07 avqust 2010-cu il tarixdə “Sərhədçi” Atçılıq Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılıq idmanının konkur növü üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda “Sərhədçi”, “Günay” və “Murad” Atçılıq İdman Klublarını təmsil edən 10 idmançı 16 atla iştirak etmişlər.
Yarışlar 2 gitdə (mərhələdə) keçirilmişdir. Hər iki git üzrə maneələrin sayı 11 ədəd olmuşdur. Atlılar ilk gitdə hündürülyü 130 sm olan maneələri, ikinci gitdə isə hündürlüyü 135 sm olan maneələri dəf etmişlər.
Yarışın yekun nəticələrinə görə 1-ci yerə “Günay” AİK-nun idmançısı Qaşıbəyazov Gennadiy “Kalinka” ləqəbli atla , 2-ci yerə “Murad” AİK-nun idmançısı Venetto Tenev “Uterusa” ləqəbli atla, 3-cü yerə isə “Sərhədçi” AİK-nun idmançısı Musayev Hikmət “Light Limerick” ləqəbli atla layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və kubokla təltif olunmuşlar.
11 avqust 2010-cu il tarixdə təşkilatçılığı ilə keçirilən Qaradağ rayonunda yerləşən “Yeni sahil” İdman Sağlamlıq Mərkəzində 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş taekvando üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində çıxış edən Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Füzuli Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Qaradağ rayon İcra Hakimiyyəti başçısının I müavini Hikmət Abbasov Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısından, ölkəmizdə keçirilən mötəbər yarışların yüksək səviyyədə təşkil olunmasından, azərbaycanlı idmançıların əldə etdiyi nailiyyətlərdən danışmışlar və idmançılara uğurlar arzulamışlar.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan və Rusiya taekvandoçuları da birincilik uğrunda mübarizə aparırlar.
Yarışda 18 çəki dərəcəsi üzrə 150-dən çox idmançı iştirak edir.
Yarışın ilk günü Nasrudin Muradxanov (45 kq, Rusiya), Turxan Məmmədov (51 kq, Azərbaycan) və Hacımurad Edilov (63 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Turnirə avqustun 12-də yekun vurulacaqdır.
12 avqust 2010-cu il tarixdə saat 18:30-da Novxanıda qəsəbəsində yerləşən "Af otel" Aqua Parkda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "12 avqust - Beynəlxalq gənclər günü" münasibəti ilə bədii-əyləncəli tədbir keçirilmişdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Miilli Məclisin deputatı Fəttah Heydərov və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək gənclərə dövlət qayğısı yüksəldiyini, ölkəmizin gələcəyi naminə gənc kadrların yetişdirilməsinə, onların bacarıq və istedadlarının üzə çıxarılmasına xüsusi fikir verilirdiyini söyləmişlər, gəncləri bayram münasibəti ilə təbrik etmiş və onlara gələcəkdə uğurlar diləmişlər.
Çıxışlardan sonra "Azərbaycan Tarixi Portalı" Layihəsi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Cəmiyyəti, Rəhim Allahverdiyev, Şaban Şahpələngov, Nərmin Babayeva, Şahin Cavadsoy, Samirə Allahverdi, Amil Həsənoğlu, Aydan Heydərova, Yeganə Seyfullayeva və Ceyhun Tağıyev bir sıra nominasiyalar üzrə xüsusi hazırlanmış plaketlərlə təltif olundular.
Təltifetmə mərasimindən sonra tədbir konsert proqramı ilə davam etmişdir. Konsert proqramında Samirə Allahverdi, Azad Şabanov, Amil Həsənoğlu, Xatirə İslam və digər tanınmış müğənnilər iştirak etmişdirlər.
Tədbir İctimai Televiziya vasitəsi ilə canlı olaraq yayımlanmışdır.
02-06 avqust 2010-cu il tarixdə Xəzər dənizinin Bakı buxtasında yelkən idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Yarışda 20 nəfərə yaxın idmançı iştirak etmişdir.
Yarışın yekun nəticələrinə görə Laserqayıqları üzrə 1-ci yerə Kiril Həsənov, 2-ci yerə Andrey Kastyulin, 3-cü yerə İslam Abdullayev, Optimistqayıqları üzrə 1-ci yerə Kiril Klinçev, 2-ci yerə Teymur Rzayev, 3-cü yerə isə Nüsrət Muradov layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı səhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
06 avqust 2010-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Çimərlik Futbolu Federasiyası ilə birgə təşkil etdiyi Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarına dəstək məqsədilə keçirilən çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatı başa çatmışdır.
Çempionatın ümumi nəticələri:
Çempionatın 3-cü yeri uğrunda mübarizə aparan "Hövsan" və PSL komandaları arasında keçirilən gərgin oyundan "Hövsan" komandası 6:4 hesabı ilə qalib gələrək turnirin 3-cüsü adına layiq görülmüşdür.
Final oyunda qarşılaşan "Spektr travel" və "Kodak" komandaları arasında keçirilən görüşdən isə "Spektr travel" komandası 4:0 hesabı ilə qalib gələrək çempionatın qalibi olmuşlar.
Yarışın bağlanış mərasimində iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibinin müavini Elxan Əsədov, Regional Futbol Federasiyasının prezidenti, milli futbolun veteranı İskəndər Cavadov qalibləri təbrik etmiş, yarışda I, II və III yerlərə layiq görülmüş komandaların üzvlərinə medallar, müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və I yerə layiq görülmüş komandaya Kuboku təqdim etmişlər.
05 avqust 2010-cu il tarixdə saat 18.00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin doğum gününə həsr olunmuş Səbail rayonu məhəllələrarası mini-futbol turnirininə start verilmişdir.
Turnirdə 1998-99-cu il təvəllüdlü uğaqlar arasında 7 komanda, 1996-97-cu il təvəllüdlü yeniyetmələr arasında isə 8 komanda mübarizə aparacaqlar.
Turnirin ilk oyunu Azəri və Xudafərin komadaları arasında keçirilmişdir. Gərgin gedən mübarizədən Azəri komadası 3:1 hesabı ilə qələbə qazanaraq ilk 3 xalını hesabına yazmışdır.
Turnirin bütün oyunları Səbail rayon 91 saylı orta məktəbin futbol meydançasında keçiriləcəkdir.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarına dəstək məqsədilə keçirilən çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatının 29-31 iyul və 01 avqust tarixlərdə keçirilən oyunların nəticələri:
Keçirilən oyunların nəticələrinə əsasən 5 avqust 2010-cu il tarixdə keçirləcək yarımfinal mərhələsində "Kodak" və PSL, "Hövsan" və "Spektr Travel" komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Qeyd etmək istərdik ki, 6 avqust 2010-cu il tarixdə saat 19:00-da III yer uğrunda, 19:45-də Final oyunu, oyunlardan sonra qaliblərin mükafatlandırılması və bağlanış mərasimi keçiriləcəkdir.
09-19 iyul 2010-cu il tarixdə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən “Nana Aleksandriya 2010 Kuboku” uğrunda 5-ci Beynəlxalq Şahmat Festivalına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin maliyyə dəstəyi ilə ezam olunan 3 qat respublika çempionu, Beynəlxalq Usta Zaur Məmmədov, respublika və Avropa mükafatçısı Nərmin Məmmədova yüksək nəticələr əldə etmişlər.
Belə ki, festivalın “Open” turnirində iştirak edən Z.Məmmədov 57 idmançı arasında 6,5 xalla 3-4-cü yerləri bölüşdürmüşdür. Qeyd etmək istərdik ki, Z.Məmmədov ermənistan idmançısı, beynəlxalq qrossmeyster Kotanyan Tiqran üzərində qələbə qazanmış, əldə etdiyi nəticələrə əsasən 2-ci qrossmeyster balını toplamışdır.
12 yaşadək idmançılar arasında keçirilən yarışda iştirak edən N.Məmmədova 6,5 xalla 3-cü yeri tutmuşdur. Onu da qeyd edək ki, 25 idmançının iştirakı ilə keçirilən yarışda Nərmin yeganə azərbaycanlı idmançı idi.
Bu gün (28 iyun 2010-cu il) Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarına dəstək məqsədilə keçiriləcək çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatının püşkatma mərasimi keçirilmişdir.
Yarışda 8 komanda iştirak edəcəkdir.
Püşkatmanın nəticəsinə əsasən, A qrupunda “Hövsan”, “Şağan Bələdiyyəsi”, “Star” və “Kodak” komandaları, B qrupunda isə “Spektr Travel”, “Xəzər Nur”, “Atəşgah” və PSL komandaları yer almışlar.
Turnirdə ilk üç yeri tutan komandalar “Respublika kuboku”na vəsiqə qazanacaqlar.
13-22 iyul 2010-cu il tarixdə Zaqatala rayonunda şahmat üzrə Respublika Olimpiadası keçirilmişdir.
Olimpiadada respublikamızın 41 şəhər və rayonundan 360 (onlardan 90 nəfəri qızlardır) şahmatçı mübarizə aparmışdır.
Yarışlar A və Bqrupları üzrə keçirilmişdir. A qrupunda 13-16 yaşlı idmançılar, B qrupunda isə 12 yaşadək olan idmançılar iştirak etmişdirlər. A qrupu üzrə şəxsi hesabda 9 xalla 1-ci yeri Orucov Şücayət (Masallı r-nu), 8 xalla 2-ci yeri Abbasov Amil (Gəncə şəhəri) 7,5 xalla 3-cü yeri Allahyarov Səid(Göyçay r-nu) tutmuşdur. Komanda hesabında isə Sumqayıt idmançıları 29 xalla 1-ci, Bakı şəhəri 1 nömrəli İOEUGŞDİM və Gəncə şahmat məktəblərinin yetirmələri 26,5 xal nəticə ilə 2-3-cü yerləri bölüşmüşlər. B qrupu üzrə şəxsi hesabda 9 xalla Bakı şəhəri 2 nömrəli UGŞİM-nin yetirməsi Zaur Abbasov 1-ci, 8,5 xalla Bakı şəhəri 1 nömrəli İOEUGŞDİM-nin təmsilçisi Qulam Məmmədov 2-ci, 8 xalla Sumqayıt təmsilçisi Zaur Bayramov 3-cü yerə çıxmışlar. Komanda hesabında isə Bakı şəhər Həmkarlarının Respublika Dama Klubunun komandası 30,5 xal nəticə ilə 1-ci, Bakı şəhəri 1 nömrəli İOEUGŞDİM-nin komandası 30 xalla 2-ci, Bakı şəhəri 2 nömrəli İGŞİM-nin komandası isə 29,5 xalla 3-cü yeri tutmuşlar.
Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimində respublika Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov, rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva, Zaqatala şahmat məktəbinin direktoru, yarışların baş hakimi Məmmədsalam Qurbanov çıxış edərək belə yarışların bölgələrdə idmanın kütləviliyinin daha da artmasına böyük təkan verdiyini bildirmiş, idmançılara gələcək yarışlarda uğurlar arzulamışlar.
Yarışda bütün yaş qrupları üzrə komanda hesabında I, II və III yerləri tutmuş idmançılar, həçinin A və B qrupları üzrə komanda hesabında I, II və III yerləri tutmuş komanda üzvləri qiymətli hədiyyələr, pul mükafatları və kuboklarla təltif edilmişlər.
Qeyd etmək istərdik ki, A qrupunda ilk 2 yeri tutmuş idmançılar Azərbaycan olimpiya yığma komandasının tərkibində oynamaq hüququ qazanmışdır.