Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Voleybol üzrə oğlanlar və qızlar arasında Bakı şəhər kubokunun keçirilməsi. Xətai rayon Uşaq Gənclər İdman Məktəbi və Azərbaycan Texniki Universitetinin idman zalı. /10-24.05.2012/
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində "Breyn-ring" intellektual oyununun və əl işlərindən ibarət müsabiqənin keçirilməsi.. /18.05.2012/
Paytaxt birinciliyi çərçivəsində Qüds şəhərinin müdafiəsinə həmrəylik nümayış etdirmək məqsədilə "Qüds bizimdir" adı altında 1997-98-ci il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyinin keçirilməsi. Açılış mərasimi saat 17:00-da. Az.DBTİA-nın stadionunda. /18.05.2012/
"28 may-Respublika Günü" nə həsr olunmuş kempo üzrə Bakı şəhər açıq turnirinin keçirilməsi. /19.05.2012/
"Avrovision Mahnı Müsabiqəsi gənc rəssamların gözü ilə" sərginin keçirilməsi. Saat 10:00-dan 12:00-dək Sahil bağı. /19.05.2012/
U N U T M A Y A Q !
31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ / 31 MART 1918-Cİ İL
20 YANVAR – ÜMUMXALQ HÜZN GÜNÜ / 20 YANVAR 1990-CI İL
26 FEVRAL – XOCALI SOYQIRIMI GÜNÜ / 26 FEVRAL 1992-Cİ İL
İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ!
XOCAVƏND RAYONU - 18 FEVRAL 1992-Cİ İL
ŞUŞA RAYONU - 8 MAY 1992-Cİ İL
LAÇIN RAYONU - 18 MAY 1992-Cİ İL
KƏLBƏCƏR RAYONU - 2 APREL 1993-CÜ İL
AĞDƏRƏ RAYONU - 17 İYUN 1993-CÜ İL
AĞDAM RAYONU - 23 İYUL 1993-CÜ İL
CƏBRAYIL RAYONU - 23 AVQUST 1993-CÜ İL
FÜZULİ RAYONU - 23 AVQUST 1993-CÜ İL
QUBADLI RAYONU - 31 AVQUST 1993-CÜ İL
ZƏNGİLAN RAYONU - 30 OKTYABR 1993-CÜ İL
15 may 2012-ci il tarixdə Azərbaycan VMVB-nin Səbail rayon təşkilatının atıcılıq tirində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan güllə atıcılığı növü üzrə yarış keçirilmişdir. Keçirilən yarışda Bakı şəhərinin 11 rayon komandası tərkibində 110 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticələrinə görə 1-ci yerə Nizami rayonu 220 saylı məktəbin, 2-ci yerə Binəqədi rayonu 126 saylı məktəbin, 3-cü yerə isə Sabunçu rayonu 80 saylı məktəbin komandaları layiq görülmüşlər. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
16 may 2012-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən 15 №-li UGİM-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan cırtdan növü üzrə yarış keçirilmişdir. 2-4-cü sinif şagirdləri arasında keçirilən yarış kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma mərhələlərindən ibarət olmuşdur. Yarışın nəticələrinə görə 1-ci yerə Xətai rayonu 204 saylı məktəbin, 2-ci yerə Səbail rayonu 160 saylı Klassik Gimnaziyanın, 3-cü yerə isə Suraxanı rayonu 278 saylı məktəbin komandaları layiq görülmüşlər. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Beləliklə, Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın bütün növləri üzrə keçirilən yarışlardan sonra ümumi xallar hesabına görə 1-ci yeri 45 xalla Xətai rayonu, 2-ci yeri 54 xalla Səbail rayonu, 3-cü yeri 59 xalla Sabunçu rayonu, 4-cü yeri 70 xalla Suraxanı rayonu, 5-6-cı yerləri 74 xalla Nərimanov və Yasamal rayonları, 7-ci yeri 75 xalla Xəzər rayonu, 8-9-cu yerləri 76 xalla Nizami və Qaradağ rayonları, 10-cu yeri 100 xalla Binəqədi rayonu və 11-ci yeri 135 xalla Nəsimi rayonu tutmuşlar.