12-14 sentyabr tarixində Yunan-Roma güləşi üzrə Beynəlxalq turnir keçirilmişdir.
12-14 sentyabr 2010 - cu il tarixdə Gürcüstanın Batumi şəhərində dəfələrlə Gürcüstan çempionu, SSRİ çempionatlarının mükafatçısı, SSRİ - nin idman ustası Otar Bakuridzenin xatirəsinə həsr olunmuş Yunan - Roma güləşi üzrə beynəlxalq turnir keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezamiyyə edilən Bakı şəhər yığma komandası ilə yanaşı turnirdə Gürcüstan, Türkiyə və Ermənistan güləşçiləri də çıxış etmişlər. Güləşçilərimiz yarışda uğurla çıxış edərək komanda hesabında II yerə layiq görülmüşlər. Güləşçilərimizdən Tural İsayev 66 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına sahib olmuşdur. 55 kq çəki dərəcəsində Xaqan Aydayev gümüş, 66 kq çəki dərəcəsində Mehman Ələsgərov və 84 kq çəki dərəcəsində isə Nicat Əhmədov bürünc medal qazanmışlar.

yerləşdirilmə tarixi:                 17.09.2010/saat11:00
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd