“5 oktyabr – Müəllimlər günü” münasibəti ilə tədbir keçirilib.

5 Oktyabr 2017
5 Oktyabr 2017, Şərhlər: 0

     Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Müəllimlər günü” münasibəti ilə Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında bilik yarışması keçirilib.
Bilik yarışmasının açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov çıxış edərək hər bir iştirakçını salamlamış, Müəllimlər günü münasibəti ilə müəllimləri təbrik etmiş, onlara cansağlığı, elm və təhsildə, pedaqoji fəaliyyətdə uğurlar arzulamışdır.
Qeyd edək ki, yarışda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 25 nəfər gənc müəllim iştirak etmişdir. Gərgin mübarizə nəticəsində I yerə 37 saylı tam orta məktəbin müəllimi İsmayılova Aynurə, II yerə 82 saylı tam orta məktəbin müəllimi Məmmədova Şəlalə, III yerə isə 45 saylı tam orta məktəbin müəllimi Həsənov Ceyhun layiq görülmüş, həmçinin 7 nəfər müəllim yüksək nəticə göstərərək fərqlənmişdir.
Sonda qalib gəlmiş müəllimlər təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.