Stolüstü tennis üzrə Respublika birinciliyinin zona yarışı keçirilmişdir.
31 – 04 iyun 2011 – ci il tarixdə Gədəbəy rayonu Uşaq Gənclər İdman Məktəbində  stolüstü tennis üzrə 1998-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Respublika birinciliyinin zona yarışı keçirilmişdir. Yarışda 14 komanda iştirak etmişdir. Eyni zamanda Bakı şəhər yığma komandası da Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yarışa ezam olunmuşdur.
Birincilikdə oğlanlar arasında Bakı şəhər yığma komandası I yerə, qızlar arasında isə II yerə layiq görülmüşlər.
I, II və III yeri tutmuş komandalar müvafiq dərəcəli diplomlarla  təltif olunmuşlar.



06 06 2011 saat: 12:00


2 saylı Uşaq Evinin uşaqları arasında rəsm və əl işlərindən ibarət müsabiqə keçirilib
02 iyun 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Suraxanı royanunda yerləşən 2 saylı Uşaq Evinin uşaqları arasında asfalt üzərində rəsm və əl işlərindən ibarət müsabiqə keçirilmişdir.
Tədbirdə Baş İdarənin nümayəndələri, Suraxanı rayon Gəncər və İdman İdarəsinin nümayəndəsi və 2 saylı Uşaq Evinin rəhbərliyi uşaqları salamlamış, onlara öz işlərində və gələcək həyatlarında uğurlar arzulamışlar. Sonra uşaqlar asfalt üzərində rəsm çəkməyə başlayıblar.Çəkilən rəsm işlərində Azərbaycan Respublikasının bayrağı, sülh mövzusu, Türkiyə və Azərbaycan xalqlarının dostluğu və bir çox mövzular uşaqlar tərəfindən əks etdirilmişdir. Rəsm müsabiqəsindən sonra uşaqların əl işlərindən ibarət rəsgiyə baxış keçirildi.
Tədbirin sonunda bütün iştirakçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldıqdan sonra xatirə şəkilləri çəkdirmişlər.

03 06 2011 saat: 10:33

TGT-lər arasında keçirilən mini – futbol üzrə turnirinə yekun vurulmuşdur
23 – 31 may 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Nərimanov rayonunda yerləşən 200 saylı məktəbin futbol meydançasında “28 may –Respublika günü” münasibəti ilə ali və orta ixtisas müəssisələrinin Tələbə Gənclər Təşkilatları arasında mini – futbol üzrə turnir keçirilmişdir.
      Turnirdə 16 komanda iştirak etmişdir. Oyunlar dairəvi sistem üzrə aparılmışdır. Bütün qrup oyunlarından sonra komandalar yarımfinala və sonra finala vəsiqə qazanmışlar.     Turnirdə I yerə Azərbaycan Dövlət Pedaqoji Universiteti, II yerə Azərbaycan Dövlət Neft Akademiyası, III yerə Azərbaycan İctimai Siyasi Universiteti layiq görülmüşlər.
     Yarışda I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri və diplomlarla təltif edilmişlər.




02 06 2011 saat: 14:51

“1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə sərgi keçirilmişdir
31 may 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Abşeron” Rəsm Qallereyasında “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə “Abşeron övladları” klubunun üzvlərinin fərdi sərgisinin və internet saytının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Baş İdarənin rəisi R.Abbasov, “Abşeron” Rəsm Qalereyasının direktoru E.İbrahimov, Rəssamlar İttifaqının sədr müavini A.İbrahimov, Uşaq Rəsm Studiyalarının nümayəndələri iştirak etmişlər. Tədbirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və "Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov çıxış edərək gənc istedadları salamlamış və onlara gələcək işlərində uğurlar arzulamışlar.Bundan sonra tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər.
Sərgidə 21 balaca rəssamın 52 qrafik və rəngkarlıq əsəri nümayiş etdirilmışdır. Tədbirin sonunda Özbəkistan və Qırğızıstan respublikalarında keçirilən beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülmüş 2 nəfər balaca rəssam və həmçinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “28 may-Respublika günü” münasıbətilə Bakı şəhər orta ümuntəhsil məktəblərinin şagirdləri arasında “Doğma Azərbaycan” mövzusunda keçirilən şer müsabiqəsində qalib gəlmiş ıştirakçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.


01 06 2011 saat: 17:06

Sambo güləşi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
27-29 may 2011 –ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində 1995-96-cı il təvəllüdlü yeniyetmələr arasında Sabir Hüseynovun şərəfinə həsr olunmuş sambo güləşi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 190 idmançı 12 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Yarışda 40 kq çəki dərəcəsində I yerə Seyidbəyli Mirfəttah (Yasamal 11№-li UGİM), 42 kq çəki dərəcəsində I yerə Babayev Elmin (Neftçi İSM), 45 kq çəki dərəcəsində I yerə Muradov Rəşad (Siyəzən), 48 kq çəki dərəcəsində I yerə Allahverdiyev Tural (Neftçi İSM), 51 kq çəki dərəcəsində I yerə Quliyev Elton(Neftçi İSM), 55 kq çəki dərəcəsində I yerə Məmmədov Fuad (Yasamal 11№-li UGİM), 59 kq çəki dərəcəsində I yerə İvrahimov Murad (Neftçi İSM), 63 kq çəki dərəcəsində I yerə Məmmədov İbrahim (Şamaxı), 68 kq çəli çəki dərəcəsində I yerə Babazadə Fərid (Neftçi İSM), 73 kq çəki dərəcəsində I yerə Sadıqov Fərid (Şamaxı), 78 kq çəki dərəcəsində I yerə Əliyev Rəşad (Yasamal 11№-li UGİM), +78 kq çəki dərəcəsində I yerə Qəhrəmanov Tural (Xəzər 6№-li UGİM) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Gənclər və İdman Nazirliyinin məsul işçisi Tofiq Eyvazov, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Baş İdarənin rəis müavini Rəşad Əliyev və sektor müdiri Adil Agayev tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

01 06 2011 saat: 10:17

Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında "Breyn-rinq" intellektual yarışı keçirilib
 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin   birgə tədbirlər planına müvafiq olaraq    27 may 2011-ci il tarixdə  15 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Cəzaçəkmə müəssisələrinin məhkumları arasında “28 may- Respublika günü”nə həsr olunmuş silsiləvi tədbirlər keçirilmişdi.
Belə ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında qol güləşi üzrə turnir Azərbaycan Qol Güləşi Federasiyasının hakimlər kollegiyasının yaxından iştirakı ilə yüksək səviyyədə təşkil olunaraq keçirilmiş, qalib məhkumlar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Sonra müəssisədə 9 saylı Cəzaçəkmə Müəssisəsinin “Xəzər” komandasının, 14 saylı Cəzaçəkmə Müəssisəsinin “Qaradağ” komandasının, 15 saylı Cəzaçəkmə Müəssisəsinin “Turan” komandasının və 16 saylı Cəzaçəkmə Müəssisəsinin “İstiqlal” komandasının iştirakı ilə “Breyn-rinq” intellektual oyununun final mərhələsi keçirilmişdir. Yarışda 16 saylı müəssisənin “İstiqlal” komandasının üzvləri yüksək oyun nümayiş etdirərək I yerə layiq görülmüşlər. II yeri “Turan” komandası, III yeri isə “Xəzər” komandası tutmuşdur. Qaliblər Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi general mayor M.Quliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov, Nizami rayonu İcra Hakimiyyətinin şöbə müdiri V.Məmmədov tərəfindən kubokla, müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
  Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.


27 05 2011 saat: 16:04

XXIII spartakiadanın proqramına daxil olan cırtdan növü üzrə yarış keçirilmişdir.
23 may 2011-ci il tarixdə Sənaye Pedaqoji Texnikumunun idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın proqramına daxil olan cırtdan növü üzrə yarış keçirilmişdir.
Keçirilən yarışda Bakı şəhərinin 10 rayon komandası tərkibində 200 nəfər məktəbli (onlardan 100 nəfəri qızlardır )iştirak etmişdir.
2-4-cü sinif şagirdləri arasında kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə yarış keçirilmişdir.
Yarışın nəticələrinə görə 1-ci yerə Səbail rayonu 160 saylı Klassik Gimnaziyanın, 2-ci yerə Xətai rayonu 264 saylı məktəbin, 3-cü yerə isə Yasamal rayonu 13 saylı məktəbin komandaları layiq görülmüşlər. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Beləliklə, Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın bütün növləri üzrə keçirilən yarışlardan sonra ümumi xallar hesabına görə 1-ci yeri 40 xalla Qaradağ rayonu, 2-ci yeri 46 xalla Yasamal rayonu, 3-cü yeri 48 xalla Sabunçu rayonu, 4-cü yeri 60 xalla Xətai rayonu, 5-6-cı yerləri 74 xalla Səbail və Nizami rayonları, 7-ci yeri 78 xalla Xəzər rayonu, 8-ci yeri 80 xalla Binəqədi rayonu, 9-cu yeri 83 xalla Suraxanı rayonu, 10-cu yeri 141 xalla Nəsimi rayonu, 11-ci yeri isə 143 xalla Nərimanov rayonu tutmuşlar.


26 05 2011 saat: 10:54

Krasnodar şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilmişdir
18-22 may 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş qızlardan ibarət  Bakı şəhər yığma komandası Krasnodar şəhərində keçirilən akrobatika gimnastikası üzrə V.Matçuqanın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmişdir. Rusiyanın qabaqcıl idman klubları ilə yanaşı 8 dövlətin idmançılrının qatıldığı beynəlxalq turnirdə Bakı idmançıları yüksək nailiyyətlər əldə etmişlər. Belə ki, Hüseynova Aynur və Ramazanova Ləman cütlüyü III yerə layiq görülmüşlər. 


25 05 2011 saat: 11:17


Basketbol üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur
28 aprel  - 19 may 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq H. Əliyev adına İdman – Konsert Kompleksində 1994-95, 1996-97, 1998-99 – cu il təvəllüdlü idmançılar arasında basketbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
     Yarışda  “Səbail UGİM”, “Renat İK”, “Makkabi İK”, “Təhsil RİM”, “Sabunçu UGİM”, “Qaradağ UGİM”, “Neftçi İSM”, “Nərimanov UGİM” və digər  komandaları təmsil edən 400 idmançı (75 qız, 325 oğlan) mübarizə aparmışdır.
     Birincilikdə 1994-95-ci il təvəllüdlü  idmançılar arasında altılığa düşən komandalar Səbail UGİM, Təhsil RİM, Spartak İC, Sabunçu UGİM,  Renat İK, Makkabi İK, 1996-1997-ci il təvəllüdlü  idmançılar arasında altılığa düşən komandalar Makkabi İK,  Təhsil RİM, Nərimanov UGİM, Sabunçu UGİM, Renat İK, Səbail UGİM, 1998-1999-cu il təvəllüdlü  idmançılar arasında altılığa düşən komandalar Makkabi İK, Renat İK, Xətai UGİM, Sabunçu UGİM, Neftçi İSM, Qaradağ UGİM olmuşlar.
   Birincilikdə hər yaş qrupunda altılığa düşən komandalar Respublika yarışlarına vəsiqə qazanmışlar.

24 05 2011 saat: 9:41

    
“28 may Respublika gunu” və Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş mini-futbol tur
21 may 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və İxtisaslaşdırılmış Uşaq Gənclər Olimpiya Ehtiyatı Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft Akademiyasının süni otörtülü futbol meydançasında “28 may Respublika gunu” və Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş 1998-99 və 2000-2001 ci il təvəllüdlü uşaqlar arasında mini-futbol turniri keçirilmişdir. Turnirdə hər yaş qrupunda 12 komanda iştirak etmişdir.
2000-2001-ci il yaş qrupu komandalar arasında I yeri “Ruslan” futbol komandası, II yeri “BİFM” İUGOEM futbol komandası, III yeri “Neftçi”İSM futbol komandası tutmuşdur.1998-99-cu il yaş qrupu komandalar arasında I yeri “BİFM-I” İUGOEM futbol komandası, II yerı “BİFM-II” İUGOEM futbol komandası, III yeri isə “İnam” futbol komandası tutmuşdur.


23 05 2011 saat:10:32


<< Başlanğıca < Bundan əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Bundan sonrakı > Axıra >>

Cəmi 127 - 140 oradan 610
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd