10 YAŞADƏK OĞLANLAR VƏ QIZLAR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİYİ BAŞA ÇATDI

16 Mart 2017
16 Mart 2017, Şərhlər: 0

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2007 – 2008-ci il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, “Ağ At” ŞK, “Elfim” ŞA, HİRŞDK və Respublika Şahmat Klubunu təmsil edən 60 nəfər idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak etmişdir.
Yarışların sonuncu turundan əvvəl paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov Muxtarov Raul, Tarverdiyev Rəsul və Sikaçevski Timura birinci dərəcə kitabçalarını təqdim etmiş, yarış iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.
Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 8,5 xalla Səmədov Read (HİRŞDK), II yeri 6,5 xalla Züqanov Əli (RİOEUGŞM), III yeri 6,0 xalla (əmsal 32,5) Əbdülkərimli Elcan, qızlar arasında I yeri 7,5 xalla Heydarlı Nurtac (2 №-li İOEUGŞİM), II yeri 6,5 xalla Tarverdiyeva Firəngiz (1 №-li İOEUGŞDİM), III yeri 6,0 xalla (əmsal 33,0) Abdinova Nərmin (HİRŞDK) tutmuşlar. Qaliblərlə yanaşı qızlar arasında IV yeri 6,0 xalla (əmsal 31,5) tutmuş Şükürova Aydan (RŞK) da bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışdır.
Eyni zamanda oğlanlar arasında keçirilən yarışda 5,0 xal toplayan Göyüşlü Akif (RİOEUGŞM), Hüsiyev Nihad (HİRŞDK) I (birinci) dərəcə normasını və qızlar arasında 5,0 xal toplayan Bayramova Fidan (RİOEUGŞM), Məmmədova Gülay (RŞK), Hacızadə Bahar (Elfim) II (ikinci) dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

This template supports the sidebar's widgets. Add one or use Full Width layout.