5-8 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində 1996-97, 1998-99, 2000-01-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Birincilikdə 38 idman cəmiyyətini təmsil edən 1130 idmançı 46 kq, 50 kq, 55 kq , 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, +90 kq çəki dərəcələrində mübarizə aparmışlar. Yarışda 1996-97-ci il təvəllüdlülər arasında 46 kq çəki dərəcəsində I yerə Gözəlov Avaz (Şağan OİK), 50 kq çəki dərəcəsində I yerə Həsənov Rufin (ROİL), 55 kq çəki dərəcəsində I yerə Babayev Nurlan (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə Heydərov Hidayət (Neftçı İSM), 66 kq çəki dərəcəsində I yerə İsmayılov Rüfət (Neftçi İSM), 73 kq çəki dərəcəsində I yerə Quluzadə Famil (Şağan OİK), 81 kq çəki dərəcəsində I yerə Kərimov Kənan (Neftçi İSM), 90 kq çəki dərəcəsində I yerə ŞƏkərəliyev Musa (ROİL), +90 kq çəki dərəcəsində I yerə Qubadzadə Orxan (RKİM), 1998-99-ci il təvəllüdlülər arasında 30 kq çəki dərəcəsində I yerə Yelkiyev Rəşad (ADU), 34 kq çəki dərəcəsində I yerə Dünyamalıyev Rəşad (Neftçi İSM), 38 kq çəki dərəcəsində I yerə Osmanov Nurlan (RKİM), 42 kq çəki dərəcəsində I yerə Hüseynov Elman (Neftçi İSM), 46 kq çəki dərəcəsində I yerə Əsgərov Mehdi (KK/TT İK), 50 kq çəki dərəcəsində I yerə Məmmədov Elmar (Neftçi İSM), 55 kq çəki dərəcəsində I yerə Abdullayev Elvar (KK/TT İK), 60 kq çəki dərəcəsində I yerə İsmayılov Elşən (Turan İK), 66 kq çəki dərəcəsində I yerə Mustafayev İlkin (13№-li UGİM), +66 kq çəki dərəcəsində I yerə Mehdiyev Xalid (9№-li UGİM), 2000-2001-ci il təvəllüdlülər arasında 24 kq çəki dərəcəsində I yerə Məmmədov Azər (11№-li UGİM), 27 kq çəki dərəcəsində I yerə Talıbov Nazir (Şağan OİK), 30 kq çəki dərəcəsində I yerə Qəniyev Nizami (13№-li UGİM), 34 kq çəki dərəcəsində I yerə Novruzov Turqut (10№-li UGİM), 42 kq çəki dərəcəsində I yerə Məmmədov Hacıxəlil (Şağan OİK), 46 kq çəki dərəcəsində I yerə Teymurlu Yunis (Şağan OİK), 50 kq çəki dərəcəsində I yerə Qarayev İrşad (Şağan OİK), 55 kq çəki dərəcəsində I yerə İsmayılzadə Yaqub (Şağan OİK), +55 kq çəki dərəcəsində I yerə Babayev Hacıbaba (Neftçi İSM) layiq görülmüşlər.
Yarışda qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
04-08 yanvar 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olımpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yeniyetmələr arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda “Gənclik”İK, “Məhsul”İC, “Turan”İK, “Sərhədçi”İOM, “MOİK”, “ROİL”, “Neftçi”İSM, 13 №-li UGİM, “Lokomotiv”İSM, 8 №-li UGİM, “DİN”İC, “Zenit”İC, “Qalib”İK, “Rabitə”İK, “Turan” “Naxçıvan”İK, “Hövsan”OİK kimi 20 idman cəmiyyətini təmsil edən 155 iştirakçı 13 çəki üzrə:46 kq, 48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq, 63 kq, 66 kq, 70 kq, 75 kq, 80 kq, +80 kq mübarizə aparmışdır. Birincilikdə 46 kq çəki dərəcəsində I yerə Quliyev Pərviz (Rabitə İK), 48 kq çəki dərəcəsində I yerə Şəfizadə Elmir (Rabitə İK), 50 kq çəki dərəcəsində I yerə Hüseynli Davud (Təhsil RİM), 52 kq çəki dərəcəsində I yerə Gülməmmədov Araz (Rabitə İK), 54 kq çəki dərəcəsində I yerə Həbibzadə Rahid (Rabitə İK), 57 kq çəki dərəcəsində I yerə İbrahimzadə Şamil (Rabitə İK), 60 kq çəki dərəcəsində I yerə Quliyev Cavid (Neftçi İSM), 63 kq çəki dərəcəsində I yerə Musayev Rövşən (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Hacıyev Ramil (Rabitə İK), 70 kq çəki dərəcəsində I yerə Əliyev Şamil (Rabitə İK), 75 kq çəki dərəcəsində I yerə Mehdiyev Şükran (Neftçi İSM), 80 kq çəki dərəcəsində I yerə Əliyev Orxan (13№li UGİM), +80 kq çəki dərəcəsində I yerə Həsənov Rüstəm (Turan İK) layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunacaqdir.
Əziz gənclər, siz www.genlerpaytaxti.az saytına daxil olmaqla səsvermə yolu ilə “Gənclər paytaxtı” nı seçə bilərsiniz. Səsvermə 30 yanvar 2012-ci il saat 23.59-a kimi davam edəcək. Göstərilən saatdan sonra verilmiş səslər qeydə alınmayacaq. Seçdiyiniz paytaxtın adını 2 fevral Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi elan nəticəsində öyrənəcəksiniz.
“Gənclər paytaxtı”nın elan olunmasının əsas məqsədi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafına şəraitin yaradılmasıdır.
Qeyd edək ki, bir kompyüterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2-3 yanvar 2012-ci il tarixdə Dənizçilərin Mədəniyyət evində sosial-müdafiəyə ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi keçirilmişdir. Yeni il şənliyində 400-dən çox uşaq iştirak etmişdir. Uşaqların hər birinə bayram hədiyyələri verilmışdir. Uşaqlar yeni il şənliyində şaxta baba, qar qızla rəqs etmiş və “Qış möcüzələri” adlı bədii-əyləncəli tamaşaya baxmışlar.
29 dekabr 2011-ci il tarixdə “Kopelhaus”da “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş Alman-Azərbaycan Cəmiyyəti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ənənəvi futzal turnirinin təltifetmə mərasimi keçirilmişdir. Bu turnir 1997-98-ci il təvəllüdlü idmançılar arasında keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Alman-Azərbaycan Cəmiyyətinin sədri Cingiz Abdullayev, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, veteran futbolçu, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, professor Ələkbər Məmmədov və veteran futbolçular iştirak etmişlər. Tədbirdə çıxış edən qonaqlar ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın əhəmiyyətini yüksək qiymətləndirmışlər və yeniyetmə futbolçulara uğurlar arzulamışlar.
Sonra turnirin qaliblərinin mükafatlandırma mərasimi başlamışdır. Tədbirdə 1997-98-ci il təvəllüdlu idmançılar arasında I yeri “BİFM” komandası, II yeri “Rəvan” komandası və III yeri tutmuş “Dalğa” komandaları mükafatlandırılmışlar. Daha sonra isə veteran futbolçulardan Valeri Hacıyev, Fuad Tağızadə, Rüstəm Rəhimov, İskəndər Cavadov, Maşallah Əhmədov və Ələkbər Məmmədov mükafatlandırılmışlar.
Tədbir bədii hissə ilə davam etmişdir.
26 dekabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Təkan” Tələbə Gənlər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" münasibəti ilə “Həmrəy Gəncliyimiz Müstəqil Azərbaycanın Parlaq Gələcəyidir” mövzusunda tələbələr arasında publisist məqalə müsabiqəsi keçirilmişdir. Tədbirdə millət vəkilləri Tahir Rzayev, Azər Badamov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, yazıçı Zöhrə Əsgərova, Bakı Travel Turizm Agentliyinin meneceri Əziz Şiriyev, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Yaşar Əhmədov iştirak edərək müsabiqə iştirakçılarını salamlamiş və onlara gələcək işlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda məqalə müsabiqəsində fərqlənmış tələbələr Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Onu da qeyd edək ki, tədbirdə 20-dən yuxarı məqalə müəllifi iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd gənclərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanmasından ibarətdir.
19 – 24 dekabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Stend Atıcılığı Kompleksində Sovet İttifaqı Qəhrəmanı, Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VII açıq turniri keçirilmişdir. Turnirdə “Neftçi” İSM, DİN, ”Spartak”İC, Paralimpiya İdman Komitəsi, Stend Atıcılığı İdman Kompleksi komandaları təmsil edən 30 idmançı (14 qadın, 16 kişi) mübarizə aparmışdır. Turnirdə qadınlar arasında PTÇ-2 üzrə Bağırova Niğar 378 xal toplayaraq I yerə, PT-3 üzrə Abdullazadə Türkan 380 xal toplayatraq I yerə, KÇT- üzrə Hüseynova Xəyalə 541 xal toplayaraq I yerə, kişilər arasında PTÇ-3 üzrə Lunyov Ruslan 575 xal toplayaraq I yerə, PT-4 üzrə Rəhimli Süleyman 540 xal toplayaraq I yerə, KÇTÇ-4 üzrə Lunyov Ruslan 547 xal toplayaraq I yerə layiq görülmüşlər.
Yarışda I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qiymətli xatirə hədiyyələri, medallar və diplomlarla təltif olunmuşlar.
19-23 dekabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi təfəindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarış Qaradag rayonu Sahil qəsəbəsində yerləşən 19 №-li UGIM-də keçirilmişdir. Yarışda 9 rayon komandası tərkibində 45 nəfər məktəbli (onlardan 18 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticələrinə görə 1-ci yerə Nərimanov rayonu 258 saylı məktəbin, 2-ci yerə Qaradag rayonu 273 sayli məktəbin, 3-cü yerə Suraxanı rayonu 85 saylı məktəbin, 4-cü yerə Xətai rayonu 263 saylэ məktəbin, 5-ci yerə Səbail rayonu 160 №-li klassik gimnaziyanın, 6-cı yerə Binəqədi rayonu 267 saylı məktəbin, 7-ci yerə Sabunçu rayonu 169 saylı məktəbin, 8-ci yerə Yasamal rayonu 20 saylı məktəbin, 9-cu yerə Nizami rayonu 229 saylı məktəbin, 10-11-ci yerlərə Xəzər və Nəsimi rayonlarının komandaları layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ılə təltif olunmuşlar.
XXIV spartakiadanın dama, şahmat və stolüstü tennis növləri üzrə yarışlarından sonra Səbail rayonu 9 xalla I yeri, Qaradağ rayonu 10 xalla II yeri və Suraxanı rayonu 15 xalla III yeri tutur.
14-21 dekabr 2011-ci il tarixdə Qaradağ Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər İdman İdarəsi ilə birgə “31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü”nə həsr edilmiş yeniyetmələr arasında şahmat turniri keçirilmişdir. Turnirdə 82 nəfər iştirak etmişdir. 1999-2001-ci il təvəllüdlər arasında I yerə Mehdiyev Rəşad, II yerə Abdullayev Namiq, III yerə Mehdiyev Heydər, 2002-2005-ci il təvəllüdlər arasında I yerə Quıiyev İzzət, II yerə Qasımov Cavid, III yerə Əbilzadə Rəvan, 2006-2007-ci il təvəllüdlər arasında I yerə Əsgərov Əli, II yerə Dəvrişov Orxan, III yerə Əzizzadə Rəvan, 2005-2007-ci il təvəllüdlər arasında (qızlar arasında) I yerə Ağayeva Xuraman, II yerə İsmayıllı Ayan, III yerə Əliyeva Nigar layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
20 dekabr 2011-ci il tarixdə "Kempinski" Hotelində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2011-ci ilin yekunlarına dair "Yaxşıların Yaxşısı - 2011" mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, aparatın rəhbəriFuad Hacıyev, Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova və BŞGİBİ-nin rəisi Raqif Abbasov və digər rəsmi qonaqlar, həmçinin Qeyri Hökümət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, İdman Federasiyaları, Kütləvi İnformasiya Vasitələri, idman klubları, idman cəmiyyətləri iştirak etmişdilər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunub.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirmişdir ki, Azərbaycanda gənclər sahəsində geridə qoyduğumuz ildə böyük uğurlar əldə olunub, ölkəmiz 40 mötəbər turnirə ev sahibliyi edib və idmançılarımız 700-dən çox medal qazandığını, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətini yüksək qiymətləndirmişdir. Daha sonra isə Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova çıxış edərək Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən uğurlu işlərdən danışmışdır.
Tədbir boyunca foto-hesabat nümayiş etdirildi. Daha sonra il ərzində gənclər və idman sahəsində fərqlənmiş bir qrup fəal gənc, idmançılar, qeyri-hökümət təşkilatları, tələbə gənclər təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, rayon Gənclər və İdman İdarələri, Federasiyalar və həmçinin mədəniyyət sahəsində fəaliyyət göstərən gənclər "Yaxşıların Yaxşısı - 2011" mükafatı və diplomları ilə təltif olundular.
Tədbir konsert proqramı ilə davam etmışdır.