Bu gün 30 sentyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VI forumu çərçivəsində Bakı şəhər gənclərinin VI zona toplantısı keçirilmişdir.
Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müavini Fidumə xanım Hüseynova, GİN-nin aparat rəhbəri Fuad Hacıyev, GİN-nin mətbuat katibi Səmayə Məmmədova, , Bakı şəhərindən 521 nəfər nümayəndə onlardan 350 nəfər Bakı şəhərinin 11 inzibati rayonunda olan fəal gənclər, 71 nəfər QHT üzvləri, 100 nəfərə yaxın TGT-nın nümayəndələri və kütləvi informasiya vasitələri iştirak etmişlər.
Tədbirin giriş hissəsi Azərbaycan Respublikasının himninin səsləndirilməsi və foto-video hesabat təqdim olunması, katibliyin seçilməsi və daha sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasovun Azərbaycan Gənclərinin V forumundan keçən dövr ərzində Bakı şəhərində və rayonlarda keçirilmiş tədbirlər və görülmüş işlər haqqında hesabat məruzənin oxunması ilə davam etdirilmişdir.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov toplantı iştirakçılarını salamlamış, keçirilən Azərbaycan Gənclərinin VI forumu çərçivəsində Bakı şəhər gənclərinin VI zona toplantısının əhəmiyyətini vurğulamış, yeni layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edən cənab nazir, Qarşıdakı illərdə idman qurğularından səmərəli istifadə, ideya-təşəbbüslərin stimullaşdırılması və narkomaniyaya qarşı gənclərin fəallığını daha da artırılmalı olduğunu göstərmişdir.
Tədbirdə həmçinin Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Fidumə xanım Hüseynova çıxış edərək Azərbaycan Gənclərinin VI forumu çərçivəsində Bakı şəhər gənclərinin VI zona toplantısında iştirak edən bütün gənclərin eləcədə bütün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirmiş onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra toplantıda müxtəlif sahələr üzrə BDU-nin ən yüksək bal toplamış məzunu Elgiz Muradbəyli, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Həqiqət Hüseynova, Kapoeyra idman növü üzrə Dünya çempionatının mükafatçısı Elmar Bayramov, Azərbaycan Müəllimlər İnstitunun TGT sədri Sevinc Babayeva, Sabunçu rayon 170 saylı orta məktəbin müəllimi Lamiyə Cəlilova, C.Naxçıvanski adına Hərbi Litseyin zabiti Orxan Hüseynov və İrəli İctimai birliyinin üzvü Məryəm Qulamova çıxış etmişlər. Həmçinin toplantıda fəal gənclərin yeni rəy və təklifləri də dinlənilmişdir.
Sonda Bakı şəhər gənclərinin zona toplantısından Azərbaycan gənclərinin VI forumunda iştirak edəcək nümayəndələrin siyahısının oxunması və Bakı şəhər gənclərinin VI zona toplantısının qətnaməsinin oxunması, Bakı şəhər gənclərinə toplantı iştirakçıları adından müraciətin qəbul olunması ilə tədbirə yekun vurulmuşdur.
20 – 28 sentyabr 2011-ci il tarixdə 200 saylı məktəbin futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir. Yarışlara 28 sentyabr 2011-ci il tarixdə yekun vurulmuşdur.
Turnirdə III yer uğrunda 18 №-li MKİS-in “Kosmos” - 53 №-li MKİS-in “Sülh” komandaları, final oyununda 30 №-li MKİS-in “Günəş” – 54 №-li MKİS-in “Gənclik” komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. Belə ki, III yer uğrunda keçirilən oyunda “Kosmos” komandası 3:1 hesabi ilə “Sülh” komandasına qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda “Gənclik” komandası 2:1 hesabı ilə “Günəş” komandası üzərində qələbə qazanaraq turnirin qalibi adını qazanmışdır.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının müavini İlqar Mirzəyev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhələlərarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Futbolun İnkişafına dair Dövlət Proqramının bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.
21 sentyabr 2011-ci il tarixdə Beynəlxalq Sülh Günü münasibətilə Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən Bakı şəhərində yerləşən bir neçə uşaq evində sülh mövzusu ilə bağlı rəsm və əl işlərindən ibarət müsabiqə keçirilmişdir. Uşaqlar bu müsabiqədə çox həvəslə iştirak etmişlər.
Bu müsabiqənin yekun mükafatlandırılması 24-25 sentyabr tarixlərdə 2 saylı Uşaq evində və “SOS” uşaq kəndində keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş şöbəsinin məsləhətçisi Əhmədov Zamin uşaqları salamlamış, onlara öz işlərində və gələcək həyatlarında uğurlar arzulamışdır. Rəsm müsabiqəsinin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla və xatirə hədiyyələri ilə mükafatlandırıldıqdan sonra xatirə şəkili çəkdirmişlər.
23-25 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən Hövsan Olimpiya İdman Kompleksində sambo idman növü üzrə 1993-94-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Birincilikdə 12 idman cəmiyyəti və klubu həmçinin 127 idmançı 10 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparmışdır. Yarışda I yerə 48 kq Qədimov Elçin (Zenit İSM), 52 kq Vəliyev Ceyhun (Neftçi İSM), 56 kq Məmmədov Fuad (11-li UGİM), 60 kq Əsgərov Kamran (Neftçi İSM), 65 kq Kərimli Elmir (11-li UGİM), 70 kq Əliyev Elmin (Neftçi İSM), 75 kq Qurbanov Fərhad (Neftçi İSM), 81 kq Qasımov Anar (Zenit İSM), 87 kq Əzizov Fərid (Ruslan İK), +87 kq Əsgərli Süleyman (Neftçi İSM) layiq görülmüşlər.
Yarışın sonunda birinciliyin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
17 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına əsasən Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslar arasında “Breyn-rinq” intellektual oyunu keçirilmişdir.
Dairəvi sistem üzrə keçirilən intellektual oyunda hər birində 8 nəfər olmaqla 6 komanda iştirak etmişdir. Oyunun nəticələrinə görə I yeri "Qarabağ" komandası, II yeri “Möminlər” komandası, III yeri isə “Azəri” komandası tutmuşdur. .
İntellektual oyunda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
10-16 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş 5 nəfərlik heyət İtaliya Respublikasının Liqnano şəhərində keçirilən European Masters Games beynəlxalq turnirində iştirak etmişdir. 20 ölkənin idmançılarının qatıldığı beynəlxalq turnirdə 2 idmançımız yüksək nailiyyətlər əldə etmişdir. Belə ki, Kəmalə Əhmədova 3 medal, 1955 təvəllüdlü Bünyadova Tamilla hündürlüyə tullanmada 29m 83 sm turnirin rekord nəticəsini göstərərək I yerə çıxaraq qızıl medala layiq görülmüşdür. Daha bir idmançımız 1968 – ci il təvəllüdlü Albert Minayev 9 növçülük yarışlarında gümüş medala, digər idmançımız Sadıq Sadıqov 1500 m bürünc 5.35.26 nəticə göstərərək bürünc medala layiq görülmüşdür. İdmançılarımızı təbrik edirik!
10-20 sentyabr 2011-ci il tarixdə Bolqarıstanın Albena şəhərində 8-18 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulmuşdur. Bu mötəbər yarışda Azərbaycanı 40 nəfər idmançı təmsil edirdi. Ümumilikdə çempionatda 48 ölkədən 1039 nəfər idmançı öz qüvvəsini sınayırdı. Çox gərgin oyun şəraitində keçirilən çempionatda Baş İdarə tərəfindən ezam olunmuş Dünya çempionu, 2 qat Avropa çempionu, Fide Ustası Qədimbəyli Abdulla 10 yaşadək oğlanlar arasında yarışlarda respublikamızı layiqincə təmsil edərək, 7,5 xalla II yeri tutmuşdur. 1 №-li Uşaq Gənclər Şahmat Dama İdman Məktəbində məşğul olan Abdulla Azərbaycan idmançıları arasında yeganə mükafata layiq yer tutmuş idmançı olmuşdur. İdmançımızı təbrik edirik!
16-19 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən "Hövsan" Olimpiya İdman Kompleksində kamandan oxatma üzrə Bakı şəhər kuboku keçirilmişdir.
Yarışda "Lokomotiv" İC, "Spartak", İK"Məhsul" İC, AzDBTİA-nın 25-ə yaxın idmançısı iştirak edirdi. Yarışın nəticələrinə görə kişilər arasında mükafata layiq yerləri Donkov Dmitriy (I yer), Kopnin Aleksey (II yer), Qəhrəmanov Zaur (III yer), qadınlar arasında isə Simonova Svetlana (I yer), Beydullayeva Nazəni (II yer) və Fazilova Leyla(IIIyer) tutmuşlar.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
18 sentyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Masazır qəsəbəsində yerləşən Masazır Ağır Atletika Mərkəzində ağır atletika üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
Yarışda Neftçi İSM, 8 saylı UGİM, Gənclik TİC, Zirvə İK, MOİK, kimi 5 idman cəmiyyətini təmsil edən 31 nəfər idmançı 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparmışdır.
Çempionatda 56 kq çəki dərəcəsində I yerə Alıyev Elmar (MOİK), II yerə Ağaverdiyev Mansur (8 saylı UGİM), III yerə Qocayev Həmid (Gənclik İSM), 62 kq çəki dərəcəsində I yerə Bağırov Emil (Zirvə İK), II yerə Həsənli Orxan (Zirvə İK), III yerə Qurbanov Ruhulla (Zirvə İK), 69 kq çəki dərəcəsində I yerə Məmiyev Talıb (8 saylı UGİM), II yerə Hüseynov Fəqan (Gənclik İSM), III yerə Xəlilov Elvin (Gənclik İSM), 77 kq çəki dərəcəsində I yerə Qocayev Emin (Zirvə İK), II yerə Əliyev Ayaz (Gənclik TİC), III yerə Zülfüqarov Məmməd (8 saylı UGİM), 85 kq çəki dərəcəsində I yerə Məmmədov Rəsul (Zirvə İK), II yerə İslamov Vüsal (Neftçi İSM), III yerə İslamov Azad (Neftçi İSM), 94 kq çəki dərəcəsində I yerə Hüseynov Mirhüseyn (Zirvə İK), II yerə Ağaəhmədov Orxan (Zirvə İK), III yerə Qəzənfərov Elşad (MOİK), 105 kq çəki dərəcəsində I yerə Əhmədov Xosrov (Neftçi İSM), II yerə Əliyev Ağazaman (Neftçi İSM), III yerə Qarayev Tofiq (Gənclik TİC), +105 kq çəki dərəcəsində I yerə Əhmədov Mahmud (8 saylı UGİM), II yerə Hümbətov Ruslan (MOİK), III yerə Xəlilov Elşad (Neftçi İSM) layiq görülmüşlər.
Yarışda I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif edilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Baş İdarənin birgə tədbirlər planına müvafiq olaraq 3-9 sentyabr 2011-ci il tarixdə Penitensiar xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnir keçirilmişdir. Turnirin açılışında Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini İntiqam Əliyev, ədliyyə mayoru Samir Mehtiyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Elvin Əhmədov çıxış edərək keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Cəzaçəkmə Müəssisəsinin məhkumlarından ibarət 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilən turnirdə I yeri "Alov" komandası, II yeri "Qalib" komandası, III yeri isə "Sahil" komandası tutmuşdur.
Turnirdə I, II və III yerlərə layiq görülmüş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuş, müəssisəyə voleybol toru və toplar hədiyyə edilmişdir.