Atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

8 Yanvar 2018
8 Yanvar 2018, Şərhlər: 0

       Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində  2001-2002-ci il təvəllüdlü öglanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Təhsil RİM, 5№li İOEUGİM, Məhsul İC, Ümid İK, Atletika İK, Spartak İC-ni təmsil edən  112 nəfər idmançı mübarizə aparmışdır.

     2001-2002-ci il təvəllüdlü qızlar arasında I yerə 60 m məsafədə  Fəxriyyə Tağızadə (Ümid İK), hündürlüyə tullanmada I yerə Sabrina Zralova (5№li İOEUGİM), 800 m məsafədə I yerə Aynur Əsədzadə (Ümid İK), uzunluğa tullanmada I yerə Yelena Pextireva (5№li İOEUGİM), 200 m məsafədə I yerə Nika Məmmədova (5№li İOEUGİM), 400 m məsafədə I yerə Lamiyə Vəliyeva (5№li İOEUGİM), yadro növü üzrə I yerə Günel Hüseynova (Təhsil RİM), 1500 m məsafədə Səbinə Əsgərova (Məhsul İC), üçtəkanla tullanmada I yerə Yelena Pextireva (5№li İOEUGİM), 4×200 m məsafədə 5№li İOEUGİM,oğlanlar arasında 800 m məsafədə I yerə Nadir Əliyev (5№li İOEUGİM), uzunluğa tullanmada I yerə Rüstəm Məmmədov(Təhsil-Atletika), hündürlüyə tullanmada I yerə Teymur Salahzadə (Spartak İC), 200 m məsafədə I yerə Ələkbər Əzizov (5№li İOEUGİM), 1500 m məsafədə I yerə Nadir Əliyev (5№li İOEUGİM), 400 m məsafədə I yerə Telman Nəzərov (Təhsil RİM), 60 m məsafədə I yerə Ələkbər Əzizov (5№li İOEUGİM), yadro növü üzrə I yerə Telman Nəzərov (Təhsil RİM), üçtəkanla tullanmada Rüstəm Məmmədov (Təhsil-Atletika), 4×200 m məsafədə Təhsil RİM  I yerə layiq görülmüşlər.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.