Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
23 iyun – 1 iyul 2011-ci il tarixdə Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışlara 1 iyul 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Dənizçi” komandası, II yeri “Barselona” komandası, III yeri “Real Bakı” komandası tutmuşdur.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhələlərarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Futbolun İnkişafına dair Dövlət Proqramının bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.

01 07 2011 saat: 13:43

Binəqədi rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir
18-26 iyun 2011-ci il tarixdə “Vətən” İOEUGFM-nin meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Binəqədi rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışlara 26 iyun 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Şahdağ” komandası, II yeri “Qartal” komandası, III yeri “İnter” komandası tutmuşdur.
Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.



29 06 2011 saat: 12:44

Silahli Qüvvələr günü münasibətilə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir
25 iyun 2011-ci il tarixdə “26 iyun-Silahli Qüvvələr günü” münasibətilə Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir. Tədbirdə hərbi hissənin rəhbərliyi, Azərbaycan Respublikasi Gənclər İdman Nazirliyinin və Qaradağ rayon Gənclər  və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər. BŞGİBİ-nin əməkdaşı Zamin Əhmədov tədbirdə çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.
Həmçinin hərbi hissənin əsgərləri arasında Baş İdarə tərəfindən keçirilən voleybol turnirinin final mərhələsinə baxılmış və qaliblər müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
Sonra əsgər və zabit heyəti üçün gənc müğənnilərin ifasında konsert proqramı təşkıl olunmuşdur. Keçirilən tədbir hərbi hissənin əsgər və zabit heyətində xoş təəssürat yaratmışdır.

28 06 2011 saat: 11:35


Silahlı Qüvvələr gününə həsr olunmuş üzgüçülük üzrə estafet keçirildi
24 iyun 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində “26 iyun Silahlı Qüvvələr günü”nə həsr olunmuş üzgüçülük üzrə estafet” keçirilmişdir. Yarışda 4 komanda (Hərbi Dəniz Qüvvələri, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi) olaraq 32 idmançı 50, 100 m məsafələrə sərbəst üsulla və estafet üsullarında mübarizə aparmışdır.
  Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini R.Əliyev çıxış edərək Respublikamızda “26 iyun Silahlı Qüvvələr günü” nə həsr olunmuş üzgüçülük üzrə estafetin hər il ənənəvi olaraq keçirilməsini, eləcədə Azərbaycanda hərbiçilər arasında üzgüçülük idman növünün inkişafı, hərbiçi üzgüçülərin ustalıq səviyyəsinin artırılması və Silahlı Qüvvələrin 93-cü ildönümünün geniş qeyd olunması məqsədi daşıdığını vurğulamışdır. Daha sonra R.Əliyev estafetdə iştirak edən bütün idmançılara uğurlar arzulamışdır.
  Yarışda I,II, III yerlərə layiq görülmüş idmançılar və komandaların nümayəndələri diplomlar və medallarla təltif olunmuşlar.


24 06 2011 saat: 13:40
Paytaxt şahmatçılarını təbrik edirik.
09-19 iyun 2011-ci il tarixdə keçirilən 8, 10 və 12 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Respublika birinciliyinə yekun vurulmuşdur. 11 turdan ibarət dairəvi sistem üzrə keçirilən yarışlarda 72 nəfər iştirak etmişdir ki, onlardan da 37 nəfəri Bakı idmançısı idi. Yüksək oyun nümayiş etdirən paytaxt idmançıları nəticədə 4 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmışlar. Belə ki, Muradlı Məhəmməd (8 yaşadək oğlanlar arasında) I yerə, Qədimbəyli Abdulla (10 yaşadək oğlanlar arasında ) I yerə, Şahəliyev İsmayıl (12 yaşadək oğlanlar arasında) I yerə, Məmmədzadə Günay (12 yaşadək qızlar arasında) I yerə, İsmayılov Məhəmməd (8 yaşadək oğlanlar arasında) II yerə, Əsədli Vüqar (10 yaşadək oğlanlar arasında) II yerə,  İbrahimli Leyla (10 yaşadək qızlar arasında) II yerə, Məmmədova Nərmin (12 yaşadək qızlar arasında) II yerə, Abışlı Oğuz (12 yaşadək oğlanlar arasında) III yerə, Heydərova Aytac (10 yaşadək qızlar arasında) III yerə və Höccətova Aydan (12 yaşadək qızlar arasında) III yerə layiq görülmüşlər. II yerləri tutmuş idmançılar 10-21 sentyabr tarixində Bolqarıstanın Albena şəhərində keçiriləcək Avropa birinciliyinə, I yerləri tutmuş idmançılar isə 12-22 noyabr tarıxındə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Dünya birinciliyinə vəsiqə qazanmışlar. İdmançılarımıza uğurlar arzulayiriq. 


23 06 2011 saat: 11:43
 
Futbol üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.
15 may 2011-ci il tarixdən start götürən futbol üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur. Çempionatda iki yarım qrupda 10 komanda iştirak etmişdir Gərgin mübarizə şəraitində keçən oyunlarda finala Səbail, Dinamo, Xəzər Nur, Ümid komandaları vəsiqə qazanmışlar.19 iyun 2011-ci il tarixdə Qaradağ Təlim İdman Bazasının futbol meydançasında final oyunları keçirilmişdir. Dinamo-Səbail komandaları arasında gedən mübarizədə Səbail komandası 7:5 hesabı ilə, digər final oyununda isə Xəzər Nur-Ümid komandaları arasında gedən mübarızədə isə Ümid komandası 3:0 hesabı ilə qalib gəlmişdir. Beləliklə, nəticələrə görə I yerə Səbail komandası, II yerə Dinamo komandası, III yerə isə Ümid komandası layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.


22 06 2011 saat: 11:21

Məhəllələrarası mini-futbol turnirlərinə yekun vuruldu.
8 iyun 2011-ci il tarixdən 171 saylı məktəbin süni ot örtüklü futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışlara 16 iyun 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Xətai” komandası, II yeri “Günəş” komandası, III yeri “Neapol” komandası tutmuşdur.
Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.



20 06 2011 saat: 16:26

Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 18 iyun 2011-ci il tarixdə   Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olmasının bir ili tamam olması münasibətilə Fəxri Xiyabanda  anım mərasimi keçirilmişdir
  Anım Mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab R.Abbasov, Rayon Gənclər və İdman İdarələri, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökumət Təşkilatları, bir sıra ictimai birliklər və tələbələr yaxından iştirak etmişdir.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab R.Abbasov gənclərə Azərbaycan Respublikasının Milli Qəhrəmanı M.İbrahimov haqqında geniş məlumat vermişdir. Cənab R.Abbasov öz çıxışında gənc nəslin Mübariz kimi böyüdülməsi və gənclərimizin Dağlıq Qarabağ münaqişəsinin həllində ali baş komandan cənab prezident İlham Əliyevin əmri ilə hər an torpaqlarımızı düşmənlərdən azad edəcəyinə hazır olduğunu bir daha qeyd etmişdir
   Tədbirin sonunda şəhidimizin ruhuna dualar oxunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.


20 06 2011 saat: 10:08

Qılıncoynatma üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.
11-14 iyun 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına əsasən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda qılıncoynatma üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Çempionatda “Neftçi İSM”, “8 saylı İOE UGİM”, “14 saylı UGİM”, “Fencing İK” idman təşkilatlarını təmsil edən 70 idmançı (44 kişi, 26 qadın) şpaqa, sablya, rapira növlər üzrə mübarizə aparmışdır.
Yarışda şpaqa növü üzrə qadınlar arasında I yerə Nelyubova Yuliya (“Neftçi”İSM), II yerə Xudaverdiyeva Elmira (8№İOE UGİM), III yerə Hüseynova Samirə (8№İOE UGİM), Məlikova Nübar (Fencing İK), sablya növü üzrə I yerə Bünyatova Sevil (Neftçi İSM), II yerə Mikina Sabina (“Neftçi”İSM), III yerə Bünyatova Sevinc(“Neftçi”İSM), Ələsgərova Aida(“Neftçi”İSM), rapira növü üzrə I yerə Məlikova Nübar (Fencing İK), II yerə Məlikova Məhin (Fencing İK), III yerə Məlikova Məryəm (Fencing İK), Cəfərova Aynur (Fencing İK) layiq görülmüşlər.
Çempionatda kişilər arasında şpaqa növü üzrə I yerə Nəsibov Vəkil (8№İOE UGİM), II yerə Məhərrəmov Nəcəf (8№İOE UGİM), III yerə Məmmədov Fərid ((8№İOE UGİM), Namazov Etibar (8№İOE UGİM), sablya növü üzrə I yerə Budaqov Yusif ("Neftçi" İSM), II yerə Məmmədov Samir (“Neftçi”İSM), III yerə Həsənli Erol (8№İOE UGİM), Ələsgərov Cəlil (“Neftçi”İSM), rapira növü üzrə I yerə Seyidov Yusif (Fencing İK), II yerə Əhmədov Cavid (Fencing İK), III yerə Sadıqzadə Cəmil (Fencing İK), Cəfərov Zəfər (Fencing İK) layiq görülmüşlər.
Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.


17 06 2011 saat: 11:45


“15 iyun-Milli Qurtuluş günü” nə həsr olunmuş mini-futbol turnirinə yekun vurulmuşdur

09 iyun 2011-ci il tarixdən start götürən “15 iyun-Milli Qurtuluş günü” nə və Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş mini-futbol turnirinə yekun vurulmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının süni otörtülü futbol meydançasında keçirilən mini-futbol turnirinin dünən final oyunları keçirilmişdir. Turnirdə iki yarım qrupda 10 komanda iştirak etmişdir. Komandalar arasında I yeri “BİFM-I” İUGOEM futbol komandası, II yeri “BİFM-II” İUGOEM futbol komandası, III yeri isə “İnam”futbol komandası tutmuşdur.
Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Təltifetmə mərasimində məktəbin direktoru şöhrət ordenli Kazbek Tuayev, əməkdar idman ustası, professor Ələkbər Məmmədov, idman ustası Gündüz Cəfərov və Valeri Haciyev iştirak etmışlər.


16 06 2011 saat: 11:12

<< Başlanğıca < Bundan əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Bundan sonrakı > Axıra >>

Cəmi 113 - 126 oradan 610
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd