlər.
  Yarışın sonunda I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
29 11 2011 saat:9:54
Boks üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
  21 – 26 noyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində boks üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
  Yarışda “Spartak İC”, “İnter İK”, “Titan İK”, “DİN İC”, “Rabitə İK”, MOİK, “Naxçıvan İK” “19 saylı İOEUGİM”, "Qızıl Əlcək İK", "Lokomotiv", "8 saylı UGİM", “Neftçi İSM”, “Təhsil RİM”, “Turan İK”, “Gömrükçü İSM”, “Zenit İC”, "Hövsan OİK", “Sərhədçi İK” kimi 18 idman cəmiyyətini təmsil edən 130 idmançı 10 çəki üzrə: 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq mübarizə aparmışdır.
  Çempionatda 49 kq çəki dərəcəsində I yerə Babayev Sərxan (Rabitə IK), 52 kq çəki dərəcəsində I yerə Abdolkərimi Masod (Neftçi İSM), 56 kq çəki dərəcəsində I yerə Salmanov Pərviz (Lokomotiv), 60 kq çəki dərəcəsində I yerə Zeynalov Bilal (Rabitə İK), 64 kq çəki dərəcəsində I yerə Qasımov Ruslan (Neftçi İSM), 69 kq çəki dərəcəsində Nadirov Bəxtiyar (Neftçi İSM), 75 kq çəki dərəcəsində I yerə Kərimov Vüqar (İnter İK), 81 kq çəki dərəcəsində I yerə Vəliyev Qorxmaz (DİN İC), 91 kq çəki dərəcəsində I yerə Ömərov Fəqan (Neftçi İSM), +91 kq çəki dərəcəsində I yerə Əhmədov Elçin (DİN İC) layiq görülmüşlər.
  Yarışda I,II,III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.

28 11 2011 saat: 10:15

XXIV spartakiadaya start verildi
18-22 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi təfəindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan dama növü üzrə yarış Respublika Şahmat Mərkəzində keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 66 nəfər məktəbli (onlardan 22 nəfəri qızlardır) iştirak etmişdir.
Yarışın nəticələrinə görə 1-ci yerə Səbail rayonu 189 saylı məktəbin, 2-ci yerə Qaradağ rayonu 106 saylı məktəbin, 3-cü yerə isə Suraxani rayonu 282 saylı məktəbin komandaları layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ılə təltif olunmuşlar.

23 11 2011 saat:16:58


Həndbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
11 – 20 noyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq ABU – nun idman salonunda 1995 – 96, 1997 – 98, 1999 – 2000-ci il təvəllüdlü oğlan və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 300 nəfər idmançı (120 nəfər qızlardır) mübarizə aparmışdır.
  Yarışda 1995 – 96-cı il təvəllüdlü oğlan komandalar arasında I yerə “Nəsimi”, II yerə “RİOEUGİM”, III yerə “Qaradağ, qız komandalar arasında I yerə “Nəsimi-1”, II yerə RKİM, III yerə “RİOEUGİM”, 1997 – 98-ci il təvəllüdlü oğlanlar arasında I yerə “Nəsimi-2”, II yerə “Azal”, III yerə “Nəsimi”, qızlar arasında I yerə “Nəsimi”, II yerə “Nəsimi-2”, III yerə RKİM, 1999 – 2000-ci il təvəllüdlü oğlanlar arasında I yerə “RİOEUGİM”, II yerə “Nəsimi-1”, III yerə “Nəsimi-2”, qızlar arasında I yerə “Nəsimi-1”, II yerə RİOEUGİM, III yerə Nəsimi-2 komandaları layiq görülmüşlər.
  Birincilikdə I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.

22 11 2011 saat:12:42

<< Başlanğıca < Bundan əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Bundan sonrakı > Axıra >>

Cəmi 29 - 42 oradan 610
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd