2 sentyabr tarixdə ilk dəfə məktəbə gedən uşaqlara yardım edilmişdir.
Bu gün (2 sentyabr 2010-cu il) Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2010-2011-ci tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Nəcəf Novruzov bildirmişdir ki, artıq 4 ildir ki, ilk dəfə məktəbə gedən qaçqın və məcburi köçkün, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları verir. Baş İdarə bu il Bakının 11 rayonundan olan 180 nəfərdən çox uşağı mükafatlandırmışdır.
yerləşdirilmə tarixi: 08.09.2010/saat 14:00
Sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov qeyd etmişdir ki, Baş İdarə bununla kifayətlənməyəcək, qurum həmçinin SOS uşaq kəndinin uşaqlarına, Xocalı rayonunu təmsil edən 20 uşağa məktəb ləvazimatları paylayacaq.
Tədbirdə Bakı şəhərində yaşayan qaçqın, məcburi köçkün, aztəminatlı və valideyn himayəsindən məhrum olmuş 180 nəfər ilk dəfə məktəbə gedən uşaqlara Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılmışdır.