Milli Qəhrəman Ç.Mustafayevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinə yekun vuruldu
26 avqust 2010-cu il tarixdə Səbail rayonunun 91 saylı orta ümumtəhsil məktəbinin futbol meydançasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)"nin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin doğum gününə həsr olunmuş IV ənənəvi məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilmişdir.
Turnirdə 2 yaş qrupunda, hər qrupda 12 komanda olmaqla, ümumilikdə 24 komanda iştirak etmişdir. 1996-97-ci il təvəllüdlülər arasında keçirilən oyunlarda I yeri "Bakılı", II yeri "Gənclik" və III yeri "Azərbaycan" komandaları, 1998-99-cu il təvəllüdlülər arasında isə I yeri "Xudafərin", II yeri "Azərbaycan" və III yeri "Bayıl" komandaları tutmuşlar.
Turnirin sonunda hər 2 yaş qrupu üzrə I, II və III yerləri tutmuş komandaların üzvləri, həmçinin ən yaxşı qapıçı, ən çox top vuran, ən yaxşı oyunçu və turnirin baş hakimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və ANS Müstəqil Yayım Media Şirkətlər Qrupu tərəfindən müvafiq dərəcəli diplomlarla, futbol formaları, kuboklarla və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

yerləşdirilmə tarixi:                    26.08.2010/saat15:00
12-14 sentyabr tarixində Yunan-Roma güləşi üzrə Beynəlxalq turnir keçirilmişdir.
12-14 sentyabr 2010 - cu il tarixdə Gürcüstanın Batumi şəhərində dəfələrlə Gürcüstan çempionu, SSRİ çempionatlarının mükafatçısı, SSRİ - nin idman ustası Otar Bakuridzenin xatirəsinə həsr olunmuş Yunan - Roma güləşi üzrə beynəlxalq turnir keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezamiyyə edilən Bakı şəhər yığma komandası ilə yanaşı turnirdə Gürcüstan, Türkiyə və Ermənistan güləşçiləri də çıxış etmişlər. Güləşçilərimiz yarışda uğurla çıxış edərək komanda hesabında II yerə layiq görülmüşlər. Güləşçilərimizdən Tural İsayev 66 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına sahib olmuşdur. 55 kq çəki dərəcəsində Xaqan Aydayev gümüş, 66 kq çəki dərəcəsində Mehman Ələsgərov və 84 kq çəki dərəcəsində isə Nicat Əhmədov bürünc medal qazanmışlar.

yerləşdirilmə tarixi:                 17.09.2010/saat11:00
08-11 sentyabr tarixində Kamandan oxatma üzrə Bakı şəhər kuboku keçirilmişdir.
08-11 sentyabr 2010-cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən "Hövsan" Olimpiya İdman Kompleksində kamandan oxatma üzrə Bakı şəhər kuboku keçirilmişdir.
Yarışda "Lokomotiv" İC, "Spartak" İK və "Məhsul" İC-nin 30-a yaxın idmançısı iştirak edirdi. Yarışın nəticələrinə görə oğlanlar arasında mükafata layiq yerləri Aqçurin Emil (I yer), Əliyev Elmir (II yer), Bəxtiyarov Rauf (III yer), qızlar arasında isə Simonova Svetlana (I yer), Vəliyeva Zinyət (II yer) və Beydullayeva Nazəni (III yer) tutmuşlar.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.









yerləşdirmə tarixi:                                18.09.2010/saat 12:00

22-28 avqust tarixində Göygöl rayonunda istirahət düşərgəsi təşkil edilmişdir.
22-28 avqust 2010-cu il tarixdə Göy-göl rayonunda istedadlı və yaradıcı gənclər üçün yay istirahət düşərgəsi təşkil olunmuşdur. Düşərgədə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 12 fəal gənc iştirak etmişdir. Düşərgədə keçirilən intellektual oyunlar, gəzintilər, idman oyunları gənclərdə xoş təəsüratlar yaratmışdı.





yerləşdirilmə tarixi:                              29.08.2010/
saat 16:00
4-5 sentyabr tarixində Mühafizə Alayının 12-ci bölüyündə dama üzrə turnir keçirilmişdir
4 – 5 sentyabr 2010-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətin birgə tədbirlər planına əsasən Mühafizə alayının 12-ci bölüyündə əsgər və zabit heyəti arasında dama üzrə turnir keçirilmişdir.
Turnirin açılışında Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin baş inspektoru Vüqar Orucov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Bölüyün əsgər və zabitlərindən ibarət 10 komandanın iştirak etdiyi turnirdə I yeri "Turan" komandası, II yeri "Araz" komandası, III yeri isə "Qafqaz" komandası tutmuşdur.
Turnirdə I, II və III yerə layiq görülmüş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.

yerləşdirilmə tarixi:                         07.09.2010.\saat 15:00
14 sentyabr tarixində 4 saylı CÇM-də stolüstü tennis üzrə yarış keçirilmişdir.
14 sentyabr 2010-cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Ədliyyə Nazirliyi Penitensiar xidmətin birgə həyata keçirdiyi tədbirlər planına əsasən 4 saylı CÇM-də qadınlar arasında stolüstü tennis üzrə turnir keçirilmişdir. Turnirdə I yeri Hüseynova Tamam, II yeri Ağazadə Gültəkin, III yeri isə Qulami Zubaya tutmuşlar.
Turnirin sonunda bütün yarış iştirakçıları Baş İdarə tərəfindən qiymətli xatirə hədiyyələri ilə və diplomlarla mükafatlandırılmışdır. Həmçinin Müəsissəyə stolüstü tennis raketkaları, tor və şarlar hədiyyə olunmuşdur.
















yerləşdirilmə tarixi:                     15.09.2010/saat 18:00
2 sentyabr tarixdə ilk dəfə məktəbə gedən uşaqlara yardım edilmişdir.
Bu gün (2 sentyabr 2010-cu il) Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2010-2011-ci tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Nəcəf Novruzov bildirmişdir ki, artıq 4 ildir ki, ilk dəfə məktəbə gedən qaçqın və məcburi köçkün, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları verir. Baş İdarə bu il Bakının 11 rayonundan olan 180 nəfərdən çox uşağı mükafatlandırmışdır.

yerləşdirilmə tarixi:                        08.09.2010/saat 14:00
Sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov qeyd etmişdir ki, Baş İdarə bununla kifayətlənməyəcək, qurum həmçinin SOS uşaq kəndinin uşaqlarına, Xocalı rayonunu təmsil edən 20 uşağa məktəb ləvazimatları paylayacaq.
Tədbirdə Bakı şəhərində yaşayan qaçqın, məcburi köçkün, aztəminatlı və valideyn himayəsindən məhrum olmuş 180 nəfər ilk dəfə məktəbə gedən uşaqlara Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılmışdır.
18 – 20 sentyabr 2010-cu il tarixdə Ciu-Citsu üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
18 – 20 sentyabr 2010 – cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına əsasən Hövsan Olimpiya Kompleksində Ciu-Citsu üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 82 idmançı (80 oğlan, 2 qız) olmaqla 25 çəki dərəcəsində öz qüvvələrini sınamışlar. Çempionatda “Fərasət” idman klubu”, “Dinamo” İC, “Kenbo” idman klubu, “Boz Oğuz” idman klubu, “Sunami” İC, “Buşido” idman klubu kimi 6 komanda çıxış etmişdir.
Yarışın yekun nəticələrinə görə I yerə “Buşido” idman klubu, II yerə "Dinamo” İC, III yerə “Boz Oğuz” idman klubu komandaları layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xətirə hədiyyələri və kubokla təltif olunmuşlar.

yerləşdirilmə tarixi:                          21.09.2010/saat 15:00
2 saylı uşaq evi SOS uşaq kəndində sərgi keçirilmişdir.
"21 sentyabr - Beynəlxalq Sülh günü" münasibəti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi bir sıra silsilə tədbirlər həyata keçirmişdir. Bu tədbirlərə əsasən Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi və həmçinin SOS uşaq evində rəsm müsabiqəsi keçirilmişdir. Keçirilən tədbirlərdə bütün iştirakçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq diplomları və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır. Tədbirlərdə Baş İdarə əməkdaşları və hər iki uşaq evinin rəhbərliyi uşaqları salamlamış və öz işlərində uğurlar arzulamışdır.
Həmçinin SOS uşaq kəndinin futbol komandasının üzvlərinə Baş İdarə tərəfindən idman formaları, futbol topları və kubok hədiyyə verilmişdir.

yerləşdirilmə tarixi:                             20.09.2010/saat 18:00

Sentyabrın 16-19-da Sərbəst və yunan-roma güləşi üzrə təsnifat yarışı keçirilmişdir.
Sentyabrın 16 – 19-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Milli Güləş Federasiyasının birgə həyata keçirdiyi birgə tədbirlər planına əsasən Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş respublika turnirinə vəsiqə uğrunda 1994 - 1996 – cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan roma güləşi üzrə Bakı regionunun təsnifat yarışı keçirilib.
Sentyabrın 16-17-də sərbəst güləşçilər qüvvələrini sınayıblar. 215 idmançının iştirak etdiyi yarışlarda Sadiq Sadıqov (42 kq, ROİL), Əli Quliyev (46 kq, "Pəhləvan"İK), Röyal Eyyubov (50 kq ROİL), Ruslan Aslanov (54 kq, "Neftçi İSM"), Nurlan Ağayev (58 kq ROİL), Alim Qurbanov (63 kq, "Zenit İC"), İlkin Abbasov (69 kq Təhsil RİM), Aqşin Məmmədov (85 kq ROİL), Ağaşirin Qarayev (100 kq, UGİM) fəxri kürsüsünün ən yüksək pilləsində qərarlaşıblar. Sentyabrın 18-19-da yunan-roma güləşçiləri mübarizəyə qoşulublar.
Gərgin mübarizə şəraitində keçən təsnifat yarışlarında ümumilikdə 275 pəhləvan qalib adı uğrunda mübarizə aparıb. İdmançılardan Əli Məmmədov (42 kq ROİL), Murad Bazarov (46 kq ROİL), Şahin Zahidov (50 kq ROİL), Sakit Quliyev (54 kq Neftçi İSM), Toğrul Dəmirov (58 kq Neftçi İSM), Orxan Nuriyev (69 kq "Cəngi" GK), Elməddin Ramazanov (76 kq Cəngi GK), Kamran Babayev (85 kq ROİL) və Türmən Babayev (100 kq ROİL) bütün rəqiblərinə qalib olaraq qızıl medala sahib oldular.
Qeyd edək ki, Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst güləş və yunan – roma güləşi üzrə yeniyetmələr arasında respublika turniri oktyabr ayının 14 – 17-də Bakıda təşkil olunacaq.

yerləşdirilmə tarixi:                         20.09.2010/saat 11:00
<< Başlanğıca < Bundan əvvəlki 21 22 23 24 25 26 27 28 29 30 Bundan sonrakı > Axıra >>

Cəmi 295 - 308 oradan 610
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd