Baş İdarə ilk dəfə məktəbə gedən uşaqları sevindirmişdir
Bu gün 9 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2011-2012-ci tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi mərasimi keçirilmişdir.
  Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov ilk növbədə bu il Bakı şəhərində məktəbə gedən bütün uşaqları salamlamış, onlara gələcək dərslərində müvəffəqiyyət arzulamışdır. Raqif Abbasov ölkəmizdə qaçqın və məcburi köçkün, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının ilbəil artdığını, bunun bir siyasət kimi artıq bir neçə il həyata keçirildiyini və dövlətin bütün aztəminatlı ailələrin eləcədə qaçqın və məcburi köçkün, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqların əsas dayağı olduğunu qeyd etmişdir.
  Natiq çıxışında onu da bildirmişdir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi artıq 5 ildir ki, ilk dəfə məktəbə gedən qaçqın və məcburi köçkün, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları verilmiş və gələcəkdə də bu kimi tədbirlərin həyata keçiriləcəyini vurğulamışdır.
  Tədbirdə Bakı şəhərində yaşayan qaçqın, məcburi köçkün, aztəminatlı və valideyn himayəsindən məhrum olmuş 150 nəfər ilk dəfə məktəbə gedən uşaqlara Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılmışdır.


09 09 2011 saat: 12:06

Şahmatçılarımıza uğurlar arzulayırıq!
10-21 sentyabr 2011-ci il tarixdə Bolqarıstanın Albena şəhərində 8-18 yaşadək oğlanlar və qızlar arasında  şahmat üzrə Avropa çempionatı keçiriləcəkdir. Bu mötəbər yarışda iştirak etmək üçün Dünya çempionu, 2 qat Avropa çempionu, Fide Ustası Qədimbəyli Abdulla və Respublika çempionu, “Baku OPEN-2011” Beynəlxalq Şahmat Festivalının “C” turnirinin qalibi Şahəliyev İsmayıl Baş İdarə tərəfindən ezam olunmuşlar. A.Qədimbəyli 10 yaşadək oğlanlar arasında, İ.Şahəliyev 12 yaşadək oğlanlar arasında keçirilən yarışlarda respublikamızı təmsil edəcəklər.
Nəzərinizə çatdırırıq ki, ötən il Batumi şəhərində keçirilən Avropa çempionatında Azərbaycan idmançıları 3 qızıl və 1 bürünc medal qazanmaqla ümumi komanda hesabında I yeri tutmuşlar.





08 09 2011 saat: 12:11

Gürcüstanın Xulo şəhərində yunan-roma güləşi üzrə turnir keçirilmişdir
31 avqust-02 sentyabr 2011-ci il tarixlərdə Gürcüstan Respublikasının Xulo şəhərində Gürcüstan Respublikasının əməkdar məşqçısı Qodeodzi Bolkvadzenin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-roma güləşi üzrə beynəlxalq turnir keçirilmişdir. Yunan-roma güləşi üzrə Bakı şəhər yığma komandası qeyd olunan turnirdə iştirak etmək üçün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gürcüstan Respublikasına ezam olunaraq ölkəmizi uğurla təmsil etmiş və güləşçılərimiz 1 qızıl, 3 gümüş və 1 bürünc medal olmaqla, komandamıza 5 medal qazandırmışlar. Beləliklə, I yerə Sənan Əlimirzəyev (59 kq), II yerə Əli Lətifov (32 kq), Tərlan Sülüymanlı (59 kq), Mehman Ələsgərov (73 kq), III yerə isə Kərim Quliyev (53 kq) layiq görülmüşlər. İdmançılarımızı təbrik edirik!


06 09 2011 saat: 9:53

Rusiyanın Kursk şəhərində poverliftinq üzrə Avrasiya çempionatı keçirilmışdır.
   Avqust ayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş  Bakı şəhər yığma komandası Rusiyanın Kursk şəhərində poverliftinq üzrə Avrasiya çempionatında iştirak etmişdir.  Rusiyanın  qabaqcıl idman klubları ilə yanaşı Ukrayna, Qazaxıstan, Qırğızıstan, Çexiya və başqa dövlətin idmançılrının qatıldığı beynəlxalq turnirdə Bakı idmançıları yüksək nailiyyətlər əldə etmişlər. Belə ki, komanda hesabında  baş məşqçı Əliyev Ələddinin rəhbərliyi altında  Bakı şəhər yığma komandası III yerə layiq görülmüşdür. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş  İbrahimov İbrahim, Abdullayev Xəqani, Məmmədov Eldar, Əliyev Müşfiq II yerə layiq görülmüşlər. İdmançılarımızı təbrik edirik!


01 09 2011 saat: 16:41

Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir
19-27 avqust 2011-ci il tarixdə Badamdar qəsəbəsində yerləşən 239 saylı məktəbin futbol meydançasında  Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Cingiz Mustafayevin xatirəsinə həsr olunmuş Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Turnirdə III yer uğrunda Xəzri - Səbail komandaları və final oyununda Bayıl – Badamdar komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. Belə ki, III yer uğrunda keçirilən oyunda əsas hissə 1:1 hesabı ilə qurtarmış, 7 metrlik zərbələr seriasında 2:1 hesabi ilə Xəzri komandası qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda Bayıl komandası 4:3 hesabı ilə Badamdar komandası üzərində qələbə qazanaraq turnirin qalibi adını qazanmışdır. Yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər idmançı iştirak etmişdir.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilmiş, həmçinin məktəbə torlar və toplar hədiyyə edilmişdir.


27 08 2011 saat: 17:13



Çimərlik voleybolu üzrə turnir keçirilmişdir.
20-22 avqust 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq “Delfin” istirahət mərkəzində çimərlik voleybolu üzrə turnir keçirilmişdir. Turnir kişilər və qadınlar arasında, qarışıq cütlük üzrə keçirilmişdir. Ümumilikdə turnirdə 32 nəfər (onlardan 16 nəfəri qadinlardir) iştirak etmişdir. Yarışlara 22 avqust 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə kişilər arasında I yerə “Mərdəkan-1” komandası, II yerə “Zaqulba” komandası, III yerə “Mərdəkan-2” komandası, qadınlar arasında I yerə “Şüvəlan” komandası, II yerə “Binə-1” komandası, III yerə “Buzovna” komandası, qarışıq cütlükdə I yerə “Zaqulba” komandası, II yerə “Mərdəkan-1” komandası, III yerə “Şüvəlan” komandası layiq görülmüşdür.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif edilmişdir.

25 08 2011 saat: 11:33

Sərbəst döyüş növləri üzrə beynəlxalq turnir keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq “Aura” İdman Kompleksində sərbəst döyüş növləri üzrə beynəlxalq turnir keçirilmişdir. Yarışda “Zabrat” İK (25 nəfər), “Ciu-kun-do” İK (25 nəfər), “Pəncşir” İK (10 nəfər), “Meqa Sport” İK (25 nəfər), “Vəhdət” İK (30 nəfər), “Maştağa” İK (30 nəfər), “Qarabağ” İK (20 nəfər), “Street Fiqhter” İK (25 nəfər), Dağıstan (8 nəfər), Tbilisi (10 nəfər), İran (12 nəfər) komandalarını təmsil edən 240 nəfər idmançı iştirak etmişdir. Yarışlar 4 yaş qrupu üzrə keçirilmişdir. 1987-ci il və böyüklər arasında keçirilən yarışlarda 54 kq çəki dərəcəsində I yerə Əlizadə Elmar, 57 kq çəki dərəcəsində I yerə Səfərov Xəzər, 60 kq çəki dərəcəsində I yerə Abbasov Elmir, 65 kq çəki dərəcəsində I yerə Paşayev Fəzli, 71 kq çəki dərəcəsində I yerə Abdullayev Royal, 75 kq çəki dərəcəsində I yerə Məmmədov İbrahim, 81 kq çəki dərəcəsində I yerə Zeynalov Tural, +91 kq çəki dərəcəsində I yerə Məşədiyev Salman layiq görülmüşdür.
Turnirdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuşdur.

24 08 2011 saat: 11:17



Xəzər rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
12-20 avqust 2011-ci il tarixdə Türkan qəsəbəsində yerləşən futbol meydançasında  Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Xəzər rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər idmançı iştirak etmişdir.
Yarışlara 20 avqust 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Buzovna” komandası, II yeri “Binə” komandası, III yeri “Şüvəlan” komandası tutmuşdur.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilmiş, həmçinin məktəbə torlar və toplar hədiyyə edilmişdir.

23 08 2011 saat: 12:27

Şuşa rayonunun yeniyetmələri arasında məhəllələrarası mini-futbol turniri keçirilmişdir.

13-21 avqust 2011-ci il tarixdə Ramana qəsəbəsində yerləşən Malıbəyli kənd məktəbinin idman zalında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Sabunçu rayonu ərazisində məskunlaşmış Şuşa rayonunun yeniyetmələri arasında məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər idmançı iştirak etmişdir.
Yarışlara 21 avqust 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Malıbəyli-1” komandası, II yeri “Quşçular” komandası, III yeri “Malıbəyli-2” komandası tutmuşdur.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilmiş, həmçinin məktəbə torlar və toplar hədiyyə edilmişdir.

 

22 08 2011 saat: 16:44

Nəsimi rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
13-21 avqust 2011-ci il tarixdə 240 saylı məktəbin futbol meydançasında  Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Nəsimi rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər idmançı iştirak etmişdir.
Yarışlara 21 avqust 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Şahin” komandası, II yeri “İnter” komandası, III yeri “Nəsimi” komandası tutmuşdur.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilmiş, həmçinin məktəbə torlar və toplar hədiyyə edilmişdir.

22 08 2011 saat: 10:23

<< Başlanğıca < Bundan əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Bundan sonrakı > Axıra >>

Cəmi 85 - 98 oradan 610
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd